Logo

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisinin oğlu şəhid olub - FOTO

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisinin oğlu şəhid olub - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundovanın oğlu Əbdülməcid Axundov сəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhidin Sumqayıtda dəfn mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cı ildə anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Qeyd edək ki, Ə. Axundov 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Texniki Universitetinin məzunu olan Ə.Axundovun xidməti başa vurmasına 3 ay qalıbmış.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisinin oğlu şəhid olub - FOTO
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisinin oğlu şəhid olub - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR