Logo

Yeni Azərbaycan Partiyasında yenilənmə baş verməlidir? - RƏYLƏR

Yeni Azərbaycan Partiyasında yenilənmə baş verməlidir? - RƏYLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hər zaman yenilənmək lazımdır”

Bu sözləri Sfera.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasında (YAP) yeni dövrün tələblərinə cavab verən islahatların yetişdiyi barədə fikirlərə münasibət bildirərkən ASDP sədri Araz Əlizadə deyib:

Yeni Azərbaycan Partiyasında yenilənmə baş verməlidir? - RƏYLƏR

"Əhali hakimiyyətdən təmiz, şəffaf fəaliyyət, firavan həyat və ədalət gözləyir. Müasir hökumət partiyası xalqı düşünən, özünü xalq üçün fəda edən insanlar birliyi olmalıdır. Amma YAP-da yenilənmənin vacibliyinə hakim partiya üzvləri qərar verməlidir. Özümə gəldikdə, düşünürəm ki, hər zaman yenilənmək lazımdır. Bunu hakim partiya da daxil bütün siyasi təşkilatlara aid edirəm”.

"Onların işlərini şərh etmirəm”

Yeni Azərbaycan Partiyasında yenilənmə baş verməlidir? - RƏYLƏR

Bu sözləri isə sayta açıqlamasında Asim Mollazadə deyib: "Bu işlə hakim partiya olan YAP özü məşğul olmalıdır. Mən isə hakim partiyada təmsil olunmuram. Suala cavab verdim. Heç bir siyasi partiya ilə bağlı suallara cavab vermirəm. Ölkədə fəaliyyət göstərən hər bir siyasi partiyanın öz məqsəd və işləri var. Onların işlərini şərh etmirəm”.

"Niyə məndən soruşursan”?

Yeni Azərbaycan Partiyasında yenilənmə baş verməlidir? - RƏYLƏR

Deputat Rasim Musabəyov əsəbi reaksiya verərək sualı hakim partiyaya ünvanlamağı məsləhət gördü: "Bu suala cavabı hakim partiyadan soruşun, məndən niyə soruşursan?

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR