Logo

Prezidentə məktublar: "Cəbhədə döyüşmək üçün Sizin əmrinizə hazırıq" - YENİLƏNİB

Prezidentə məktublar: "Cəbhədə döyüşmək üçün Sizin əmrinizə hazırıq" - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

06.04.2016

18:13

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli dövlət başçımız.

Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrinə endirdiyi sarsıdıcı zərbələri qürur və sevinclə izləyirik. Mən də oğlumla birlikdə Azərbaycana gəlib ikinci Vətənimiz üçün döyüşməyə hazırıq.

Allahdan şəhid olan azərbaycanlı qardaşlarıma rəhmət diləyirəm. Qarabağdakı qələbələrin davamlı olmasını arzu edirəm. Türkiyədəki qardaşlarınızın duaları sizinlədir. Azərbaycana canımız fəda olsun.

Hörmətlə,
Sarı Ünal İsmet oğlu
Türkiyə Respublikası, Uşak şəhəri

X X X

Hörmətli Azərbaycan Prezidenti.

Əslən Azərbaycan Respublikasındanam, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşam. Hazırda Rusiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. Bilirəm ki, Sizin sayənizdə bizim çox qüdrətli, peşəkar və yaxşı silahlanmış ordumuz var. Mən ordumuzla və onun döyüşçüləri ilə qürur duyuram. Buna baxmayaraq, diqqətinizə çatdırmaq istəyirəm ki, dövlətimizin hüdudlarından kənarda bizlər - döyüşməyi və düşmən arxasında kəşfiyyat-diversiya əməliyyatları aparmağı bacaran keçmiş hərbi zabitlər də var.

Cənab Prezident, bu müqəddəs müharibədir və biz bu müharibədə iştirak etməliyik. Torpaqlarımızın işğalçılardan azad edilməsi bizim üçün böyük şərəfdir. Yaşasın Azərbaycan! Azərbaycan döyüşçülərinə eşq olsun! Yaşasın Ali Baş Komandan! Var olsun Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev!

Hörmətlə,
İsayev Əli Eyyub oğlu
Ehtiyatda olan zabit
Rusiya Federasiyası, Kirov şəhəri

X X X

Əziz Prezidentimiz,

Erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün könüllü olaraq Azərbaycan Ordusuna qoşulmaq istəyirəm. Qardaş ölkə olan Azərbaycana canımız fəda olsun.

Yalçın Bülent Arif oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

X X X

Hörmətli cənab Prezident.

Belarusda yaşayan minlərlə azərbaycanlı növbəti erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərini alqışlayır, sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin düşməndən tam azad olunması xəbərinə sevinir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğunuz qətiyyətli mövqeyi və gördüyünüz işləri daim dəstəkləyirik. Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın haqlı mübarizəsində 25 il davam edən münaqişənin həllinə beynəlxalq hüququn norma və prinsipləri əsasında nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq qurumlar qəti şəkildə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Ermənistandan tələb etməlidir. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır.

Belarusda yaşayan hər bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinin həllində Sizin yanınızda olmağı, vətənimiz Azərbaycanın işğal edilmiş rayonlarının düşmən tapdağından azad edilməsi üçün lazımı tədbirlərdə yer almağı özünə borc bilir. Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanı dəstəkləyir və daim Cənab Prezidentin yanındadır.

Belarusun "Azərbaycan İcmaları Konqresi"nin üzvləri adından dərin hörmətlə,
Bağırov Natiq, sədr.
Belarus Respublikası, Minsk şəhəri.

X X X

Hörmətli Prezident.

Sözünüzün üstündə durub torpaqlarımızı işğalçılardan azad etməyə səylər göstərdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm.

Səfərbərlik elan edilsə, mənə bel bağlaya bilərsiniz. Mən səfərbərlik haqqında əmri gözləyirəm, daha oturub xəbərləri izləməyə tab gətirə bilmirəm. Cəbhəyə getmək, torpaqlarımızı azad etmək istəyirəm. Əmim oğlu artıq Azərbaycandadır. O da könüllülərin nə vaxt çağırılacağını gözləyir. Bu dərəcədə qətiyyətli və həqiqətən cəsarətli addıma görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqı Sizinlədir. Əsas məsələ bir addım da geri çəkilməməkdir. Əgər başladıqsa, axıradək getməliyik. Bir daha əmin oldum ki, Siz ən layiqli lidersiniz. Çox sağ olun"

Hörmətlə,
Hacıyev Cövhər Şəhriyar oğlu
Rusiya Federasiyası, Moskva şəhəri

X X X

Hörmətli Prezident İlham Əliyev.

Azərbaycan Ordusunun ölkənizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədə sizə dəstəyimi ifadə edərək cəbhədə döyüşməyə hazır olduğumu bildirmək istəyirəm. Allahdan sizi hifz etməsini və döyüşlərdə qalib gəlməyinizi arzu edirəm.

Hörmətlə,
Taştan İrfan İbrahim oğlu
Türkiyə Respublikası, Sivas şəhəri

X X X

Hörmətli Prezident İlham Əliyev.

Mən İstanbulda yaşayıram. Qarabağda hərbi əməliyyatların yenidən başlandığını öyrəndiyim anda Sizə yazmaq qərarına gəldim. Allah sizin köməyiniz olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Cənab Prezident, Türkiyədəki qardaşlarınız son nəfəslərinə qədər sizin yanınızda olmaq üçün əmrinizi gözləyir. Sizi sevirik.

Hörmətlə,
Yılmaz Erdoğan Kazım oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Evin tək oğlu olmağıma baxmayaraq, könüllü olaraq Səbail hərbi komissarlığına müraciət edib birinci Qarabağ müharibəsində iştirak etmişəm. Mən və döyüş yoldaşlarım yaralansaq da əlillik statusu almamışıq ki, Vətənə lazım olan an yenə də döyüşlərə qoşularaq torpaqlarımızın qaytarılması üçün savaşaq. Müraciətlərimizə baxmayaraq, bizi döyüş bölgələrinə göndərmirlər.

Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. Sizdən xahiş edirəm, bizim kimi Vətən əsgərlərinin döyüşlərdə iştirak etməyinə göstəriş verəsiniz.

Hörmətlə,
Baş leytenant Elçin Süleymanov
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli cənab Prezidentim.

Mən Türkiyənin Van vilayətində polis əməkdaşıyam. Cəbhə xəttində Azərbaycan əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə öyrəndim. Şəhid əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Biz də üzvlərinin əksəriyyəti ermənilər olan PKK terrorçuları ilə mübarizə aparırıq. Bu mübarizədə əsgərlərimiz şəhid olur. Təbii ki, şəhidlərimizin qanı yerdə qalmır. Onlar Vətən uğrunda düşünmədən canlarını qurban veriblər.

Biz Türkiyə Respublikası və türk qardaşlarınız olaraq, hər zaman Azərbaycanın yanındayıq. Sizin də daim bizim yanımızda olduğunuzu bilirik. Türkiyədə olduğu kimi, lazım gəlsə, Azərbaycanda da son damla qanımıza qədər döyüşməyə hazırıq. Türkiyənin və Azərbaycanın gələcəyi parlaq olacaq. Heç bir qüvvə ölkələrimizin əbədi qardaşlığını poza bilməyəcək.

Sözlərimin sonunda həm Türkiyədə, həm də Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyir, xalqlarımıza başsağlığı verirəm.

Ən səmimi hisslərimlə,
Kırbıyık Mücahit Salih oğlu
Türkiyə Respublikası, Van şəhəri

X X X

Cənab Prezident,

Sizə çox böyük qürur hissi ilə ünvanladığımız məktubla bu günlər yaşadığımız sevincimizi bölüşür, apardığınız müdrik və qətiyyətli siyasətinizi alqışlayırıq.

Cənab Prezident, uzun illərdir ki, 20 faiz Azərbaycan ərazisi erməni faşizminin tapdağı altında inləyir, Vətənimiz yaralı simurq quşuna bənzəyirdi. Amma bu günlər qəbul etdiyiniz qətiyyətli qərar və atdığınız addımlar öz bəhrəsini verməkdədir. Artıq əməlləri ilə bütün dünyaya xeyirxahlıq nuru çiləyən Azərbaycan dövləti düşünülmüş siyasəti ilə qələbə ərəfəsindədir. O qələbəni bütün türk dünyasına yaşadan məhz Sizsiniz, hörmətli cənab Prezident! Tanrı Sizə elə bir qüvvət, qüdrət və kəramət bəxş edib ki, əməllərinizin işığında bütöv bir xalq yaşayır, fəaliyyət göstərir. Elə bir xalq ki, daima şərəf və ləyaqəti uğrunda ölümə mərdliklə sinə gərə bilir. Buna səbəb isə Azərbaycan əsgərinin arxasında dayanan güclü dövləti, dövlətinin başında isə əsl sərkərdənin - Ali Baş Komandanın olmasıdır.

Sizə - Ali Baş Komandanımıza bildirmək istəyirik ki, bu müqəddəs yolda qazanılacaq qələbə Azərbaycanın mübarizlik tarixində ən yüksək zirvəyə çevriləcək. Bu zirvəni fəth edən, qələbə sevincini bizlərə yaşadan isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev olacaq. Tanrı bu müqəddəs yolda daim köməyiniz olsun və Sizi bu millətə çox görməsin!

Hörmətlə,
Səbail rayonu, 189-190 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından
Kuliyeva Ceyran Bədrəddin qızı
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Cənab Prezident,

Sizə qətiyyətli və uğurlu siyasətiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

Fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Ali Baş Komandanımız var. Hər zaman Sizinləyik!

Dərin hörmətlə,
Əliyev Orxan Mahir oğlu
Rusiya Federasiyası, Tobolsk şəhəri

X X X

Hörmətli cənab Prezident İlham Əliyev.

Erməni təxribatçılarına qarşı apardığınız mübarizədə Allahdan sizə yardımçı olmasını diləyirəm.

Bilin ki, erməni işğalçılarına qarşı döyüşlərdə dualarımız sizinlədir. Biz cəbhədə döyüşmək üçün Sizin əmrinizə hazırıq.

Qardaşlarıma salamlarımızı çatdırmağı xahiş edirik. Allah köməyiniz olsun. Əmrinizi gözləyirik.

Hörmətlə,
Şenyüz Bülent Salih oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Hörmətli cənab Prezident, mən Göyçayda doğulmuşam. Ukrayna polisinin polkovnik-leytenantıyam. Vətənim uğrunda, əcdadlarımın Vətəni uğrunda canımdan keçməyə hazıram. Təki torpaqlarımız azad olsun. Bizim yağı düşməndən heç vaxt qorxmayan Dədə Qorqud, Koroğlu nəslindən olduğumuzu ermənilərə göstərməyin vaxtı çatıb. Əmrinizi gözləyirik.

Hörmətlə,
Məmmədov İntiqam Güləli oğlu
Ukrayna, Zaporojye şəhəri

X X X

Cənab Prezident,

Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar kimi, Gürcüstanda yaşayan azərbaycanlılar da son günlər tarixi vətənimizdə, cəbhədə baş verən hadisələri həyəcanla izləyir, düşmənin layiqincə susdurulması üçün görülən tədbirləri ürəkdən dəstəkləyirik.

Cənab Ali Baş Komandan, mən Kərimov Arif Məhəmməd oğlu Gürcüstanda doğulub boya-başa çatmışam. Artıq səkkiz ildir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin SOCAR ENERJGY GEORGIYA MMC-nin monitorinq üzrə menecer vəzifəsində çalışıram, üç övlad atasıyam. Azərbaycan üçün bu ağır və şərəfli günlərdə doğma vətənimizin düşmən tapdağından azad edilməsi, Qarabağ torpaqlarının işğalçı ermənilərdən təmizlənməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa, bu şərəfli günlərdə soydaşlarımızla çiyin-çiyinə vuruşmağa hazıram.

Allahdan şəhidlərimizə rəhmət, xalqımıza isə yeni-yeni qələbələr diləyirəm!

Dərin hörmətlə,
Kərimov Arif Məhəmməd oğlu
Gürcüstan, Tbilisi şəhəri.

X X X

Hörmətli cənab Prezidentim.

Evli və bir uşaq atası olmağıma baxmayaraq, Azərbaycanı doğma Vətənim bildiyim üçün haqlı mübarizənizdə ölənədək mübarizə aparmağa hazıram.

Hərbi əməliyyatlarla bağlı Azərbaycanda səfərbərlik elan olunarsa məni də ordu sıralarına qəbul etməyinizi Sizdən xahiş edirəm. Azərbaycanlı qardaşlarımla çiyin-çiyinə döyüşməyi özümə şərəf bilirəm. Allah köməyiniz olsun.

Dərin ehtiramla,
İşık Kürşad Hasan oğlu
Türkiyə Respublikası, Adana şəhəri

X X X

Azərbaycan Respublikasinin Prezidenti, cənab Ali Bas Komandan.

Sizi Ordumuzun qələbəsi münasibəti ilə təbrik edirəm. Bir azərbaycanli kimi bu qələbəyə çox sevinirəm.

Mən Sankt-Peterburq Dövlət Texnologiya və Dizayn Universitetinin dördüncü kurs tələbəsiyəm. Lazim gələrsə təhsilimi dondurub bir Vətən oğlu kimi Sizin komandanlığınız altinda torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə hər zaman vuruşmağa hazıram. Azərbaycan xalqi yenilməzdir, Azərbaycan torpağı bölünməzdir!

Dərin hörmətlə,
Hacıyev Nahid Aydın oğlu
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri

X X X

Hörmətli cənab Prezident,

Xalq sahilsiz dənizlər kimi coşub çağlayanda, öz istiqlalı, dövlət müstəqilliyi, milli dirçəlişi və torpaq bütövlüyü uğrunda elliklə ayağa qalxanda, yalın əllə dəmir tanklara sipər çəkib, sinələri ilə odlu güllələri tutanda, qorxuya düşən düşmənlər bu azadlıq ideyalarını boğmaq üçün hər tərəfdən qanlı əllərini vətənimizə tərəf uzadanda və nəhayət, dövlətçilik təcrübəsizliyimizin, habelə daxili satqınlarımızın və xarici düşmənlərimizin fitnəsi ilə "olum və ya ölüm" qarşısında qalanda, Allah ulu öndər Heydər Əliyevi xalqın köməyinə yetirdi. Xalqımız bu bəlalardan xilas oldu.

Bu gün xalqımız yenidən sınaqla, vətənimizin yağı düşmənlə üz-üzə qaldığı bir məqamda Sizin böyük sərkərdə kimi öndə olmağınız, dünyaya və xalqımıza verdiyiniz mesajlar hər bir azərbaycanlının ürəyini dağa döndərir.

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Ətrafımda yüzlərlə iş adamları, ziyalılar və yaxınlarım Sizin apardığınız siyasəti birmənalı şəkildə bəyənir, dəstəkləyir və yanınızda olmaqdan qürur duyur. Bu ahıl çağımda əsgərlərimizlə bir səngərdə olmağı ömrümün mənası hesab edirəm. Vətənimizin düşmən tapdağından azad olunması uğrunda mübarizədə Sizin yanınızda olmağı, Vətənə olan borcu ödəməyi, xidmət etməyi həyatımın mənası sayıram.

Məlumat üçün bildirirəm ki, 68 yaşım var, özüm də hərbi xidmətdə olmuşam. Ətrafımda olan insanlarla birlikdə Sizin əmrinizi gözləyirik.

Dərin hörmətlə və ehtiramla,
Bir qrup ziyalılar adından Aydın Heydərov
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli Prezident İlham Əliyev.

Erməni işğalçılarına tutarlı cavab verdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm. Türkiyə Respublikasının vətəndaşı olaraq, bu qətiyyətli mübarizənizi fəal dəstəkləyirəm. Lazım olduqda azərbaycanlı qardaşlarımla bərabər cəbhədə döyüşməyə hazıram. Türkiyədə mənim kimi Vətənimizi qorumaq üçün səbrsizliklə gözləyən və haqlı mübarizənizdə azərbaycanlı qardaşlarımızla birgə canlarını fəda edəcək minlərlə gəncin olduğunu bilməyinizi istəyirəm.

Hörmətlə,
Karapolat Hasan Sakir oğlu
Türkiyə Respublikası, Kırıkkale şəhəri

X X X

Hörmətli cənab Prezident İlham Əliyev.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbi birləşmələrinin provokasiyalarına qarşı müvəffəqiyyətli hərbi əməliyyatları zamanı qardaşlarımızın həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Biz həmişə vətənimiz Azərbaycanın yanındayıq. Mən Qazaxıstanın Almatı şəhərində yaşayıram. Biz Almatıdan gəlib cəbhədəki qardaşlarımıza qoşulmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz Sizi çox sevirik, Sizə inanırıq. Allah Sizə kömək olsun!

Vətəndən uzaqlarda yaşadığımıza baxmayaraq, qəlbimiz həmişə Azərbaycanla, ölkəmizlə bir döyünür. Allah qardaşlarımıza güc versin və onları qorusun.

Hörmətlə,
Nuriyeva İlhamə İlqar qızı
Qazaxıstan Respublikası, Almatı şəhəri

X X X

Çox hörmətli Prezidentim.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi olaraq, ermənilərin təcavüzkarlıqları nəticəsində şəhid olan Azərbaycan əsgərlərinin qəlbimizi dağlayan kədəri qarşısında sonsuz üzüntü duyuram.

Ermənilərin işğalçı, qatil düşüncəsinə sahib olmalarına baxmayaraq, Azərbaycan ərazilərini illərdir işğal altında saxlamalarına göz yuman dünyanın son günlər ermənilərin törətdikləri təxribatları səssizcə seyr etməsini ikili standart olaraq dəyərləndiririk.

İnsanlığın üz qarası olan bu xainliyə böyük siyasi qətiyyət göstərərək "atəşkəs" əmri ilə "dur" deyən möhtərəm Prezident İlham Əliyevin soyuqqanlılığının yaxşı başa düşülməsinin vacibliyinə və səbrin də bir həddinin olmasına inamımızla Azərbaycanın kədərini bölüşürük.

Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, yaralananlara şəfa diləyirik.

Hörmətlə,
Akkan Suver, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş direktoru
Türkiyə Respublikası, İstanbul şəhəri

-----------

16:30

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin göstərişinizlə hər an müharibəyə hazır olduğumu bildirmək istəyirəm. Qarabağımızı mənfur düşməndən azad etməyə hazırıq və səfərbərlik əmrinizi səbirsizliklə gözləyirik. Sizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Azərbaycan xalqı, Azərbaycan gənci, Azərbaycan ziyalısı daim Sizinlədir. Biz Sizə və Ordumuza inanırıq.

Yaşasın Prezidentimiz cənab İlham Əliyev! Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin ruhu şad olsun!

Hörmətlə,
Qasımov İbrahim Musa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident, yazıb Sizə bildirmək istəyirəm ki, mən və mənim kimi yüzlərlə gənc Sizin səfərbərlik əmrinizi gözləyirik. Bir laçınlı olaraq mən də cəbhə xəttinə getmək və düşmənə qarşı vuruşmaq istəyirəm. Xalqımız Sizi dəstəkləyir. Son nəfəsimizə kimi əmrlərinizi yerinə yetirməyə hazırıq, yetər ki, əmr verin. İnşallah sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq.

Hörmətlə,
Hüseynov Elnur Bahadur oğlu,
Azərbaycan Respublikası, Laçın rayonu.

X X X

Möhtərəm cənab Prezident.

Qazandığınız qələbə və zəfər münasibətilə şəxsən öz adımdan və ailəmin adından Sizi təbrik edirəm. Böyük fərəh və qürur hissi ilə Sizə Allahdan möhkəm cansağlığı diləyirəm. Fəxr edirik ki, bizim belə güclü, əzəmətli Ordumuz var. Sevinirik ki, Sizin kimi müdrik, qətiyyətli Prezidentimiz, Ali Baş Komandanımız var.

Möhtərəm Prezident, Sizin hər bir çıxışınız biz gənclərdə vətənpərvərlik hissini, döyüşkənlik ruhunu artırır. Bizim birliyimiz və gücümüz qarşısında düşmənin tab gətirmədiyini gördük. Bu, yolun başlanğıcıdır. Bu tolda Sizə uğurlar arzulayıram.

Hörmətlə,
Abbasov Elvin Rövşən oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu.

X X X

Hörmətli cənab Prezident!

Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizin nəticələrinə görə böyük qürur hissi keçiririk. Uğurlu siyasətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, hazırda düşmən işğalı altında olan Dağlıq Qarabağımız Sizin uğurlu siyasətiniz sayəsində azad ediləcək. Ordumuzun bu günlərdə qazandığı qələbə bunu deməyə əsas verir.

Biz Sizinlə fəxr edirik. Sizin rəhbərliyiniz altında dövlətimizin beynəlxalq arenada hər gün qazandığı uğurlar xalqımızda qürur hissi oyadır. Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,
Rüstəmova Rəhilə Əjdər qızı
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli Prezidentimiz.

Biz "Bir millət, iki dövlət"ik. Türkiyə kimi, Azərbaycan da mənim Vətənimdir. Haqq işiniz mübarək olsun. Biz son nəfəsimizədək sizin yanınızdayıq. Vətənimizin müdafiəsi üçün əmrinizi gözləyirik. Tanrı türkü qorusun, Allah köməyiniz olsun. Türkiyədən milyonlarla insan könüllü olaraq Qarabağda döyüşmək üçün əmrinizə hazırdır. Əllərinizdən öpürəm.

Hörmətlə,
Hızlı Yusuf Hüseyn oğlu
Türkiyə Respublikası, Bursa şəhəri

X X X

Hörmətli Prezidentim.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana qarşı haqlı mübarizənizdə mənim, oğlumun və bütün türk millətinin hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğunu bilməyinizi istərdim.

Mən Türkiyədə hərbi xidmətdə olmuşam. Amma lazım gələrsə ikinci Vətənimizdə də bu müqəddəs borcu məmnunluqla yerinə yetirməyə hazıram. Siz tək deyilsiniz. Biz daim sizin yanınızdayıq. Allah azərbaycanlı qardaşlarımızı qorusun.

Hörmətlə,
Duyqun Özgür Yılmaz oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Möhtərəm cənab Prezidentim.

Mənim 33 yaşım var, evliyəm və 25 günlük qızım var. Ermənistan Qarabağı işğal edəndə 13 yaşım var idi. Həmin vaxt Azərbaycan torpaqlarının işğalını televiziyadan izləyəndə çox kədərlənmiş və ağlamışdım.

Cənab Prezidentim, biz Sizi böyük qardaş, Azərbaycanı isə Vətənimiz bilirik. Son günlər Azərbaycan Ordusu erməni təxribatlarına cavab verərək torpaqları geri qaytarmaq üçün işğalçılarla vuruşur. İyirmi il əvvəl uşaq idim, lakin indi böyümüşəm və azərbaycanlı qardaşlarımızın yanında döyüşmək üçün daim əmrinizi gözləyirəm. Könüllü əsgər kimi Azərbaycanda xidmət etməyə hazıram. Əllərinizdən öpürəm.

Allah cəbhədəki qardaşlarımızın köməyi olsun.

Hörmətlə,
Gürsoy Murad Ahmetali oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

X X X

Qardaş ölkənin hörmətli Prezidenti.

Təmas xəttindəki gərginliklə əlaqədar Azərbaycan Ordusunun sıralarında Ermənistana qarşı son damla qanıma qədər döyüşməyə hazıram. Bunun üçün əmrinizi gözlədiyimi dərin hörmətlə diqqətinizə çatdırıram. Türkün sizdən başqa dostu yoxdur.

Hörmətlə,
Özdiker Öndər Ünal oğlu
Türkiyə Respublikası, Antalya şəhəri

X X X

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını çoxdan gözlədiyimiz qələbələr münasibətilə təbrik edirəm. Mən bir sədaqətli vətənpərvər insan kimi demək istəyirəm ki, biz - Azərbaycan qadınları da orduda xidmət etməyə və doğma torpaqlarımızın qaytarılması uğrunda vuruşmağa hazırıq. Bizim hərbi xidmətə getməyimizə icazə veriləcəyi anı intizarla gözləyirəm. Mənim ailəm Ağdamın Güllücə kəndindədir. Əlimizdə Azərbaycan bayrağı tutaraq doğma yerlərə gedə biləcəyimiz anı həsrətlə gözləyirik. Mən orada dəfn edilmiş babamın məzarını ziyarət etmək arzusundayam. Mən öz Vətənimlə fəxr edirəm və ondan ötrü əlimdən gələni etmək istəyirəm.

Ən xoş arzularla,
İsmayılova Günel Fərhad qızı
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli, cənab Prezidentim.

Mən 1978-ci ildə Türkiyənin Konya şəhərində doğulmuşam. Veteran hərbçiyəm. Sizə yazmağımın səbəbi qardaş Azərbaycanın haqq mübarizəsində canımı fəda etməyə hazır olduğumu bildirməkdir.

Cənab Prezident, Sizi və Azərbaycan xalqını ürəkdən sevirəm. Xain ermənilərə qarşı apardığınız uğurlu döyüşdə ölənədək vuruşmaq üçün əmrinizi gözləyirəm. Mən Sizə, qardaş Azərbaycana olan sevgimi Vətən uğrunda canımdan keçərək sübut etmək istəyirəm. Qardaş Azərbaycan xalqına və çox hörmətli Prezidentimizə sonsuz ehtiramımı bildirirəm.

Hörmətlə,
Baran Niyazi Kazım oğlu
Türkiyə Respublikası, Konya şəhəri

X X X

Cənab Prezident,

Mən Qarabağda döyüşmüş keçmiş polis zabitiyəm. Bütün növ silahlardan istifadə qaydalarını bilirəm. 1990-1992-ci illərdə kəşfiyyatda olmuşam. Vətənimizin indiki müharibə vəziyyətində mən də könüllü olaraq döyüşlərdə iştirak etmək istəyirəm.

Hörmətlə,
Bayramov Ədalət Əyyub oğlu
Kəlbəcərli məcburi köçkün
Azərbaycan Respublikası, Gəncə şəhəri

X X X

Möhtərəm cənab Prezident.

Biz, "Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır" toplantısının iştirakçıları, Qaradağ rayonunun gəncləri adından bəyan edirik ki, Sizin müstəqil Azərbaycanımızın hərtərəfli inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, xalqımızın həyatının yaxşılaşdırılmasına və rifahının yüksəldilməsinə yönələn məqsədyönlü siyasətinizi ürəkdən bəyənirik.

Möhtərəm cənab Prezident, 2 aprel 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində təmas xətti boyunca növbəti təxribata əl ataraq, Azərbaycan mövqelərinə hücum etmiş, iriçaplı silahlardan və ağır texnikadan istifadə etməklə yaşayış məntəqələrimizi güclü atəşə məruz qoymuşdur. Bunun nəticəsində həmin əraziyə yaxın kəndlərdə yaşayan dinc sakinlərimiz həlak olmuş, yaralanmış, mülki obyektlərə və əhalinin təsərrüfatına xeyli zərər vurulmuşdur. Bu təxribat və hücum əməliyyatlarının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb. Bu təxribatlar Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasının, dünya və regional təşkilatların qərarlarını heçə saymasının, bölgədə sülhə hər an təhlükə yaratmasının və bütünlükdə bu işğalçı dövlətin Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür.

Cənab Ali Baş Komandan, son günlər ermənilərin cəbhədəki təxribatları onu göstərir ki, Ermənistan işğal edilmiş torpaqlardan geri çəkilmək istəmir və 20 ildən artıq bir vaxtda aparılan danışıqlar prosesinin həlledici məqamlarında işğalçı ölkə kimi təxribata əl atmaqla prosesi ləngitməyə çalışır. Mənfur ermənilər aprelin 2-də növbəti dəfə təxribata əl atdılar və nəticədə Azərbaycan ordusunun gücünü gördülər. Güclü və qüdrətli Azərbaycan Ordusunun əsgər və zabitləri düşmənə sarsıdıcı zərbə endirərək onları geri çəkilməyə məcbur etdilər.

Əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmənin geri çəkilməsi, cəbhəyanı kəndlərimizdə insanların təhlükəsizliyinin təmin olunması doğma Qaradağ torpaqlarının yaxın vaxtlarda düşməndən azad olunmasına inam verir. Son günlərdə Azərbaycan Ordusunun düşməndən üstün olması, ermənilərin canlı qüvvə və texnika sarıdan xeyli sayda itki verməsi ölkəmizin yaxın vaxtlarda düşmən üzərində böyük qələbə qazanacağına ümidləri artırır. Erməni təxribatına qarşı Milli Ordumuzun uğurlu əməliyyatlarını sevinc hissi ilə qarşılayır və Ordumuzun mövqeyini birmənalı şəkildə müdafiə edirik.

Möhtərəm cənab Prezident, Sizin nümayiş etdirdiyiniz mövqe işğalçı qüvvələrin torpaqlarımızdan tezliklə qovulması ilə nəticələnəcək. Biz, Qarabağ rayon gəncləri bu istiqamətdə Sizin əmrinizə uyğun olaraq istənilən vaxt ərazilərimizin azad edilməsi uğrunda döyüşlərə qoşulmağa, əzmkarlıq göstərməyə və düşməni məhv etmək üçün bütün gücümüzü səfərbər etməyə hazırıq.

Hörmətlə,
Qaradağ rayon gəncləri,
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

X X X

Cənab Ali Baş Komandan,

Mən və sədrlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) çoxminli üzvü və təəssübkeşi torpaqlarımızı düşməndən azad etmək üçün səfərbər olmağa hazırıq.

Hüseynov Əlisahib Vəli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda son damla qanıma qədər döyüşməyə, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün həyata keçirilən əməliyyatlarda iştirak etməyə hazıram. Bu, ürəyi Vətən eşqi ilə döyünən hər bir gəncin arzusudur.

Cənab Ali Baş Komandan, səbirsizlikə əmrinizi gözləyirəm.

Dərin hörmət və ehtiramla,
Bəyəliyev Kamran Səxavət oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi

X X X

Cənab Prezident, İsveçdə yaşayan və işləyən bir azərbaycanlı kimi Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, bütün qərarlarınızı hörmətlə qarşılayıram. Hazırda Azərbaycandakı vəziyyət İsveçdə yaşayan bütün azərbaycanlıları narahat edir və uzaqda da olsaq inanin ki, qəlbimiz Sizinlə döyünür. İstər ön, istərsə də arxa cəbhədə hər zaman əlimizdən gələn köməyi etməyə hazırıq. Biz artıq qələbə sevincini, bayram əhval-ruhiyyəsini yaşayırıq. Torpaq, Vətən yolunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyirik. Daha böyük qələbə irəlidədir. Mən Azərbaycanın Biləsuvar rayonunda doğulub böyümüşəm, lakin tale elə gətirib ki, indi Avropada yaşayıram və işləyirəm. Sizə işinizdə müvəffəqiyyətlər arzu edirəm. Cənab Ali Baş Komandan, əmrinizi gözləyirəm.

Hörmətlə,
Nadir Mahmud oğlu Xankişiyev Hollenbrand,
İsveç Krallığı, Stokholm.

X X X

Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev.

Sizi, qardaş Azərbaycan xalqını ürəkdən salamlayıram. Prezidentə məktub yazdığım üçün çox həyəcanlıyam. Sizə məktub yazmaq böyük qardaşa, ataya yazmaq kimidir.

Vətənin müdafiəsində azərbaycanlı qardaşlarımın şəhid olması xəbərindən çox kədərləndim və Sizə yazmaq qərarına gəldim. Sizinlə birgə olmağa, Azərbaycanımızı, doğma yurdumuzu qorumağa, düşmənə qarşı son nəfəsimədək vuruşmağa hazıram. Azərbaycanı öz ölkəm, hər bir azərbaycanlı ananı doğma anam, Vətənin keşiyində dayanan Azərbaycan əsgərini öz qardaşım kimi sevirəm. Allahdan tək arzum odur ki, bütün azərbaycanlı qardaşlarımızı qorusun.

Mən Sizi çox sevirəm. Siz daim xalqınızın yanında olursunuz, onun problemləri ilə maraqlanırsınız.

Ən səmimi hisslərimlə demək istəyirəm ki, Türkiyə, türk xalqı daim Azərbaycanın yanındadır. Bu, hər zaman belə də olacaq. Biz bir millət, iki dövlətik.

Şəhid olan qardaşlarıma Allahdan rəhmət diləyir, Sizə, onların ailələrinə başsağlığı verir və səbr diləyirəm.

Hörmətlə,
Duman Uğur Mahmut oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

X X X

Möhtərəm cənab Prezident, mən televiziya vasitəsilə fasiləsiz olaraq cəbhədəki vəziyyəti izləyirəm və qürur hissi ilə deyirəm: Sizinlə, ordumuzla fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar torpaqlarımız uğrunda son damla qanlarına qədər mərdliklə vuruşmuşlar. Bəli, biz bu günü səbirsizliklə gözləyirdik. Torpaqlarımızı artıq geri qaytarmaq vaxtı çatmışdır. Möhtərəm cənab Prezident, biz Sizin Ali Baş Komandan kimi əmrinizi gözləyirik. Mən bir dəfə hərbi xidmətdə olmuşam. Vətən uğrunda sağ ayaq topuq sümüyümü itirmişəm. Ancaq çox şükürlər olsun ki, bu gün ayaq üstəyəm və yenə də Vətən uğrunda döyüşmək üçün mən və dostlarım Cəlilabad rayon hərbi komissarlığına gedib könüllü yazılmağa qərar verdik. Bizlər bu gün Sizin yanınızda olub əmrlərinizi canla-basla yerinə yetirməyə hazırıq. Buna tam əmin ola bilərsiniz. Sizin əmrlərinizi gözləyirik. Yetərki əmr edin. Cənab Prezident, biz daim sizinləyik. Təkrar hərbi xidmətə gedib Vətən uğrunda döyüşmək istəyirik. Təki torpaqlarımızı mənfur düşmənlərimizdən azad edək.

Hörmətlə,
Yariyev Ramil Sadiq oğlu,
Azərbaycan Respublikası, Cəlilabad rayonu.

X X X

Hörmətli cənab Prezident!

Sizin uğurlu xarici və daxili siyasətiniz sayəsində son günlər qüdrətli Ordumuzun cəbhəboyu ərazilərdə bir sıra mühüm strateji məntəqələri erməni vandallarından azad etməsi xəbəri bütün Azərbaycan xalqı və ictimaiyyəti kimi Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiyaçı alimlərini də ürəkdən sevindirir. Əminik ki, Sizin rəhbərliyiniz altında və inamlı sülhsevər siyasətiniz nəticəsində bundan sonra da xalqımız, dövlətimiz qloballaşan dünyada daha mühüm demokratik, milli-siyasi zəfərlərə nail olacaqdır. Sizin beynəlxalq arenalarda dəfələrlə dediyiniz kimi, heç kəs Azərbaycan xalqını və dövlətini ədalətli və demokratik inkişaf yolundan döndərə bilməyəcəkdir. Bu yol bizim milli, siyasi prioritetimizdir, gələcəyimizdir və dönməzdir.

Möhtərəm Prezident, xalqımızın bu çətin günlərində biz - coğrafiyaçı alimlər həmişə Sizin yanınızdayıq. Sizi əmin edirik ki, bundan sonra da milli dövlətçilik və ekocoğrafi problemlərin həlli məsələsində öz bilik və bacarığımızı əsirgəməyəcək, Sizin ətrafınızda bir yumruq kimi sıx birləşəcəyik.

Coğrafiya İnstitutunun kollektivi adından dərin hörmətlə,
Məmmədov R.M.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Cəbhə xəttində ordumuzun qazandığı qələbələr münasibətilə Sizi təbrik edirəm. Bu qələbələr bizi daha böyük uğurlara ruhlandırır. Ali Baş Komandan, əminik ki, Sizin rəhbərliyinizlə ordumuz erməni faşistlərini işğal altında olan bütün torpaqlarımızdan qovacaq və qisasımızı alacağıq. Bütün Azərbaycan xalqı Sizin ətrafınızda birləşib və Sizi dəstəkləyir. Bizim ailəmiz torpaqlarımızın bütövlüyü uğrunda şəhidlər verib, yenə də bu yolda şəhid olmağa hazırıq. Biz Sizin əmrinizi gözləyirik.

Hörmətlə,
Rzayev Yusif İmaməddin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Hörmətli cənab Prezident, mən 35 il daxili işlər orqanlarında xidmət etmişəm. Hazırda təqaüddə olan polis polkovniki, müharibə veteranıyam. Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişəm. Erməni qəsbkarlarına qarşı mübarizədə xidmət etdiyim illər ərzində keçirilən döyüşlərdə, əməliyyat tədbirlərində istər Naxçıvan Muxtar Respublikasında, istərsə də Dağlıq Qarabağ və ətraf rayonlarda fəal iştirak etmişəm. Yaranmış vəziyyətlə əlaqədar indi mən döyüş bölgəsində iştirak etməyə tam hazıram. Həmçinin bütün təqaüddə olan güc strukturlarında çalışmış yüksək rütbəli zabitləri də bu döyüşdə iştirak etməyə səsləyirəm. Bu, əsgərlərdə vətənpərvərlik və ruh yüksəkliyinin daha da artmasına kömək edəcək. Xalqını, Vətənini və dövlətini sevən hər bir vətənpərvər və namuslu insan bunu sözlə yox, öz əməli ilə sübut etməlidir.

Hörmətlə,
İsmayılov Bayram Yəhya oğlu, təqaüddə olan polis polkovniki, müharibə veteranı,
Azərbaycan Respublikası, Bakı, şəhəri, Sabunçu rayonu.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Mən Hüseynov Firdovsi Saday oğlu 1976-ci il avqustun 22-də Bərdə rayonunun Şatırlı kəndində anadan olmuşam. 1993-cü ildə könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak etmişəm. Ulu öndərimiz Heydər Əliyev tərəfindən hərbi xidmətdə fərqləndiyimə görə medalla təltif olunmuşam. Cənab Prezident, xahiş edirəm mənim ikinci dəfə könüllü olaraq ordu sıralarına qoşulmağım üçün göstəriş verəsiniz.

Hörmətlə,
Hüseynov Firdovsi Saday oğlu, təqaüdçü
Azərbaycan Respublikası, Bərdə rayonu, Şatırlı kəndi

X X X

Hörmətli Prezident İlham Əliyev.

Ermənistanın ordusunun təxribatlarına qarşı qəti və kəskin cavab verdiyiniz üçün bir türk olaraq sizinlə qürur duyuram və qarşınızda ehtiramla baş əyirəm. Allah köməyiniz olsun. Tanrı türkü qorusun. Allahdan şəhidlərimizə rəhmət diləyirəm.

Hörmətlə,
Kanbal Yusif Hüseyn oğlu
Türkiyə Respublikası, Diyarbəkir şəhəri

X X X

Hörmətli Prezident.

Son günlər cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun əsgərlərinin şəhid olması ilə əlaqədar Sizə və qardaş ölkəyə dərin kədər hissi ilə başsağlığı verirəm. Bir türk olaraq Allah-Taaladan Azərbaycan xalqının və Ordusunun yardımçısı olmasını diləyirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda ölənədək mübarizə aparmağa hazıram. Türkiyədə də hər gün qəhrəman əsgərlərimiz şəhid olur və buna çox kədərlənirəm.

Azərbaycanın Ordusunun sıralarında düşmənə qarşı mübarizə aparmaq üçün hazıram. Azərbaycan əsgərləri ilə birgə ermənilərə qarşı döyüşmək və onları müqəddəs torpaqlarımızdan çıxarmaq istəyirəm. Bizim qardaşlığımızı heç kimin pozmasına icazə vermərik. Vətən bizim üçün namusdur. Daim zirvələrdə dalğalanan bayrağımızı heç kim endirə bilməz.

Hörmətlə,
Tunç Serkan İsmayıl oğlu
Türkiyə Respublikası, Adana şəhəri

X X X

Hörmətli Prezidentim.

Bilməyinizi istərdim ki, Azərbaycanın Ermənistana qarşı apardığı haqlı mübarizəsinə dəstək üçün Türkiyədə 80 milyon qardaşınız əmrinizə hazırdır. Biz bütün gücümüzlə Azərbaycanın yanındayıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, ehtiramlarımı bildirirəm.

Hörmətlə,
Semerci Ali Mustafa oğlu
Türkiyə Respublikası, Tekirdağ şəhəri

---------

11:22

Hörmətli cənab Ali Baş Komandan.

Ordumuzun cəbhədə bir neçə strateji yüksəkliyi ələ keçirməsi münasibətilə Sizi təbrik edirəm. Bu anlarda özümü Qarabağda hiss edirəm. Biz bu uğurları Sizin rəhbərliyinizlə qazandıq.

Möhtərəm Prezident, mən də bir vətəndaş kimi Qarabağa döyüşə getməyi özümə borc bilirəm. Mənim dayım da Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşmaq hər bir gəncin arzusudur. Bizim arzumuz həm də Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və Ordumuza uğurlar arzu edirik.

Hörmətlə,

Əzimzadə Nərmin Şaiq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

x x x

Hörmətli Ali Baş Komandan, biz gənclər və bütün dünya azərbaycanlıları Sizinlə fəxr edirik. Ölkəmizdə, Vətənim Azərbaycanda, Qarabağımızda gedən döyüşlərdə düşmənə qarşı şücaətlə vuruşmaq mənim də arzum olub. Arzumdur ki, mən də Vətənə öz borcumu verim. Xahiş edirəm ki, bir vətəndaş olaraq mənim bu arzumu reallaşdırasınız və tapşırıq verəsiniz ki, məni silah-sursatla təmin etsinlər və mən də Vətənim Azərbaycanın, işğal olunmuş torpaqlarımızın müdafiəsində iştirak edim. Daha dözməyə səbrimiz qalmayıb.

Hörmətlə,

Hüseynov Şamxal Adil oğlu,

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

x x x

Hörmətli cənab Prezident.

Əvvəla ordumuzun uğurları münasibətilə Sizi təbrik edirəm. Şəhidlərimizin ruhu şad olsun. Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.

Cənab Prezident, təmas xəttində ermənilərə belə layiqli cavab verdiyiniz üçün Sizə minnətdaram. Xahiş edirəm, mənim ordu sıralarına qatılmağım üçün göstəriş verəsiniz.

Hörmətlə,

Sadiqov Asif Elşad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Cənab Prezident,

Son günlərdə ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr biz vətəndaşları çox sevindirir və qürurlandırır. Düşmənlə qəhrəmanlıqla döyüşən Azərbaycanın qeyrətli oğullarını Allah qorusun.

Cənab Ali Baş Komandanım, çıxışlarınızda dəfələrlə bildirmisiniz ki, erməni əsgərləri bizim torpaqlardan çıxmasalar, ordumuzun cavabı ağır olacaq. Amma düşmən buna məhəl qoymurdu və nəhayət, onlar qüdrətli Azərbaycan ordusunun gücünü gördü. Ordumuzun uğurları Sizin apardığınız uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Buna görə Sizə ailəmizin adından təşəkkür edirəm. Allah hər zaman Sizi qorusun! Allah ulu öndərimizin məkanını cənnətlik etsin. Əgər o dahi şəxsiyyət olmasaydı, Azərbaycan xəritədən silinəcəkdi. Bir daha cənab Ali Baş Komandanım, Sizə işlərinizdə uğurlar arzulayıram, zəfərləriniz hər zaman bol olsun.

Allah şəhidlərimizə rəhmət eləsin. Cənab Ali Baş Komandanım, hər zaman əmrinizi gözləyirik ki, düşməni torpağımızdan axıra qədər qovaq.

Hörmətlə,

Rəhimov Vüqar Baxış oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu

x x x

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən Ağdam rayonu 36 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Erməni təxribatlarının həmişə şahidi olmuşuq və mənfur düşmən indi də təxribatlarını davam etdirir. Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil.

Biz Prezidentimizlə fəxr edirik. Vətənimiz uğrunda, Sizin uğrunuzda döyüşməyə hər an hazırıq. Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik.

Hörmətlə,

Vəliyev Yaşar Ceyhun oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

x x x

Cənab Ali Baş Komandan, əvvəla Vətən uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən təmizləmək istiqamətində son günlərdə uğurla keçirilən əməliyyatlar məni çox sevindirir. Əminik ki, işğal altındakı Dağlıq Qarabağımız düşmən tapdağından uğurlu siyasətiniz sayəsində azad ediləcək. Yaşımın 15 olmasına baxmayaraq mən də əsgərlərimizlə birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Öz ordumuza, ən əsası da Sizə güvənirik və hər an Vətən uğrunda canımızdan keçməyə hazırıq.

Hörmətlə,

Qarayeva Nərmin Rauf qızı,

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

----------------

05.04.2016

19:55

Hörmətli cənab Prezident.

Cəbhədə əldə olunmuş qələbələrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir. Mən də öz növbəmdə hər an köməkliyimi göstərməyə hazıram. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,
Cəfərov Nəriman Fərman oğlu
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Ağalıkənd kəndi

X X X

Hörmətli cənab Prezident!

Qoy Ulu Tanrım Sizə - xalqımızın cəsur oğluna kömək olsun, qanadlarını üzərinizdən əskik etməsin. Bu ağır, çətin işdə yolunuzu nurlandırsın. Dualarımız həmişə Sizinlədir. Qarabağı geri qaytaracağınıza inanırıq. Bunu ilk növbədə sülh yolu ilə istəyirik. Bu işdə beynəlxalq birliklər və təşkilatlar da öz əməyini əsirgəməməlidir. Biz xalq olaraq öz torpaqlarımızın işğalı ilə barışa bilmərik.

Hörmətlə,
Kərimova Heyran Novruz qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu

X X X

Cənab Ali Baş Komandan!

Biz hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik ki, düşmənə daha ağır zərbələr endirək və şəhidlərimizin qisasını alaq. Düşmən özü də bizim gücümüzü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmişdir. Elə buna görə də təşviş içindədirlər.

Bizim gücümüz birliyimizdə və milli kökümüzə bağlılığımızdadır.

Yaşasın Azərbaycan!

Hörmətlə,
Mansırlı İlqar Əli oğlu
"Azəriqaz" istehsalat birliyinin əməkdaşı
Azərbaycan Respublikası, Tovuz rayonu, Aşağı Quşçu kəndi

X X X

Hörmətli cənab Ali Baş Komandan!

Son günlər baş verən hadisələr bizim çoxdan gözlədiyimiz ermənilərə verilmiş layiqli cavabdır. Allah bu əməliyyat zamanı şəhid olan əsgərlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

Hörmətli cənab Prezident!

Biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə haziram. Bunun üçün əmrinizi gözləyirik.

Hörmətlə,
Muradxanlı Ramin Vidadi oğlu
Azərbaycan Respublikası, Kəlbəcər rayonu

X X X

Cənab Ali Baş Komandanımız,

Hər birimiz, bütün Azərbaycan vətəndaşları Sizin siyasətinizi ürəkdən dəstəkləyirik!

Bu xoş günləri, ilk Qələbə sevinclərini bizlərə yaşatdığınıza görə çox sağ olun, cənab Prezidentimiz!

Allah Sizi bu Vətən, bu millət üçün qorusun!

Biz Sizinləyik və Sizin hər bir əmrinizə hazırıq!

Yaşasın Azərbaycan!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri: Əliyeva Lətifə, Mikayılova Gülnar, Bağıyev Ramin, Ağayeva Esmira, Kəbirova Lalə

X X X

Hörmətli cənab Prezident!

Mən hərbi xidmətə qayıtmaq istəyirəm. Vaxtilə, Tərtər rayonunun Qapanlı kəndində avtomatik minaatan batareyasında əsgər kimi xidmət etmişəm. İndi Tərtər rayonunda döyüş gedir və mən evdə qala bilmirəm və orada vuruşmaq istəyirəm. Sizin rəhbərliyinizlə bütün döyüşlərdən qalib çıxacağımıza əminik.

Hörmətlə,
Xəlilov İlqar Yavər oğlu
Ehtiyatda olan hərbçi
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Qarazəncir kəndi.

X X X

Cənab Prezident,

Azərbaycanda qüdrətli dövlət və ordunun yaradılması Sizin əvəzsiz fəaliyyətinizin nəticəsidir. Bu da Dağlıq Qarabağda ermənilərin təxribatına layiqli cavab verilməsində özünü göstərdi. Buna görə ailəmiz adından Sizə təşəkkür edirik, Xalq Sizin arxanızdadır.

İsgəngərov Əhliman Qəhrəman oğlu
Saatlı rayonu

X X X

Hörmətli Ali Baş Komandan!

Bu günlər evdə televiziya və internet qarşısından məlumatlanmaq mənə çox ağır gəlir. Birbaşa cəbhədə gedən proseslərin içində olmaq istəyirəm. Mənfur düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Bir Azərbaycan vətəndaşı kimi könüllü sürətdə cəbhə xəttinə yollanmaq fikrindəyəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq.

Hörmətlə,
Rzayev Bəhruz Seyfəddin oğlu
Azərbaycan Respublikası, Lerik rayonu

X X X

Hörmətli cənab Prezident!

Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə can sağlığı, əliniz-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq.

Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!
Hörmətlə,
Vəliyev Sənan Salman oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu

X X X

Cənab Ali Baş Komandan!

Mən 2014-cü ildə hərbi xidmətdən təxris olmuşam. Vətənimə, xalqıma, Sizə xidmət eləmək üçün yenidən hərbiyə qayıtmaq istəyirəm. Ön xətdə savaşmağa könüllü razıyam. Bu, hər birimiz üçün böyük şərəfdir. Düşmənlərimizə növbəti dəfə layiqli cavab verdik.

Cənab Ali Baş Komandan, Sizə təşəkkürlər.

Hörmətlə,
Binyatov Rafael Xanlar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu

X X X

Cənab Ali Baş Komandan!

Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bugünkü gündə düşmənlərimizlə ön cəbhədə vuruşmağa, işğal olunmuş Qarabağımızı azad etmək üçün canımdan və qanımdan keçməyə hazıram. Biz Qarabağın özümüzə qaytarılmasını, regionda sülhün bərqərar edilməsini istəyirik. İndiki halda, Ermənistan buna əngəl törədir, işğalçılıq siyasətini davam etdirir. Son hadisələr onlara yaxşı dərs olmalıdır.

Hörmətlə,

daim Sizə, qanunlarımıza və xalqıma sadiq olan
Əhmədov Əfqan Əlibaba oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu

X X X

Hörmətli cənab Prezident!

Mənfur ermənilər tərəfindən 25 ildən artıq müddətə işğal altında olan Azərbaycan torpaqlarında keçirilən hərbi əməliyyatlar nəticəsində qıssa müddət ərzində ordumuz tərəfindən çox mühüm qələbənin qazanılması biz qürbətdə yaşayan azərbaycanlıları hədsiz sevindirmişdir. Mən ehtiyatda olan bir zabit kimi 4 azyaşlı uşağımı burada qoyub Vətənimə gəlməyə, ön cəbhədə vuruşmağa tam hazıram. Bizim üçün Vətən hər şeydən öndədir.

Tezliklə torpaqlarımızı azad etmək arzusu ilə,
Əkbərov Elçin Mikayıl oğlu
Ehtiyatda olan hərbçi
Almaniya Federativ Respublikası, Köln şəhəri

X X X

Hörmətli cənab Prezident!

Sizin uzaqgörən siyasətiniz nəticəsində bu xoş və gözəl günlər bizə nəsib olmuşdur. Ən xoş hisslərlə bu məktubu yazır, öz adımdan və ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm. Qarabağda aldığımız zəfərlərin davamlı olmasını, həmişə Sizinlə qələbələrə addımlamağı Allahdan arzu edirəm. Qoy göydə Allah, yer üzərində Sizin müdrik siyasətiniz ölkəmizə yardımçı olsun!

İnsallah qısa zamanda daha böyük zəfərlərin təbrikini Sizə bidirmək arzusu ilə,
Əliyeva Raya Tağı qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu

X X X

Hörmətli cənab Prezident!

Son illərdə Azərbaycanda baş verən hər uğura vətəndaş olaraq çox sevinir, Sizə təşəkkür edir, uğurlar diləyirəm. Bir neçə gündür ölkəmizdə cəbhədə baş verənlər bizi də üzür. Siz sülh insanı olduğunuzu dəfələrlə göstərmisiniz, qarşı tərəf bunu anlamırsa, hücumlarının cavabını bizim ordu lazımınca verəcək. Xanım olmağıma baxmayaraq mən və mənim kimi kişili, qadınlı bütün xalq Sizinlədi, hər an cəbhədə olmağa hazırıq!

Qarabağ Azərbaycanındır, bizə də qayıdacaq!

Hörmətlə,
Hacıyeva Nisə Vahid qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu

X X X

Hörmətli İlham Heydər oğlu.

Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasına yönələn hərbi əməliyyatların başlanması ilə əlaqədar Sizə öz minnətdarlığımı bildirirəm. Milyonlarla həmvətənimiz bu qətiyyətli addımı gözləyirdi. Vətənimin müdafiəsində həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğumu bildirirəm. Mən Sizinləyəm, mən Vətənimləyəm!

Hörmətlə,
Məhərrəmov Yaşar Cahangir oğlu
Rusiya Federasiyası, Tolyatti şəhəri

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Qarabağda başlanan hərbi əməliyyatlarla bağlı olaraq mən də keçmiş müharibə veteranı kimi Sizin əmriniz ilə Tərtər istiqamətində döyüşməyi arzulayıram. Artıq erməniləri dizi üstə çökdürməyin vaxtıdır. Tanrı bu şansı bizə verib. Mən ədəbiyyat sahəsində çalışsam da, hələ də silah tutmağa qadirəm və döyüş təcrübəsi olmayan əsgərləri arxamca apara bilərəm. Hazırda qələmi silahla dəyişməyin vaxtıdır. Ali Baş Komandan, 1993-cü ildə ulu öndər Heydər Əliyevin əmri ilə mən birinci Qarabağ savaşında iştirak etmişəm. İndi isə Prezident İlham Əliyevin əmrini səbirsizliklə gözləyirəm. Siz Azərbaycan xalqının mübarizə ruhunu özünə qaytardınız. Hamımızda əminlik yarandı ki, il başa çatmamış erməni daşnakları məhv ediləcək və erməni faşist xuntasının rəhbəri və onun cəllad xislətli əl-altıları Beynəlxalq Haaqa tribunalında mühakimə olunacaqlar. Allah Sizə haqq işində, ədalətin zəfər çalmasında kömək olsun. Əmrinizi gözləyirik.

Qasımov Ramiz Əli oğlu, mədəniyyət işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu

X X X

Hörmətli cənab Prezident.

Son günlər cəbhədə Azərbaycanın mənfur düşməninin məhv edilməsi və ordumuzun bəzi yüksəklikləri işğaldan azad etməsi bizi sevindirir. Cənab Prezident, Gəncə şəhər gəncləri Sizi və Sizin siyasətinizi dəstəkləyir. Biz gənclər Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün böyük fəxr olar ki, "İlhamla İrəli" deyib düşmənlərimizi məhv edək, qələbə qazanaq.

Mən atasız gəncəm, lakin özümü yetim hiss etmirəm, ona görə ki, cənab Prezidentim mənim mənəvi atamdı. Allah Sizi bizim, Azərbaycan xalqının üstündən əksik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Hər an Sizin əmrinizi gözləyirik.

Hörmətlə,
Əliyev Kənan Həsən oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri

X X X

Hörmətli Prezidentim İlham Əliyev.

Cəbhəboyu zonada həyata keçirilən əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm.

Çox xoşbəxtəm ki, İstanbulda mərhum atanız, ulu öndər Heydər Əliyevin əlini öpmək və Azərbaycana gəldiyim zaman məzarını ziyarət etmək mənə də nəsib olub.

Sizin apardığınız mübarizə mənim, bütün Türkiyə vətəndaşlarının mübarizəsidir. Biz hər zaman yanınızdayıq və Azərbaycandan olan qardaşlarımızla çiyin-çiyinə döyüşmək üçün əmrinizi gözləyirik.

Balioğlu Mehmet Ali oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan, cəbhədə son günlər aparılan uğurlu döyüş əməliyyatları bizi sevindirir. Qələbə münasibətilə Sizi, xalqımızı təbrik edirəm. Möhtərəm Ali Baş Komandan, öz adımdan və dostlarım adından Sizdən xahiş edirəm ki, ümumi səfərbərlik elan edəsiniz və biz öz dədə-baba torpaqlarımızı Sizin rəhbərliyiniz altında geri qaytaraq. Mən özüm Zəngilan rayonundan məcburi köçkünəm, ən böyük arzum Qarabağımızın, Zəngilanımızın geri qaytarılmasıdır. Bu yolda canımdan keçməyə hazıram, yetərki Siz əmr verin. Möhtərəm cənab Ali Baş Komandan, döyüşə hazırıq və sizi dəstəkləyirik.

Hörmətlə,
Ələkbərov Eldəniz Hüseyn oğlu,
Azərbaycan Respublikası, Şirvan şəhəri

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan Ilham Əliyev.

Bütün beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Qarabağ, hətta hazırki Ermənistanın yerləşdiyi ərazi də Azərbaycana məxsus olub. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq edilən iki standartlar nəticəsində indi ermənilər həmin torpaqlarda məskunlaşıblar.

Son günlər isə azğınlaşmış düşmən mülki obyektlərə atəş açmaqdan belə çəkinmir. Erməni təxribatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində baş verən döyüşlərdə əsgərlərimiz düşməni geriyə oturtmağa nail olublar. Ordumuz strateji yüksəklikləri azad etməklə döyüşlərdə üstünlüyü ələ keçirib.

Möhtərəm Prezident, bütün bunlar əlbəttə ki, Sizin ölkəmizdə ordu quruculuğu istiqamətində apardığınız düzgün siyasətin nəticəsidir. Biz də bu qələbələrdən sevinir və buna görə Sizə minnətdarlığımız bildiririk. Cəbhəyə getmək və Vətənimizin ərazi bütövlüyü uğrunda var qüvvəmizlə mübarizə aparmağa hazırıq.

Allah Sizi, xalqımızı və Ordumuzu qorusun.

Hörmətlə,
Həmidli Həmid Məhəmməd oğlu.
Azərbaycan Respublikası, Qobustan rayonu.

X X X

Hörmətli cənab Prezident.

Təmas xəttində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar Sizə, qardaş xalqımıza başsağlığı verirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Bu çətin günlərdə bütün dualarımız sizinlədir.

Hörmətlə,
Özdemir Əli İlhan Cəmil oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Cənab Prezident, mən 1991-ci il dekabrın 28-də Cəbrayıl rayonunda anadan olmuşam. Atam Əhmədov Fəxrəddin Musa oğlu birinci qrup Qarabağ əlilidir. Yazıb Sizdən xahiş edirəm ki, məni döyüş bölgələrinə könüllü hərbi xidmətə təkrar göndərəsiniz. Təşəkkür edirəm.

Hörmətlə,
Əhmədli Zamiq Fəxrəddin oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Hörmətli cənab Prezident.

Cənab Prezidentim, bir vətəndaş olaraq, bu ölkənin, torpağın, millətin uğrunda döyüşməyə, Sizin əsgəriniz olmağa hazıram. Hər zaman Sizin yanınızdayıq və əmrinizi gözləyirik. Cənab Prezident, mənim könüllü olaraq ordu sıralarına qoşulmağımla əlaqədar göstəriş verməyinizi xahiş edirəm.

Hörmətlə,
Novruzov Elvin Ağamirzə oğlu
Azərbaycan Respublikası, Xırdalan şəhəri

X X X

Hörmətli cənab Prezident!

Bu gün Siz Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirik və ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik. Ulu Tanrı köməyiniz olsun.

Hörmətlə,
Hüseynov Qəhrəman Məhəmməd oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Qoçəhmədli kəndi

X X X

Cənab Ali Baş Komandan!

Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Xahiş edirəm, bizə imkan verin alını açıq, başı yuxarı gəzək. Qarabağsız bunu etmək olmur. Allah Sizi gorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün.

Hörmətlə,
Zeynalov Fərrux Calal oğlu
Elmi işçi
Almaniyanın Lauingen şəhəri.

X X X

Cənab Ali Baş Komandan!

Əvvəla Sizi və xalqımı bəzi kəndlərimizin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir.

Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm.

Hörmətlə,
Əzimov Anar Səxavət oğlu
Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri.

X X X

Cənab Ali Baş Komandan!

İlk öncə Sizə öz minnətdarlığımı bildirirəm. Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürək açan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı və bir qarabağlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də tam hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiz. İnsallah Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var. Bir daha Sizə təşəkkürümü bildirirəm, şəhitlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin, yaralılara da Allahdan şəfa diləyirəm.

Hörmətlə,
Bəhramov Eldar Haqverdi oğlu
Ehtiyatda olan hərbçi
Azərbaycan Respublikası, Ağdam rayonu

X X X

Hörmətli cənab Prezident!

Neçə gündür döyüşlər gedir. Men də könüllü olaraq torpaqlarımız uğrunda döyüşə getməyə, vətən uğrunda vuruşmağa, düşməndən qisas almağa hazıram. Bu amal hər bir vətənpərvər insan üçün bu gün əsas olmalıdır. Əmrinizi gözləyirəm.

Hörmətlə,
Allahverdiyev İlqar Ağəli oğlu
Azərbaycan Respublikası, Şamaxı rayonu

X X X

Hörmətli cənab Prezident!

Döyüşə getməyimə və vətənimə qulluq edib onun uğrunda döyüşməyimə, yeri gəlsə, canımı verməyə hazır olduğumu bildirirəm. Vətən bizim üçün müqəddəsdir. Onu qorumaq və uğrunda vuruşmaq yüksək bir hissdir. Biz Sizə - Ali Baş Komandanımıza güvənir və Sizin komandanlığınız altında torpaqlarınızı azad edəcəyimizə inanırıq.

Hörmətlə,
Məmmədov Sahib Eyvaz oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu

X X X

Cənab Baş Komandan!

Qarabağ münaqişəsinin iştirakçısıyam. Bilavasitə Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. 22 ildir ki, Milli Ordumuzun, şanlı Silahlı Qüvvələrimizin qüvvətlənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası nizamlı Milli Ordumuz Sizin birbaşa və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Sülhməramlı qüvvələrin, antiterror koalisiyaların tərkibində Ordumuzun ayrı-ayrı hissələrinin uğurlu iştirakı, Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələri sübutlarıdır. Belə Ordunun tərkibində, heç olmasa yanında olmağı, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Baş Komandanımızın əmrini gözləyirəm.

Hörmətlə,
Rüstəm Ədalət Məhəmmədəli oğlu
Azərbaycan Respublikası, Şahbuz rayonu

X X X

Hörmətli cənab Ali Baş Komandan!

Keçmiş Qarabağ döyüşçüsü, ikinci qrup Qarabağ qazisi olaraq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yenidən Orduya getməyi, işğal altındakı torpaqlarımızın uğrunda hər zaman vuruşmağa, canımı bu Vətənə qurban etməyə hazıram. Döyüş əmri versəniz, canla-başla gederik.

Yağı düşmən çoxdan başa düşməli idi ki, bu torpaqlar gec-tez Azərbaycana qayıdacaqdır.

Hörmətlə,
Hacıyev Zabit Mürşüd oğlu
Azərbaycan Respublikası, Ağstafa rayonu

X X X

Hörmətli cənab Prezident!

Men de bir əsgər kimi Vətənim üçün savaşmaq arzusu ilə alışıb yanıram. Hər an bu Vətənin, torpağın, dövlətin uğrunda canımla və qanımla döyüşməyə hazıram.

Hörmətlə,
İsayev Elnur Əlirza oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Hörmətli Ali Baş Komandan!

Hörmətli cənab Prezident!

Bu məktubu yazaraq bildirmək istəyirəm ki, dövlətimizin müdafiə qüdrətinin möhkəmlənməsi, millətimizin firavanlığı, gənclərimizin respublikada və xaricdə yüksək səviyyədə təhsil alıb xoşbəxt həyat sürməsi naminə çalışmaq asan deyil. Bunun öhdəsindən Siz bacarıqla gəlirsiniz. Bir döyüşçü kimi təkbaşına bu vəzifənin öhdəsindən gəlməsin nə qədər çətin olduğunu çox gözəl anlayıram. Sizin rəhbərliyiniz altında Ordumuzun uğurlarına ürəkdən sevinirik. Düşünürəm ki, vətəndaş və müəllim olaraq övladlarımızın vətənpərvər ruhda böyüməsi naminə hamılıqla çalışsaq itirdiklərimizi mütləq əldə edərik.

Hörmətlə,
Müharibə veteranı, şəhid ailəsi Bağışov Namiq Sədaqət oğlu,
Lerik rayonu

X X X

Hörmətli cənab Prezident!

İlk öncə Sizi uğurlu qələbə münasibəti ilə təbrik edirəm. Ümidvaram bu gedişlə tarixi qələbəmizin çox yaxınlığındayıq.

Şəhid olan qardaşlarımızın qarşısında baş əyirəm, ruhları şad olsun, yerləri cənnət olsun.

Möhtərəm cənab Prezident İlham Əliyev!

Hazırda cəbhə xəttində gedən qızğın döyüşlərdə könüllü olaraq iştirak etməyə və lazım gələrsə vətən yolunda canımızdan keçməyə də hazırıq. Yetər ki, Vətən sağ olsun, yetər ki, millətimiz sağ olsun.

Hörmətlə,
Haqverdiyev Elgün Eldar oğlu
Ehtiyatda olan hərbçi
Azərbaycan Respublikası, Neftçala rayonu

X X X

Hörmətli cənab Prezident!

Cəbhədəki uğurlu addımlara görə Sizi və öz xalqımı təbrik edirəm! Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz.

Hörmətlə,
Nəsirli Cavid Raci oğlu
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri

X X X

Hörmətli cənab Prezident!

Men ikinci qrup Qarabağ əlili olmağıma baxmayaraq, Ali Baş Komandanımızın əmrini gözləyirəm ki, Qarabağ döyüşlərində təkrar xidmət göstərim, dədə-baba torpaqlarımızın, o gözəl Qarabağımızın azad edilməsində ürəkdən iştirak edim. Xalqımızda böyük inam var. Bu inamla döyüşən xalq və ordu mütləq qalib gələcək.

Hörmətlə,
Əmirov Ehtiyat Əli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

X X X

Hörmətli cənab Prezident,

Mən Türkiyədə yaşayıram. Adım Fatih Tümay. Mən azəri qardaşlarımı çox sevirəm. Allah Sizə güc-qüvvət versin. Şəhadətimizi qəbul etsin. Ermənilərə qarşı mən də Sizinlə bir olub, işğal olunmuş torpaqları azad etmək istərdim. Biz türk birliyinə inanırıq. İmkanım olanda Azərbaycana gəlib Sizləri ziyarət etmək, Mübariz İbrahimovun qəbrinə dualar oxumaq istəyirəm. Allah bizi bir dövlət, bir millət kimi qorusun. Sizlər üçün canımı verməyə hazıram. Allah əmanətində.

Tümay Fatih Ömər oğlu,
Türkiyə, Şanlıurfa şəhəri

X X X

Cənab Prezident, Ali Baş Komandanımız!

Sizdən bir vətəndaş, sonra da əsgər kimi xahiş edirəm, səfərbərlik elan edin, Vətənimiz uğrunda canla, başla döyüşməyə gedək. Bilin ki, bütün gənclik Sizin yolunuzun davamçısıdır və Sizin bir sözünüzə görə canımızdan keçməyə hazırıq. Belə vəziyyətdən öz lehimizə istifadə edək və torpaqlarımızı qanımız, canımız bahasına olsa da geri qaytaraq.

Ağayarov Araz Azər oğlu,
Bakı şəhəri, Binəqədi rayonu

X X X

Möhtərəm Ali Baş Komandan,

Psixoloji cəhətdən yüksək hazırlığımı nəzərə alıb Ordu sıralarına qəbul olunmağımı xahiş edirəm. Döyüş cəbhəsində düşmənə zərbə vurmağa hazıram. Müfəssəl əsgərəm, bir çağırışınıza bəndəm.

Qubadlıdan məcburi köçkün, Bayramov Nəhmət Rəfi oğlu
Sumqayıt şəhəri

X X X

Cənab Prezident,

32 yaşım var, subayam, Vətənimizin uğrunda canımla, qanımla vuruşub torpaqlarımızı erməni işğalçılarından xilas etməyə hazıram. Xahiş edirəm atəşkəs elan olunana qədər könüllü surətdə vuruşmaq üçün səfərbər olmağıma köməklik göstərilməsinə sərəncam verəsiniz. Torpaqlarımızın azad edilməsi uğrunda canını vermiş şəhidlərimizə Allah rəhmət eləsin. Vətənim Azərbaycan sağ olsun!

Kərimov Fərman Ramiz oğlu
Saatlı rayonu

X X X

Hörmətli cənab Ali Baş Komandan,

Öncə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ümid edirəm ki, onların qanı yerdə qalmayacaq və qalmır da. mən könüllü olaraq Vətənim və xalqım üçün döyüşməyə və torpaqlarımızı azad etməyə hazıram. Sağ olun.

Rəhimov Aydın Allahverdi oğlu
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi

X X X

Hörmətli cənab Prezident və Ali Baş Komandan,

Sizdən xahiş edirəm ölkəmizin, Vətənimizin bu günündə biz gəncləri könüllü olaraq öz istəyimizlə ordu sıralarına cəlb edəsiniz. Cəbhədə gedən döyüşlərdə vuruşan əsgər qardaşlarımızla bərabər döyüşmək, müqəddəs Vətənə olan borcumuzu yerinə yetirmək istəyirik.

Hörmətlə,
Sizin əmrinizi gözləyən, Vətən üçün canından keçməyə hazır olan
Həsənov İlqar Mehdi oğlu
Yardımlı rayonu, Ostair kəndi

X X X

Hörmətli cənab Prezident və Ali Baş Komandan,

Ulu öndərin davamçısı kimi, gördüyünüz işlər, yürütdüyünüz siyasət, apardığınız islahatlar sübut edir ki, Siz hər zaman millətin yanındasınız və bizim qeydimizə qalırsınız. Mən Sizinlə qürur duyuram və sevinirəm ki, nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz.

Cənab Ali Baş Komandan, xahiş edirəm məni Ordu sıralarına daxil edəsiniz və mən də Vətənimin müdafiəsinə kömək edim, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüm. Mən buna çox şad olaram. İnanıram ki, Siz mənim xahişimi qəbul edəcəksiniz.

Ehtiyatda olan hərbçi, Hüseynov Nicat Nizami oğlu
Bakı şəhəri Sabunçu rayonu

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Sizə uzun ömür cansağlığı arzulayiram. Sizin rəhbərliyinizlə Ordumuz böyük igidlik göstərib mənfur erməniləri pis vəziyyətə saldı. Siz Azərbaycan xalqının layiqli Prezidentisiniz. Mənim 50 yaşım olmasına baxmayaraq, Sizin əmrinizi gözləyirəm, hər an cəbhə bölgəsində döyüşməyə hazıram. Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyirəm. Allah Sizi qorusun Ali Baş Komandan. Mən və bütün Kəlbəcərlilər Sizin əmrinizi gözləyirik.

Hörmətlə,
Məmmədov İlham Yadigar oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri

X X X

Cənab Prezident,

Xahiş edirik əmr verin, hamımız gedək cəbhə bölgəsinə, düşmənə qarşı vuruşaq, torpaqlarımızı azad edək. Əmrinizi gözləyirik, artıq vaxt çatıb.

Daim Sizinləyik, Allah Sizi qorusun!

Bədirxanov Bədirxan Mövsüm oğlu
Ehtiyatda olan hərbçi
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Cənab Ali Baş Komandan, möhtərəm Prezident.

Biz ailədə altı qardaşıq. Biz, bütün qardaşlar Sizin apardığınız siyasəti, yüksək əhval-ruhiyyəni, güclü iqtisadiyyatı, yüksək döyüş əhval-ruhiyyəsini hər zaman diqqətdə saxlayırıq. Biz, cənab Prezident, həmişə Sizin döyüş əmri verəcəyiniz günü gözləyirdik. Bu gün ermənilərin cəbhədəki təxribatlarını nəzərə alaraq Sizdən xahiş edirik ki, bizim hər birimizin cəbhə bölgəsində əsgərlərimizlə döyüşə qatılmağımıza icazə verəsiniz. Cənab Prezident, dövlətimiz, Vətənimiz, xalqımız üçün hər an döyüşməyə, canımızdan keçməyə hazırıq.

Hörmətlə,
Əhmədov Şair Əlişan oğlu,
Azərbaycan Respublikası, Qobustan rayonu

X X X

Hörmətli Prezidentimiz.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alınması ilə bağlı aparılan əməliyyatlarda azərbaycanlı qardaşlarımızın şəhid olması xəbərini Ongun ailəsi olaraq dərin kədər hissi ilə aldıq. Qardaşlarımızın şəhid olmasından mütəəssir olduğumuzu və bu kədərinizə şərik olduğumuzu Sizə bildirmək istəyirəm. Şəhid qardaşlarımıza Allahdan rəhmət, Sizə və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm.

Hörmətlə,
Ongun Nalan Muhiddin qızı
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Möhtərəm cənab Prezident!

Sizin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirakınız bizi qürurlandırdı. Fəxr etdik ki, haqlı, ədalətli, beynəlxalq prinsiplərə əsaslanan, tolerant, prinsipial, güzəştsiz, balanslaşdırılmış siyasətinizlə dünyanın aparıcı ölkələri tərəfindən tərəfdaş kimi qəbul olunursunuz. Buna görədir ki, ABŞ Prezidenti Barak Obama çıxışında deyib: "Azərbaycan son dərəcə əhəmiyyətli tərəfdaşdır".

Siz Sammitdəki çıxışınızda Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini iştirakçıların diqqətinə olduğu kimi çatdırdınız. İşğalçı ölkənin ərazisindəki atom elektrik stansiyasının nüvə təhlükəsi yaratdığını qətiyyətlə bildirdiniz. Tarixi düşmənlərimizin məkanı olan, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan nəticə çıxarmaq əvəzinə atəşkəsi pozmağa, yeni ərazilər zəbt etməyə cəhd göstərdi. Ali Baş Komandan kimi Sizin qətiyyətli iradənizlə müsəlləh Ordumuzun qüdrəti və şücaəti sayəsində bu cəhdlərin qarşısı alındı, işğalçı layiq olduğu itkilərə məruz qoyuldu. Bir çox yaşayış məntəqələrimizi təhlükə altında saxlayan yüksəkliklər, müşahidə məntəqələri geri alındı, istehkamlar dağıdıldı, orada möhkəmləndirmə tədbirləri görüldü.

Möhtərəm Prezident, bütün xalqımız kimi biz ismayıllılılar da Sizinlə - milli təhlükəsizliyimizin qarantı ilə, rəşadətli Ordumuzla, Vətənin mənafeyini hər şeydən üstün tutan əsgərlərimizlə fəxr edirik. Təhlükəsizlik Şurasının iclasındakı nitqinizi dinlədikcə, xalqımıza müraciətinizdə dediklərinizi dərindən dərk etdikcə xoşbəxt sabahımıza inamımız daha da artır.

Bu gün keçirdiyimiz toplantıda Qarabağ müharibəsi əlilləri və veteranları, İkinci Dünya müharibəsi iştirakçıları, hüquq mühafizə orqanlarının əməkdaşları və veteranları, çoxsaylı gənclər iştirak edib. Dövlətimizin və Sizin qarşınızdakı məsuliyyətimizi, Vətənimizin bütövlüyü naminə cavabdehliyimizi dərindən dərk etdiyimizi hamılıqla, yekdilliklə bəyan edirik.

Möhtərəm cənab Prezident, yaşından, sosial statusundan, milli və dini mənsubiyyətindən asılı olmayaraq, ilkin gənclik yaşından yuxarı hər bir İsmayıllı sakini özünü ön cəbhədə, ordu sıralarda görür, ölkə Prezidenti və Ali Baş Komandan kimi hər bir Sərəncam və əmrinizi icra etməyə hazırdır.

Böyük qələbə yolunda Allah Sizə və xalqımıza yar olsun.

Dərin hörmət və ehtiramla,
Aprelin 4-də keçirilmiş İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin toplantısının iştirakçılarından.
Azərbaycan Respublikası, İsmayıllı rayonu

X X X

Cənab Ali Baş Komandan,

Son günlərdə ordumuzun düşmən həmlələrinə layiqincə cavab verməsinə və bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunmasına görə Sizə minnətdarlığımı bildirirəm.

Sevincimin həddi-hüdudu yoxdur. Müraciətimin səbəbi isə birdir: Səfərbərlik əmri verin. Orduya, ön cəbhəyə gedib döyüşməyə hazıram. Dövlətimə, vətənimə layiqli övlad kimi qulluq etmək, erməni təcavüzkarlarına qarşı döyüşmək istəyirəm. Bir vətəndaş olaraq sizin daxili və xarici siyasətinizi dəstəkləyirəm. İnanıram ki, qələbə bizimlədir. Azərbaycan xalqı sizə güvənir, sizdən səfərbərlik əmri gözləyir.

Hörmətlə,
Nicat Vahidoğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Hörmətli cənab Prezident.

İyirmi illik nisgilə nəhayət ki, son qoyuldu. Biz Sizinlə fəxr edirik və Sizin ətrafınızda sıx birləşirik. Cənab Prezident Sizin səfərbərlik barədə əmrinizi gözləyirik. Arzumuz işğalçı erməni rejiminə qarşı döyüşlərə qatılmaqdır. Sizin siyasətinizi dəstəkləyir, səbirsizliklə torpaqlarımızın azad olacağı günü gözləyirik. Hər bir Azərbaycan vətəndaşı kimi bizdə hər hansı bir vasitə ilə köməklik etmək istəyirik. Salyan müəllimləri adından Sizə təşəkkür edirəm. Fəxr edirəm ki, bu cür rəhbəri olan bir ölkənin vətəndaşıyam. Çıxışlarınızın əsl türk kimi sərtliyi və qətiyyətliliyi bizə qürur verir. O gün olsun ki, qələbə münasibətilə Sizə təşəkkür məktubu yazaq.

Hörmətlə,
Bayramov Emin Knyaz oğlu, təhsil işçisi
Azərbaycan Respublikası, Salyan rayonu, Qaradağlı kəndi

X X X

Hörmətli rəhbərimiz və Prezidentimiz.

Mən Türkiyədən bir qardaşınız olaraq, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasında, Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatlarda iştirak etmək üçün hazır olduğumu bildirmək istəyirəm.

Canımız Qarabağa fəda olsun. Biz türklər canımızdan keçər, ancaq əcdadlarımızın yadigarı olan Vətənimizin bir qarışını düşmənə vermərik.

Hörmətlə,
Sevinc Vahid Volkan Abdil oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

X X X

Hörmətli cənab Prezident.

Ölkəmizin ordu quruculuğunda apardığınız islahatlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Son günlər cəbhəyanı ərazilərdə erməni təxribatlarının qarşısının qüdrətli Ordumuz tərəfindən qətiyyətlə alınması Sizin siyasətinizin uğurlu nəticələrindən xəbər verir. Biz Ali Baş Komandanımıza və Ordumuza inanırıq.

Möhtərəm cənab Prezident, biz Sizi daim dəstəkləyir və hər zaman yanınızdayıq.

Kərimli Tehrun Yamen oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Sizin qarşınızda baş əyirəm, Sizinlə fəxr edirəm. Bu gün Azərbaycanın güclü və qüdrətli Ordusu var. Azərbaycanımızın Sizin kimi Prezidenti var. Cənab Prezident mən Laçın rayon sakini və ehtiyatda olan əsgər Elxan Əhməd oğlu Aslanov 1978-ci ildə Laçın rayonunda dünyaya gəlmişəm. 1992-ci ildən məcburi köçkünəm. 1998-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə xidmət etmişəm. 2000-ci ildən ehtiyata buraxılmışam. Ehtiyatdakı əsgər kimi Sizin əmrinizi gözləyirəm. Hər an vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram. Bu gün iradəli Ali Baş Komandanımız və güclü Ordumuz var. Yaşasın Azərbaycan. Bu məsuliyyətli və ağır işdə uğurlar arzulayıram. Allah cənab Prezidentimizi, xalqımızı və Ordumuzu qorusun!

Hörmətlə,
Aslanov Elxan Əhməd oğlu, ehtiyatda olan hərbiçi
Azərbaycan Respublikası, Laçın şəhəri

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Bu haqq işinizdə Allah Sizə kömək olsun. Eşq olsun Prezidentimizə, eşq olsun milli Ordumuza. Erməni işğalçıları və onların havadarları bilməlidirlər ki, Azərbaycanın öz torpağını qorumaq haqqı var.

Hörmətlə,
Cəfərova Zəminə İxtiyar qızı, təqaüdçü
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

X X X

Hörmətli cənab Prezident.

Yazıb Sizə bildirmək istəyirəm ki, mən könüllü olaraq Vətənimizin müdafiəsinə getmək istəyirəm. Xahiş edirəm mənim istəyimi qəbul edəsiniz. Dünya şahiddir ki, Azərbaycan Prezidenti hər zaman sülh istədi. Ancaq ermənilər bunu başa düşmədi, bunu istəmədi. Atəşkəsi pozdu və cavabını aldı

Hörmətlə,
Axundov Şəhriyar Eldar oğlu, tələbə
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu

X X X

Hörmətli cənab Prezident İlham Əliyev!

Son günlər cəbhədə düşmənin təxribat xarakterli əməllərindən narahatlıq keçirdik. Lakin Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbə hamımızı sevindirdi.

Mənim də ürəyim Vətən sevgisi, Vətən eşqi ilə yanır. Atam "Azərbaycan Bayrağı" ordenli Nazim İbrahimoğlu da ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olub. İndi şəhidlərimizin qisasını almaq bizim borcumuzdur. Ordu sıralarına qoşulmaq üçün Sizin əmrinizi gözləyirəm.

Möhtərəm Prezident, xalqımız Sizi və Ordumuzu dəstəkləyir. Son günlər keçirilən tədbirlər buna əyani sübutdur. Birliyimiz əbədidir və inanırıq ki, bu birliyimizlə biz düşmən tapdağında olan torpaqlarımızı da tezliklə işğaldan azad edəcəyik. Bu yolda Sizə və Ordumuza uğurlar arzulayıram.

Dərin hörmətlə,
Cəbrayılov Orxan Nazim oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu

X X X

Cənab Ali Baş Komandan!

Vətənimiz uğrunda döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək və üçrəngli müqəddəs bayrağımızı Qarabağda dalğalanacağını görmək istəyirəm. Biz bu günü səbirsizliklə gözləyirik. İnanırıq ki, o gün uzaqda deyil. Sizin kimi Ali Baş Komandanımız olduğu üçün fəxr edirik, qüdrətli Ordumuzla qürur duyuruq.

Hörmətlə,
Aslanov Qədir Xıdır oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

X X X

Hörmətli Prezidentimiz.

Müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini bizə yaşatdığınız üçün Sizə minnətdaram.

Qıldığım hər namazdan sonra azərbaycanlı qardaşlarıma və şanlı Ordunuza dua edirəm. Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin xəbərlərini eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın.

Möhtərəm Prezident, ehtiyac yaranarsa, Azərbaycan Ordusunun əsgəri kimi, ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm.

Hörmətlə,
Erduran Barbaros Əhməd oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli cənab Prezident.

Mən Sizə Türkiyənin Konya şəhərindən yazıram. Bir türk olaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanır. Qardaş Azərbaycan tək deyil. Biz daim Sizin yanınızdayıq.

Möhtərəm Prezident, mən özümə güvənən adamam, silahla davranmağı və təbiət şərtlərinə uyğunlaşmağı bacarıram. Əgər əmriniz olarsa, qardaşlarımızla çiyin-çiyinə vuruşmağı özümə şərəf bilərəm. Allah Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,
Toklu Mustafa Abdulkadir.
Türkiyə Respublikası, Konya şəhəri

X X X

Cənab Prezident,

Mən və bütün dostlarım Sizi tam olaraq dəstəkləyirik və hər zaman yanınızdayıq. Sizə inanırıq. Ancaq irəli gedək və bütün torpaqlarımızı azad edək. Əhali arasında böyük ruh yüksəkliyi var. Allah Sizə cansağlığı versin.

Hörmətlə,
Mirzə Elgün Hüseynbala oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Cənab Ali Baş Komandan,

Biz - Birinci Qarabağ müharibəsinin qaziləri Vətənimiz Azərbaycan uğrunda müqəddəs savaşa hazırıq!

Hörmətlə,
Hüseynov Kərim Qaçay oğlu
Qarabağ Qaziləri İctimai Birliyi Şuşa şəhər şöbəsi
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu

X X X

Möhtərəm cənab Prezident,

Sizi öz adımdan və ailəmin adından qazandığınız qələbə və zəfər münasibəti ilə təbrik edir, böyük fərəh və qürur hissi keçirərək Sizə Allahdan cansağlığı arzu edirəm. Cənab Prezident mən hərbçi ailəsində böyümüşəm, atam Carçıyev Mehman Davud oğlu Qarabağ müharibəsi qazisidir, qardaşım isə hərbçidir. Bu iki gündə baş verən hadisələr, verdiyimiz itkilər bizi dərindən üzdü, amma digər tərəfdən zəfər qələbəsi və Sizin çıxışınız ailəmizin hər bir üzvü tərəfindən böyük fərəh və qürur hissi ilə izlənildi, bizi sevindirdi. Fəxr edirik ki bizim bu cür güclü, əzəmətli ordumuz var. Fəxr edirik ki, bizim bu cür qüdrətli Prezidentimiz, Ali Baş Komandanımız var. Sizin hər bir çıxışınız biz gənclərdə vətənpərvərlik hissini, döyüşkənlik ruhunu artırır. Mən özüm dövlət qulluqçusuyam, amma lazım gələrsə, əlimə silah alıb hərbi qulluqçu kimi öz Vətənimin və Ali Baş Komandanımın yolunda canımdan belə keçərəm.

Allah bizim Vətənimizi, Prezidentimizi və şanlı Azərbaycan Ordusunu qorusun. Allah Sizi var eləsin, Allah Sizə yar olsun cənab Ali Baş Komandan.

Hörmətlə,
Carçıyev Emin Mehman oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu

X X X

Cənab Prezident,

Xarici və daxili siyasətimizdə qazanılan uğurlara görə Sizi təbrik edirəm. Hər bir azərbaycanlı kimi mən də Sizin döyüş əmrlərinizi yerinə yetirməyə hazıram. Bizim birliyimiz və gücümüz qarşısında düşmənin tab gətirmədiyini gördük. Bu, yolun başlanğıcıdır. Sizə uğurlar arzulayıram.

Hörmətlə,
Hacıyev Bəşər Yaşar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu

X X X

Hörmətli cənab Prezident.

Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr olaraq son günlər cəbhədə düşmən təxribatlarının qarşısının Ordumuz tərəfindən qətiyyətlə alınmasından qürurlandıq. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq.

Hörmətlə,
Misirzadə Elmir Nizami oğlu
Ukrayna, Xarkov şəhəri.

X X X

Hörmətli Prezidentimiz.

Mən bu məktubu Sizə Türkiyədən yazıram. Ərzurum şəhərində polis əməkdaşıyam. Ermənistan ordusunun təxribatlarına qarşı azərbaycanlı qardaşlarımızın şanlı mübarizəsini qürurla izləyirəm.

Hörmətli Prezident, Sizi və Azərbaycan xalqını çox sevirəm. Azərbaycanın və Türkiyənin dövlət başçıları olaraq, Siz və Rəcəb Tayyib Ərdoğan xalqlarımızın rifahı və inkişafı üçün yorulmadan çalışırsınız.

Ermənistan ilə müharibədə azərbaycanlı qardaşlarımla birlikdə son damla qanıma qədər döyüşməyə hazıram. Xahiş edirəm, məni də Azərbaycan Ordusunun sıralarında xidmətə qəbul edin. Sadəcə qəlbən deyil, cismən də azərbaycanlı qardaşlarımla birlikdə olmağı arzulayıram.

Əllərinizdən öpürəm.

Hörmətlə,
Bağış Serhat Ağalar oğlu
Türkiyə Respublikası, Ərzurum şəhəri

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hazırda cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun ard-arda qazandığı qələbələr bizə qürur verir. Lakin Vətənini sevən bir gənc kimi bu hadisələri Bakıdan izləmək mənim üçün ağırdır. Torpaqlarımız uğrunda vuruşmaq böyük şərəfdir. Düşmənə layiqli cavab verəcəyimizə və işğal altında olan torpaqlarımızı tezliklə geri qaytaracağımıza heç bir şübhəmiz yoxdur.

Cənab Ali Baş Komandan, döyüş bölgəsinə getmək, ordu sıralarına qoşulmaq üçün əmrinizi səbirsizliklə gözləyirik.

Hörmətlə,
Abdullayev Rüfət Cümşüd oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

X X X

Hörmətli cənab Prezident.

Ermənistan hərbi birləşmələrinin təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu hərbi əməliyyat zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət etsin. Qardaş ölkəmiz olan Azərbaycanın hər zaman yanındayıq.

Mən Tbilisi şəhərində yaşayıram. Tbilisidən gəlib cəbhədə olan qardaşlarıma qoşularaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün əmrinizi gözləyirəm. Bunu tam səmimiyyətimlə yazıram. Biz Sizi çox sevir, Sizə inanırıq. Allah köməyiniz olsun.

Hörmətlə,
Erdoğan Halis Talip oğlu
Türkiyə Respublikası, Sivas şəhəri

X X X

Möhtərəm cənab Prezident!

Aprelin 1-dən 2-nə keçən gecə azğın ermənilərin xislətlərinə xas olaraq xaincəsinə mövqelərimizə hücum etməsi bizi çox hiddətləndirdi. Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz düşmənin layiqli cavabını verdi, onu susdurdu və əks-hücuma keçərək bir sıra əhəmiyyətli mövqeləri ələ keçirdi. Biz Sizinlə və Ordumuzla fəxr edirik.

Hörməti cənab Prezident, biz hər zaman Sizinləyik, biz hər zaman ordumuzun yanındayıq. Döyüşə getmək üçün əmrinizi gözləyirik, cənab Prezident! Uca Tanrı Sizi və xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Kürdmaşı ərazi nümayəndəliyinin sakinləri adından hörmətlə,
Vəliyev Raqub Əlövsət oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu

X X X

Salam cənab Prezident, Ali Baş Komandan. Sizi səmimi qəlbdən qələbə və uğur münasibəti ilə təbrik edirəm. Cənab Ali Baş Komandan, Allah Sizi bizim üzərimizdən əksik etməsin, həmişə var olun! Allah sizi qorusun! Mən və mənim ailəm həmişə Sizə dəstək olmuşuq, olacağıq da. Xalqımız Sizinlə fəxr edir. Cənab Prezident, sizin sülh və əmin-amanlığın bərpası üçün səylərinizi dəstəkləməklə bərabər, hər bir əmrinizə hazırıq. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Allah Sizi qorusun.

Hörmətlə,
Quliyev Asif Oruc oğlu, neftçi,
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

X X X

Hörmətli cənab Prezident.

Çoxəsrlik dövlətçilik ənənələri olan Azərbaycanda bu ənənələri bərpa edən, müstəqilliyin ilk illərindən bəri xalqın firavan yaşayış səviyyəsinə gəlib çatmasına, vətəndaş hüquq və azadlıqlarının qorunmasına, bütün sahələrdə konstitusion normaların bərqərar olmasına, ümumilikdə xalqın və dövlətin dirçəlməsinə səbəb olan siyasət yürütmüş ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini davam etdirən şəxs kimi Sizin bu təməl prinsiplərin əsasında aparmış olduğunuz çoxşaxəli islahatlar öz töhfəsini verir.

Son günlər sülh sazişinin pozulması ilə müşayiət olunan qəsbkar erməni siyasətinin davamı kimi təxribat niyyəti ilə həyata keçirilən hərbi müdaxilənin dəf edilməsi və düşmənə layiqli cavab verilməsi istiqamətində aparmış olduğunuz siyasətin nəticəsində yenidən qurulmuş və öz sözünü düşmənə layiqincə demək iqtidarında olan şanlı Azərbaycan Ordusunun şücaəti və apardığı layiqli döyüş əməliyyatları ilə əlaqədar Bakı Dövlət Universitetinin tələbəsi kimi Azərbaycan gəncliyi adından Sizə dərin minnətdarlıq bildirir, apardığınız uğurlu siyasətdə böyük nailiyyətlər arzu edirəm.

Hörmətlə,
Süleymanlı Xəqani Aydın oğlu, Bakı Dövlət Universitetinin tələbəsi
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

X X X

Hörmətli Prezident İlham Əliyev.

Son günlər cəbhəboyu zonada Ermənistan hərbi birləşmələrinin törətdikləri təxribatlara qarşı Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlarda şəxsən mən də iştirak etməyi, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə döyüşməyi ürəkdən arzu edirəm.

Bildirmək istəyirəm ki, Türkiyədə ürəkləri azərbaycanlı qardaşlarının qəlbi ilə bir döyünən, ortaq Vətənimiz üçün döyüşməyə hazır olan qardaşlarınız var. Sizin əmrinizi gözləyirik. Allah Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,
Özyurt Mustafa Ertan oğlu
Türkiyə Respublikası, Karabük şəhəri

X X X

Hörmətli cənab Prezidentim.

Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Dərin hörmətlə,
Məmmədli Cavid Əhməd oğlu
Birləşmiş Krallıq, Edinburq, Şotlandiya

X X X

Dövlətimizin əvəzolunmaz rəhbəri, möhtərəm cənab Prezidentimiz, qüdrətli Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev.

Zeynalovlar ailəsi olaraq ulu öndər Heydər Əliyevə və Sizə daim yüksək etimad bəsləmişik. Son günlərdə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edən, xalqın əfsanəvi xilaskarına çevrilən möhtərəm cənab Prezidentimizlə, Ali Baş Komandanımızla daha çox fəxr edirik, onun qürurverici addımlarını dəstəkləyirik.

Mənə, Zeynalov Anar Ədalət oğluna, II qrup əlil olmağıma baxmayaraq, Ali Baş Komandanımın bir çağırışı bəs edər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibinə qatılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə qoşulum. Xalqımın əfsanəvi qəhrəmanı olan möhtərəm cənab Prezidentimin, Ali Baş Komandanımın ətrafında hər an müsəlləh əsgərəm.

Uca Tanrıdan möhtərəm cənab Prezidentimə, Ali Baş Komandanıma, İlham Heydər oğlu Əliyev cənablarına uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,
Zeynalov Anar Ədalət oğlu
Azərbaycan Respublikası, Beyləqan rayonu

X X X

Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində etdiyiniz möhtəşəm çıxışınızı dinləyərkən sevinc göz yaşlarımı saxlaya bilmədim. Dövlətinə, xalqına bağlı, vətənini sevən və qoruyan Prezidentim qarşınızda baş əyirəm. Allah sizi qorusun!

Hörmətlə,
Məmmədova Mehparə Fərzəli qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Yazıb Sizə bildirmək istəyirəm ki, Azərbaycan xalqının müharibə şəraitində olduğu bir vaxta Sizdən eşitmək istədiyimiz söz hücum əmridir.

Cənab Prezident, mən və bütün Azərbaycan oğulları Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərə hazırıq.

Dərin hörmətlə,
Nuriyev Orxan Nəsrəddin oğlu
Azərbaycan Respublikası, Şabran rayonu, Şabran şəhəri

X X X

Azərbaycan dövlətinin başçısı, hörmətli cənab Prezident.

Mən İstanbulda yaşayıram. Ermənistan hərbi birləşmələrinin təxribatlarına qarşı apardığınız əməliyyatlarda sizə dəstək olmaq üçün əsgər kimi döyüşməyə hazıram. Allah yardımçınız olsun.

Adımın mənası "Allahın qılıncı" deməkdir. Sizə dəstək olmaq, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə döyüşmək mənim üçün şərəfdir. Əmrinizi gözləyirəm. Allaha əmanət olun.

Hörmətlə,
Gürgün Seyfullah Erhan oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli Prezident İlham Heydər oğlu.

Bu məktubumla mən Sizə səmimi qəlbdən Dağlıq Qarabağda bütün məsələlərin Tanrının köməyi ilə əmin-amanlıqla nizama salınması, tezliklə gözəl və sabit nəticə əldə olunması arzularımı bildirirəm. Tanrı Sizə kömək olsun, Allah Sizi qorusun. Amin!

Yevgeni Şipulin
Rusiya Federasiyası, Moskva şəhəri

X X X

Hörmətli Ali Baş Komandan.

Mən, 1957-ci ildə Naxçıvan MSSR-in Püsyan kəndində anadan olmuşam. 1975-1977-ci illərdə daxili qoşunlarda xidmət etmişəm. Xidmət dövründə əla pulemyotçu idim. 1981-ci ildə Daxili İşlər Nazirliyinin zabiti olmuşam. Sərrast nişançıyam.

Hörmətli Ali Baş Komandan, yaşıma baxmayaraq, mən yenə də sərrast güllə atıram. Torpağımızı erməni terrorçularından azad etmək üçün Azərbaycana gəlib Dağlıq Qarabağa yollana bilərəm. Sizin əmrinizi gözləyirəm.

Hörmətlə,
Quliyev Valeh Əmir oğlu
Rusiya Federasiyası, Tümen şəhəri

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan Ilham Əliyev.

Bütün beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Qarabağ, hətta hazırki Ermənistanın yerləşdiyi ərazi də Azərbaycana məxsus olub. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq edilən ikili standartlar nəticəsində indi ermənilər həmin torpaqlarda məskunlaşıblar.

Son günlər isə azğınlaşmış düşmən mülki obyektlərə atəş açmaqdan belə çəkinmir. Erməni təxribatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində baş verən döyüşlərdə əsgərlərimiz düşməni geriyə oturtmağa nail olublar. Ordumuz strateji yüksəklikləri azad etməklə döyüşlərdə üstünlüyü ələ keçirib.

Möhtərəm Prezident, bütün bunlar əlbəttə ki, Sizin ölkəmizdə ordu quruculuğu istiqamətində apardığınız düzgün siyasətin nəticəsidir. Biz də bu qələbələrdən sevinir və buna görə Sizə minnətdarlığımız bildiririk. Cəbhəyə getmək və Vətənimizin ərazi bütövlüyü uğrunda var qüvvəmizlə mübarizə aparmağa hazırıq.

Allah Sizi, xalqımızı və Ordumuzu qorusun.

Hörmətlə,
Həmidli Həmid Məhəmməd oğlu
Azərbaycan Respublikası, Qobustan rayonu

X X X

Möhtərəm cənab Prezident.

Qarabağımz uğrunda gedən döyüşlərdə əldə etdiyiniz uğurlara görə ailəm və Sizə yazmaqda çətinlik çəkən bütün həmvətənlərimiz adından Sizə təşəkkürlərimi çatdırıram. Uğurlarınız davamlı olsun.

Tezliklə Qarabağımızın tam şəkildə azad olunması xəbərini eşitmək istəyirik. Allah Sizi və bütün əsgərlərimizi qorusun. Xalqımız Sizə güvənir. İnanırıq ki, yaxın günlərdə qələbə xəbərini də eşidəcəyik.

Hörmətlə,
Atakişili Fərman Bəhram oğlu
Azərbaycan Respublikası, Hacıqabul rayonu, Qarasu kəndi

----------

13:44

Hörmətli cənab Prezidentim.

Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Dərin hörmətlə,

Məmmədli Cavid Əhməd oğlu
Birləşmiş Krallıq, Edinburq, Şotlandiya

x x x

Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan.

Ötən bir neçə gündə Ordumuzun erməni işğalçıları üzərində əldə etdiyi qələbələrdən çox təəssüratlandım. Bu zəfərlə bağlı çıxışınızı diqqətlə izlədik. Sizin qətiyyətli mövqeyiniz bizi qürurlandırır və biz gənclərdə ruh yüksəkliyi yaradır.

Möhtərəm cənab Prezident, torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəaliyyətinizi dəstəkləyir, bu yolda Sizinlə olduğumuzu bildirir. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşməyə hər zaman hazırıq.

Bu qələbələr münasibətilə Sizi və xalqımızı bir daha təbrik edir, Sizə daha böyük hərbi zəfərlər arzulayırıq.

Hörmətlə,

Əliyev Cavidan Məzahir oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri, Boladı kəndi.

x x x

Hörmətli cənab Prezident.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təcavüzlə əlaqədar məni - Rusiya Federasiyasının vətəndaşı Cabbarov Emil Bəyoğlanoviçi hərbi xidmətə çağırmağın mümkünlüyü məsələsinə baxmağınızı xahiş edirəm. Mənim buna haqqım var, çünki Azərbaycan mənim və valideynlərimin tarixi Vətənidir.

Hörmətlə,

Cabbarov Emil Bəyoğlanoviç

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Möhtərəm cənab Ali Baş Komandan.

Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sevincimizin həddi-hüdudu yoxdur. Sevinirik ki, qələbəyə yaxınlaşırıq, kədərlənirik, ona görə ki, şəhid vermişik. Allah-Təala bütün şəhidlərimizə rəhmət eləsin! Sizin göstərişiniz, daxili siyasətiniz nəticəsində düşmən həmlələrinin qarşısı alınıb, düşmənlər geri çəkilib. Hər an Sizin göstərişinizlə müharibəyə hazır olduğumuzu bildirmək istəyirik. Səfərbərliyə hazırıq.

Azərbaycan xalqı, Azərbaycan gənci, Azərbaycan ziyalısı daim Sizinlədir. Biz qələbəyə inanırıq. Biz - Səbail rayonu 91 saylı məktəbin şagird kontingenti, məhəllələrarası futbol, basketbol iştirakçıları həmişə Vətənin keşiyində durmağa hazırıq. Hörmətli Ali Baş Komandan, Sizinlə qələbəyə yaxınıq. Yaşasın Vətənimiz Azərbaycan! Yaşasın Prezidentimiz cənab İlham Əliyev!

Hörmətlə,

Məmmədzadə Zəfər Müzəffər oğlu, təhsil işçisi,

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

-----------

11:20

Cənab Prezident, Ali Baş Komandan.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmənin törətdiyi təxribatlar biz gəncləri hiddətləndirir. Ordumuzun düşmənə verdiyi layiqli cavabdan qürur duyuruq. Şəxsən mən də o döyüşlərdə iştirak etmək istəyirəm. İdmançıyam, gücümə, iradəmə əminəm.

Cənab Ali Baş Komandan, düşməndən qisas almaq üçün əmrinizi gözləyirik. Biz Sizə güvənirik, biz daim Sizin ətrafınızda sıx birləşmişik.

Hörmətlə,

Əhmədzadə Ağaxəlil Natiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

x x x

Hörmətli cənab Prezident.

Siz Azərbaycanın gələcəyi olan uşaqların yaxşı təhsil almaları, asudə vaxtlarının səmərəli təşkili üçün daim çalışır, hər bir şərait yaradırsınız. "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində məktəblilərin Azərbaycanın qədim torpaqlarına, dilbər guşələrinə ekskursiyaları təhsil işçiləri, valideynlər, məktəblilər tərəfindən çox müsbət qarşılanır və bəyənilir.

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Azərbaycanın qədim yaşayış məskəni olan Naxçıvan Muxtar Respublikasında oldular. Naxçıvanın gəzməli-görməli yerlərini, ali və orta məktəblərini ziyarət etdilər, tarixi abidələri və tarixi şəxsiyyətlərin ev muzeyləri ilə yaxından tanış oldular. Bütün bunlar məktəblilərdə xoş təəssürat yaratdı. Bu layihə biz məktəblilərin Naxçıvan Muxtar Respublikası haqqında məlumatlarımızı daha da genişləndirdi.

Biz inanırıq ki, ulu öndərimiz Heydər Əliyev siyasətinin təntənəsi olaraq doğma Qarabağımız işğaldan azad ediləcək, "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Qarabağa gedəcək, Azərbaycanın cənnət guşəsi ilə yaxından tanış olacaq və üçrəngli bayrağımızı Cıdır düzündə dalğalandıracaqlar.

Hörmətlə,

Mustafayev Kamran Emil oğlu, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.

x x x

Azərbaycan Respublikasinin Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Biz keçmiş Ağcabədi döyüşçülər cəbhə bölgəsində gedən son döyuşlərdən narahat olduğumuzu Sizə bildirməklə bərabər qeyd edirik ki, hər an keçmiş döyüşçülər Sizin əmrinizlə müharibəyə könüllü olaraq getməyə, Azərbaycan Respublikasinin ərazi bütövlüyünün bərpa olunmasına, Qarabağ torpaqlarının azad edilməsinə hazır olduğumuzu bəyan edirik. Sizdən xahiş edirik bizləri könüllü olaraq cəbhə bölgəsində yerləşdirilməyimizə kömək göstərəsiniz.

Dərin hörmətlə,

Cəfərov Tofiq Astan oğlu, ehtiyatda olan zabit, keçmiş əlahiddə kəşfiyyat rotasının komandiri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

x x x

Cənab Ali Baş Komandan.

Bilirəm ki, hazırda səfərbərlik elan olunmayıb. Lakin Sizdən çox xahiş edirəm ki, məni cəbhəyə yollayın. Keçmiş Sovet ordusunda xidmət etmişəm. Birinci Qarabağ müharibəsində olmuşam. Bütün yüngül atıcı silahlarla davrana bilirəm. Fiziki cəhətdən sağlamam. Döyüş taktikasına bələdəm. Təcrübəm az deyil. Bir daha xahiş edirəm ki, məni cəbhəyə göndərəsiniz.

Hörmətlə,

Əliyev İlqar Mikayıl oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

x x x

Hörmətli cənab Prezident.

Son günlər Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Ordumuzun düşməni cavab atəşi ilə susdurması və eləcə də işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirməsi biz gəncləri daha da ruhlandırdı. Bütün bunlar Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsidir.

Cənab Prezident, Nəsimi rayonunun çoxminli gəncləri adından bu möhtəşəm qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bildiririk ki, biz Nəsimi rayon gəncləri hər zaman Sizinləyik, Sizi dəstəkləyirik və hər an işğal altında olan torpaqlarımızın azad olunmasına və Vətənimizi - müstəqil Azərbaycanımızı göz bəbəyimiz kimi qorumağa hazırıq və bu yolda hər an canımızı fəda etmək üçün əmrinizi gözləyirik.

Hörmətlə,

Abdullayev Elbrus Dilənçi oğlu, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi.

x x x

Hörmətli Prezident, Cənab Ali Baş Komandan.

Hazırda cəbhə xəttində gedən döyüşlər və Ordumuzun irəliləməsi mənə qürur verir. Lakin həm Azərbaycan vətəndaşı, həm də Kəlbəcərdə doğulmuş və yurd həsrəti ilə yaşayan bir gənc kimi hadisələri kənardan izləmək mənə çətindir. Kəlbəcər gənci olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəf verər. Bildirmək istəyirəm ki, əgər səfərbərlik elan olunarsa, Vətən uğrunda döyüşməyə hazıram.

Cənab Ali Baş Komandan, Sizin səfərbərlik barədə əmrinizi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Mehdiyev Tural Tahir oğlu.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

----------------

04.04.2016

23:15

Çox hörmətli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Son günlər cəbhə xəttində düşmənin təxribatlarının qarşısını qətiyyətlə alan və ona layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinin uğurları bizi çox sevindirir. Ciddi itki verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan Ordusunun gücünün bir daha şahidi oldular.

Hörmətli cənab Prezident, cəbhədə baş verənlərdən sonra Vətənimizin qeyrətli oğulları düşmənlə mübarizə aparmaq üçün silaha sarılmağa hazır olduqlarını bəyan etdilər. Sizin də Ali Baş Komandan kimi bunu yüksək qiymətləndirməyiniz bizə əlavə ruh verdi. Mən Azərbaycan Respublikasının sıravi vətəndaşı bu gün bir əsgər kimi Sizin komandanlığınız altında silah götürərək düşmən üzərinə getməyə hazıram. Əmrinizi gözləyirik. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmaq və Vətən uğrunda döyüşmək mənim üçün böyük şərəf olardı.

Dərin hörmətlə,
Novruzov Tusi Əli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.

Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik.

Hörmətlə,
Çağlayan Menderes,
Almaniya Federativ Respublikası, Köln şəhəri

X X X

Möhtərəm cənab Prezident.

Düşmənlə döyüşlərdə şəhid olan əsgərlərimizə rəhmət diləyir, Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Biz həmişə qardaş Azərbaycan xalqının yanındayıq və haqq bizim yanımızda olduğuna görə son qələbə də bizimdir. Düşmənin dərsini həmişə belə vermək lazımdır.

Hörmətlə,
Koç Mahmut Mecit oğlu,
Türkiyə Respublikası, İzmir şəhəri

X X X

Möhtərəm cənab Prezident.

Mən hərbiçiyəm. Hər zaman azərbaycanlı qardaşlarımla birlikdə çiyin-çiyinə döyüşməyə, bildiklərimi onlara da öyrətməyə canla-başla hazıram. Qardaş Azərbaycana haqq işində zəfərlər diləyirəm.

Hörmətlə,
Öztürk Əhməd Süleyman oğlu,
Türkiyə Respublikası, Çanaqqala şəhəri.

X X X

Çox hörmətli cənab Prezident.

Son zamanlar Qarabağ müharibəsi cəbhələrində baş verənləri diqqətlə izləyirəm. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəman Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyirəm. Qadir Allah düşmənlə mübarizədə qardaşlarımıza qələbə nəsib edər, inşallah. Mən 2007-2013-cü illərdə Bakıda fəaliyyət göstərmişəm və Azərbaycanın çörəyini yemişəm. Azərbaycana sevgim sonsuzdur. Odur ki, azərbaycanlı qardaşlarımla cəbhədə çiyin-çiyinə döyüşməyə hazıram. Mən Azərbaycanın qələbəsinə ürəkdən inanıram.

Sizə sonsuz sevgi və hörmətlə,
Karabacak Hacı Veysəl oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Zati-aliləri cənab Prezident İlham Əliyev.

Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və Ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq.

Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırırıq.

Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusu ilə təmas xəttində baş verən döyüş qarşıdurması zamanı verdiyimiz itkilərlə bağlı xalqımızın yaşadığı acını ürəkdən bölüşürük. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə, yaxınlarına, həmçinin Zati-aliləri Sizə və bütün Azərbaycan xalqına Litva azərbaycanlıları adından dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və yaralılara şəfa arzu edirik. Vətən sağ olsun! Haqq işi uğrunda mübarizədə tarixi vətənimiz Azərbaycana qələbələr arzu edirik.

Hörmətlə,
Həmzəyev Mahir,
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü.
Litva Respublikası, Vilnüs şəhəri.

X X X

Möhtərəm cənab Prezident!

Aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin cəbhəboyu mövqelərimizə hücumu biz veteranları da dərindən hiddətləndirmişdir. Sizin rəhbərliyiniz altında Milli Ordumuzun düşmənin təxribatçı əməllərinin qarşısını alması və onlara sarsıdıcı zərbənin endirilməsi hər birimizdə böyük qürur hissi oyatdı. Hərbi əməliyyatlar zamanı şəhid olanlara Allahdan rəhmət diləyirik.

Cənab Ali Baş Komandan, biz daim Sizə inanırıq və qəti əminik ki, Azərbaycan əsgərinin işğal altındakı ərazilərimizi düşməndən tamamilə azad edəcəyi gün heç də uzaqda deyildir. Sizin rəhbərliyiniz altında tezliklə qələbə bayrağını Şuşada, Xankəndidə qaldıracağıq.

Hörmətlə,
Bəşirov Hidayət, Lerik Rayon Veteranlar Təşkilatının sədri
Paşayev Daşdəmir, Böyük Vətən müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı
Fərziyev Söhbət, Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Respublikası, Lerik rayonu

X X X

Cənab Ali Baş Komandan.

Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti xaricdə yaşayan hər bir soydaşımızın qürur mənbəyidir. Vətənimizin ayrılmaz hissəsi olan tarixi Qarabağ torpaqlarımızın işğalçı Ermənistan ordusundan təmizlənməsi naminə biz - xaricdə təşkilatlanmış azərbaycanlı gənclər qeyd etmək istəyirik ki, bu şərəfli və tarixi gündə doğma Vətəndə yaşayan soydaşlarımızın yanındayıq. Bu amalla yaşayır, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri adından Zati-alinizə dərin hörmətlə,

Səfərli İbrahim, Azərbaycan-Macarıstan Gənclər Birliyinin sədri

Hacıyev İqbal, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri

Səlimov Amil, Latviya "AZERİ" Gənclər Birliyinin sədri

Qurbanov Mahir, "Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu" İctimai Birliyinin sədri

Allahverdili Toğrul, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya Federasiyasındakı nümayəndəsi

Elxanoğlu Xəzri, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukraynadakı nümayəndəsi

Əliyeva Nərgiz, Gürcüstan Azərbaycan Mədəniyyət Mərkəzi Gənclər Təşkilatının rəhbəri

Fətəliyeva Mirvari, Paris "Azərbaycan Evi"nin rəhbəri

Niftaliyev Ramil, Misir Azərbaycan Diaspor Təşkilatının sədri

Şahbazlı Tural, Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Mərkəzinin sədri

Tağıyev Şamil, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibah Fondunun (Moskva) sədri

Əliyev Əbdül, Çex-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

Rixter Elnur, Almaniya Azərbaycan Gənclər Birliyinin sədri

Bədirli Rəşad, Azərbaycan-Şimali Kipr Gəncləri Birliyinin icraçı rəhbəri

Nəbizadə Zakir, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri

İsmayılov Zülfiqar, Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının icraçı rəhbəri

Süleymanlı Ləman, Kasyeri Azərbaycanlı Gənclər Toplumunun rəhbəri

Mehdiyeva Məryəm, İtaliya Azərbaycan Gənclər Birliyinin vitse-prezidenti

İsgəndərov Elmar, İndoneziya Azərbaycan Gənclər Mərkəzinin rəhbəri

Əhməd Nail, Polşa Azərbaycan Gənclər Birliyinin sədri

Abbasov Azər, Azərbaycan-Latviya Dostluq Birliyinin rəhbəri

Şafadiyev Orxan, Almaniya Dağ Yəhudiləri İcmasının Gənclər rəhbəri

Cahandar Ertuğrul, Dünya Azərbaycanlıları Konqresi Türkiyə Gənclər nümayəndəliyinin rəhbəri

Şirinov Tural, Estoniya Azərbaycanlı Gəncləri Təşkilatının nümayəndəsi

Nəsibova Firuzə, Aktau Azərbaycan Gənclər Birliyinin rəhbəri

Zakiroğlu Ehtiram, Qırğızıstan Manas Universiteti Azərbaycanlı Tələbə Birliyinin rəhbəri.

X X X

Möhtərəm cənab Prezident.

Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəkləyir, qısa müddətdə həyata keçirilən surətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və ümumiyyətlə xaricdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində səylərinizi dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur. Bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanımızın əmrini gözləyir.

Zati-alinizə dərin hörmət və ehtiramla,

Cəfərova Elvira Nizaməddin qızı

Allahverdiyev Toğrul Ağəli oğlu

Qarayev Xəzər Akif oğlu, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasi Rusiya Nümayəndəliyinin üzvləri.

Rusiya Federasiyası, Moskva şəhəri.

X X X

Cənab Prezident, Ali Baş Komandan.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmənin törətdiyi təxribatlar biz gəncləri hiddətləndirir. Ordumuzun düşmənə verdiyi layiqli cavabdan qürur duyuruq. Şəxsən mən də o döyüşlərdə iştirak etmək istəyirəm. İdmançıyam, gücümə, iradəmə əminəm.

Cənab Ali Baş Komandan, düşməndən qisas almaq üçün əmrinizi gözləyirik. Biz Sizə güvənirik, biz daim Sizin ətrafınızda sıx birləşmişik.

Hörmətlə,
Əhmədzadə Ağaxəlil Natiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

----------

19:57

Hörmətli Prezident İlham Əliyev.

Mən Türkiyənin Çorum vilayətində yaşayan və hərbi xidmətimi atıcı olaraq keçmiş bir qardaşınızam. İşğalçı Ermənistan əsgərlərini Azərbaycan ərazilərindən vurub çıxarmaq üçün mən də Qarabağ döyüşlərində azərbaycanlı qardaşlarımla çiyin-çiyinə vuruşmaq arzusundayam. Mənin 43 yaşım, iki oğlum var. Onları da vətənlərini sevən bir şəxsiyyət kimi böyütməyə çalışıram. İnanın ki, hər hansı bir döyüşdə, gözüm heç arxada qalmadan azərbaycanlı qardaşlarımızla birlikdə və Sizin əmrinizlə düşmənlə vuruşmağa hazıram.

Sizi əmin edirəm ki, müqəddəs Vətən torpağının işğaldan azad edilməsi üçün Türkiyədən Azərbaycana gəlib son damla qanınadək vuruşmağa can atan mənim kimi milyonlarla qardaşınız var.

Allah babalarımızın torpağı can Azərbaycan əsgərlərinin köməyi olsun.

Allah Sizin yanınızda olsun.

Hörmətlə,
Sizi heç vaxt tək buraxmayacaq qardaşınız, əsgəriniz,
İsmail Akgöz
Türkiyə Respublikası, Çorum vilayəti

X X X

Hörmətli Prezident İlham Əliyev.

Türkiyə vətəndaşı olaraq həmişə yanınızda olduğumu söyləyirəm. Bildirmək istəyirəm ki, əgər gərək olarsa könüllü surətdə əsgər kimi Azərbaycan Ordusuna qatılmaq istəyirəm. Siz bizim qardaşlarımızsınız. Çətin gündə də, xoş məqamda da Türkiyə ilə Azərbaycan bir-birinin yanındadır. Düşmənə qarşı mübarizədə də Sizin yanınızdayıq. Sizə qələbələr diləyirəm.

Hörmətlə,
Özdəmir Əhməd Ərdoğan oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Hörmətli Prezident İlham Əliyev.

Mən Türkiyənin Hatay vilayətində anadan olmuşam. Əsgəri xidmətimi komandir rütbəsində başa vurmuşam. Ulu öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını rəhbər tutaraq Azərbaycana gəlmək, Qarabağ müharibəsində iştirak etmək, qardaş Azərbaycanın torpaqlarını yağı düşməndən təmizləmək işinə qoşulmaq arzusundayam. Qarabağ uğrunda savaşda azərbaycanlı qardaşlarıma yalnız qələbələr arzu edirəm.

Hörmətlə,
Burak Müzəffər oğlu Türkay
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli Cumhurbaşkanım İlham Əliyev.

Mən türk xalqının övladı kimi, Sizin yanınızda olduğumu bildirmək istərdim. Əgər əsgərə ehtiyac varsa məmnuniyyətlə azərbaycanlı qardaşlarımla bərabər son nəfəsimə qədər döyüşməyə hazıram.

Allah türkü qorusun. Buradan bütün azərbaycanlı qardaşlarımı salamlayır, onlara qələbələr arzulayıram.

Hörmətlə,
Topsakal Əhməd Şenol oğlu
Türkiyə Respublikası, Trabzon şəhəri

X X X

Hörmətli cənab Prezident!

Azərbaycanın son illərdə əldə etdiyi uğurlar bir vətəndaş kimi məni ürəkdən sevindirir. Mən son günlər cəbhədə baş verənləri diqqətlə izləyirəm. Ordumuzun uğurları bizim böyük qələbəyə inamımızı artırıb. Biz Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərə hazırıq. Ordumuzun qəhrəman hərbiçiləri ermənilərə qarşı mübarizədə şəhid olub, yaralananlarımız var. Şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan əsgəri yağı düşməndən qisasımızı alacaq. Mən də özümü o sırada görürəm, Ali Baş Komandanımın əmrini gözləyirəm.

Hörmətlə,
Təhməzov Zəfər Eldar oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaradolaq kəndi.

X X X

Əziz Prezident!

Yağı düşmənlə müharibə aparan Azərbaycan Ordusuna könüllü olaraq qoşulmaq istəyirəm. Qardaş ölkə olan Azərbaycana ermənilərlə müharibədə hər cür dəstəyə hazırıq. Azərbaycan əsgərinin cəbhədəki uğurları bizi çox sevindirir. Qələbələriniz davamlı olsun. Biz Türkiyə olaraq həmişə Azərbaycanın yanındayıq.

Hörmətlə,
Yalçın Bülent Arif oğlu.
Türkiyə Respublikası, Mersin şəhəri.

X X X

Hörmətli Prezident İlham Əliyev.

Biz İraq türkmənləri Azərbaycan xalqının yanındayıq.

Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.

Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu, birliyi, bərabərliyi.

Hörmətlə,
Ərşət Salihi,
İraq Türkmənləri Cəbhəsinin rəhbəri, Kərkükün deputatı.

X X X

Hörmətli Prezident İlham Heydər oğlu.

Vətəndən uzaqlarda yaşasam da, daim öz xalqımın yanındayam. Azərbaycan Ordusunun cəbhədə nail olduğu hərbi üstünlük məni çox sevindirdi. Xahiş edirəm, məni könüllülük əsasında Azərbaycan Ordusu sıralarına qəbul edəsiniz. Mən Azərbaycan Hərbi Hava Qüvvələri sıralarında xidmət etməyə hazıram.

Hörmətlə,
Ələkbərov Ruslan.
Rusiya Federasiyası, Moskva şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Sizin səylərinizi ürəkdən dəstəkləyirik. Bilirik ki, Siz qan tökülməsini istəmirsiniz, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırsınız. Ancaq mənfur düşmən daha da azğınlaşır, təxribatlar törədir, indi də cəbhəyanı kəndlərimizdə dinc əhaliyə atəş açır. Ordumuz yağı düşmənə layiqli cavab verdi, ermənilərə divan tutdu. Bu, Qarabağ müharibəsi əlili kimi, məni çox qürurlandırır. Mən özümü əsgər qardaşlarımın yanında hiss edirəm, Ali Baş Komandanımızın səfərbərlik əmrini gözləyirəm.

Hörmətlə,
Məmmədov Üzeyir Cavanşir oğlu, Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Lerik rayonu.

----------

17:00

Əziz və hörmətli Prezident!

Bütün ailəmiz adından Sizi və xalqımızı ordumuzun düşmənə sarsıdıcı zərbə endirməyə başlaması münasibətilə təbrik edirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında nəhayət ki, ata-baba torpaqlarımız mənfur düşməndən azad ediləcək və Qələbə sevincini bütün xalqımızla birlikdə Şuşada Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcəyik. Şəhidlərimizin ruhu şad olsun!

Bu çətin və şərəfli işinizdə Sizə böyük uğurlar arzu edirik. Tanrı Sizi qorusun.

Hörmətlə,
Əhmədov Hümeyir, akademik.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Dünən cəbhədə qazandığımız qələbə münasibətilə xalqımızı təbrik edirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah əsgərlərimizi qorusun. Biz ordumuzla fəxr edirik. İnşallah, tezliklə Qarabağımızı da düşmən tapdağından azad edəcəyik.

Allaha əmanət ol, Vətənim!

Hörmətlə,
Piriyeva Xalidə Rafiq qızı.
Ukrayna Respublikası, Xarkov şəhəri.

X X X

Cənab Ali Baş Komandan!

Azərbaycanda güclü ordu quruculuğu, yürütdüyünüz uğurlu xarici və daxili siyasət nəticəsində qazandığınız nailiyyətlərə və qələbəyə görə Sizi təbrik edirik. Biz Sizinlə fəxr edirik. Allah bütün işlərinizdə Sizə kömək olsun. Uğurlarımızın, qələbələrimizin sayı çox olsun.

Xalqımız kimi biz cəlilabadlılar da həmişə Sizinləyik.

X X X

Hörmətlə,
Nağdızadə Həsən Maqsud oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu.

Hörmətli cənab Prezident!

Bir Azərbaycan vətəndaşı olaraq bu məktubu ailəm adından Sizə yazmağı özümə borc bildim.

Güclü iqtisadiyyatı və yüksək mədəniyyəti ilə öyünən, başqalarına dərs keçməyə çalışan dünya ölkələrinin hazırda düşdüyü vəziyyəti, onlarda yaşanan böhranı, əhaliyə qarşı törədilən vəhşilikləri görəndə insanlarda fərqli düşüncələr yaranır. Düşünürəm ki, həmin ölkələr Azərbaycanda yaradılan əmin-amanlıqdan, sabitlikdən nümunə götürsələr, dərs çıxarsalar daha yaxşı olardı.

Möhtərəm Prezident, xalqımıza göstərdiyiniz diqqətə, insanların gözəl və firavan yaşayışının təmin edilməsinə görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirik. Biz Sizin üçün Allaha həmişə dua edirik.

Hörmətlə,
İmanov Yamən Xosrov oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu, Qaynaq kəndi.

X X X

Cənab Ali Baş Komandan!

Aprelin 2-də baş verən hadisələr bizim çoxdan gözlədiyimiz və düşmənimiz ermənilərə verilmiş layiqli cavabdır. Allah bu əməliyyat zamanı şəhid olan əsgərlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

Hörmətli cənab Prezident, biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Bunun üçün əmrinizi gözləyirik.

Hörmətlə,
Mehdiyev Ənvər Məcid oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə hazıram. Torpaqlarımızı azad etmək üçün əmrinizi gözləyirik.

Biz Sizin siyasətinizi tam olaraq dəstəkləyirik. Allah Sizə möhkəm cansağlığı versin.

Dərin hörmətlə,
Qəribov Emin Rizvan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Cənab Ali Baş Komandan İlham Əliyev!

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş silahlı toqquşmalar nəticəsində həlak olmuş həmvətənlərimizin doğmalarına və Sizə 75 min üzvü, 95 illik tarixi olan və 25 ildir ki, QHT kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti adından başsağlığı verir, hər zaman yanınızda olacağımızı və Sizə dəstəyimizi əsirgəməyəcəyimizi bildiririk.

Dərin hörmətlə,
Qasımova Bahar Komandir qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Sizi səmimi qəlbdən salamlayıram. Mən müxalifətyönlü gənc olaraq Sizinlə qürur duyuram. Aprelin 1-2-də cəbhədə baş verən savaşla bağlı bildirirəm ki, mən Sizin siyasətinizi dəstəkləyirəm. Bir gənc olaraq Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etməyə hazıram. Ürəyim qürur hissi ilə döyünür, fikirlərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu gündən etibarən Sizi dəstəkləyirəm, Sizinlə fəxr edirəm.

Allah Sizi bizim millətə çox görməsin!

Hörmətlə,
Kazımov Nəvai Kərimbala oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Möhtərəm cənab Prezident!

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə azğın ermənilərin xislətlərinə xas olaraq xaincəsinə mövqelərimizə hücum etməsi bizi çox həddətləndirmişdir.

Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz düşmənin layiqli cavabını verdi. Biz hər zaman Sizinləyik! Biz hər zaman ordumuzlayıq! Hər an əmrinizi gözləyirik, cənab Prezident! Uca Tanrı Sizi və xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,
Quliyev Azadi Sabir oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Möhtərəm cənab Prezident!

Ötən günlərdə cəbhədə baş verən döyüşlərdə şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Mən fəxr edirəm ki, Sizin yürütdüyünüz siyasət nəticəsində güclənən Azərbaycan Ordusu düşmənə layiqincə cavab verdi. Bu, atəşkəsdən sonra Azərbaycan Ordusunun düşmən üzərində çox qüdrətli qələbəsidir. Ermənistan bilməlidir ki, Azərbaycanın müdrik Ali Baş Komandanı var, Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almaq və ona layiqli cavab vermək gücünə malikdir. Mən bir azərbaycanlı olaraq buna görə fəxr edirəm.

Cənab Prezident, Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Əliyev Rahim Əmrullah oğlu.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Gözbarax kəndi.

X X X

Hörmətli cənab Prezident!

Sosial şəbəkərlərdə yazılanları oxuyandan sonra Sizi, bütün Azərbaycan xalqını ilk qələbə münasibətilə ürəkdən təbrik edirəm. Əllərimi Allahın dərgahına qaldırıb bütün bəşərə məlum olan adlarına Sizi və bütün Azərbaycan əsgərlərini qoruması üçün dua etdim, edirəm və edəcəyəm. Allahın bütün bəşərə məlum olan adları Sizi və bütün Azərbaycan əsgərlərini bəlalardan qorusun, amin! Sizə və Ordumuza yeni qələbələr diləyirəm.

Hörmətlə,
Vəliyeva Ofelya İnqlab qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.

X X X

Əziz Prezident və Ali Baş Komandan!

Biz, Nijni Novqorodda yaşayan azərbaycanlılar cəbhədəki vəziyyətə görə narahatıq və Qarabağ münaqişəsinin tezliklə həll olunacağını gözləyirik. Öz növbəmizdə bildiririk ki, torpaqlarımızın müdafiəsinə qalxmaq üçün Sizin əmrinizi gözləyirik.

Yaşasın Azərbaycan və dəyərli Azərbaycan xalqı!

Həlak olmuş qəhrəmanlarımıza görə kədərlənirik. Azərbaycanın igid oğullarına eşq olsun!

Hörmətlə,
Bağırov Elman.
Rusiya Federasiyası, Nijni Novqorod şəhəri şəhəri.

X X X

Çox hörmətli cənab Prezident Ilham Əliyev!

Biz Ali Baş Komandan kimi Sizin etrafınızda sıx birləşib torpaqlarımızı azad etməyə var qüvvəmizlə hazırıq. İnşallah, həmin gün çox yaxındadır. Düşmənə macal verməməliyik. İşğal altındakı torpaqlarımızı azad etməliyik. Biz Sizin ətrafınızda yumruq kimi sıx birləşmişik. Biz Sizin əmrinizi gözləyirik, cənab Ali Baş Komandan! Şəxsən mən özüm torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmağa hər an hazıram. Yetər ki, Siz əmr edəsiniz. Allah Sizi qorusun.

Hörmətlə,
Mürsəlov Rəşad Nizami oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Cənab Ali Baş Komandan!

Rəhbərliyinizlə Ordumuzun Qarabağ müharibəsində möhtəşəm qələbəsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Siz doğrudan da Ulu Öndərimizin siyasətinin layiqli davamçısı olduğunuzu bir daha sübut etdiniz. Siz Azərbaycanı da, Ordumuzu da inamla gücləndirdiniz. Bu qələbənin arxasında məhz həmin güc dayanır.

Ümidvaram ki, növbəti qələbəmizi Şuşada qeyd edəcəyik!
Əziz Prezidentim, Allah Sizi qorusun. Mən sizinlə fəxr edirəm.

Hörmətlə,
Əmrahlı Nəbi Rəsul oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Çox hörmətli cənab Ali Baş Komandan İlham Əliyev!

Mən fiziki sağlamlığını Qarabağ müharibəsində itirmiş 2-ci qrup əliləm. Ordumuzun düşmən üzərində bu günlərdəki qələbəsi müharibə veteranı kimi məni çox sevindirdi. Bu qələbə münasibətilə Sizi - Ali Baş komandanımı ürəkdən təbrik edirəm. Əlil olmağıma baxmayaraq, hər an torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnşallah, qüdrətli Ordumuz onların qanını yerdə qoymayacaq, torpaqlarımızı yağı düşməndən təmizləyəcək.

Sizə möhkəm cansağlığı və yeni qələbələr arzu edirəm.

Dərin hörmətlə,
Qasımov Kamandar İdris oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Hörmətli cənab Prezident!

Sizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyiniz islahatlar gözəl bəhrələr verir və bu, bizi ürəkdən sevindirir. Son günlər Ordumuzun cəbhə bölgəsində qazandığı qələbəyə görə Sizə - Ali Baş Komandanımıza dərindən təşəkkür edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizinlə fəxr edirəm. Ordumuzun cəbhədəki uğurları Azərbaycanın qüdrətinin göstəricisidir. Biz Prezidentimizlə fəxr edirik, hər zaman Sizin və dövlətimizin əsgəriyik.

Hörmətlə,
Bayramov İmdad Mustafa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Əziz Azərbaycan xalqı və hörmətli cənab Prezidentim!

Bu gün Türkiyə mediasındakı xəbərlərdə azərbaycanlı qardaşlarımın erməni mənfurları tərəfindən şəhid edildiklərini oxudum. Allah onların yerini cənnətlik etsin. Başımız sağ olsun.

Türkiyədə də eyni acını yaşayırıq. PKK quldurlarının əməlləri nəticəsində kədərimiz eynidir. Allahdan arzu edirəm ki, Türkiyə və Azərbaycan xalqına ziyan dəyməsin. Ailəm, Afyonkarahisar əhalisi və Türkiyə olaraq qardaşlarımızın yanındayıq. Erməni quldurlarına qarşı mübarizədə daim Sizinləyik. Allah erməni və PKK quldurlarını məhv etsin. Biz Sizə qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə uğurlar diləyirik.

Allaha əmanət olun. Azərbaycanlı qardaşlarıma salamlar.

Hörmətlə,
Şenol İbrahim Xəlil İbrahim oğlu.
Türkiyə Respublikası, Afyonkarahisar şəhəri.

X X X

Məktubuma ulu öndər Qazi Mustafa Kamal Atatürkün dediyi "Nə mutlu türkəm deyənə" sözləri ilə başlamaq istəyirəm.

Biz ulu öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" olaraq bütün məsələlərdə daim bir yerdəyik. Xain ermənilərə lazımi dərsi verəcəyinizə əminik. Şəhid qardaşlarımıza rəhmət, ailələrinə başsağlığı diləyirəm.

Hörmətlə,
Karacan Hakan.
Türkiyə Respublikası, Antalya şəhəri.

X X X

Hörmətli Prezident İlham Əliyev!

Əvvəla, həlak olmuş şəhid qardaşlarımızla əlaqədar Sizə başsağlığı diləyirəm. İnşallah, yerləri cənnətlik olar.

Şəxsən mən özüm hər zaman yanınızda olduğumu bildirmək istəyirəm. Erməni namərdlərinə qarşı bütün imkanlarımla döyüşmək üçün bir çağırışınız kifayət edər.

Hörmətlə,
Coşan Mehmetəli Mustafa oğlu.
Türkiyə Respublikası, Ankara şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizin nəticələri bizi çox qürurlandırdı. Dövlətimizə və xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, işğal altındakı Dağlıq Qarabağımız düşmən tapdağından uğurlu siyasətiniz sayəsində azad ediləcək. Bugünlərdə Ordumuzun qələbəsi bunu deməyə əsas verir. Biz Sizinlə fəxr edirik. Sizin rəhbərliyiniz altında dövlətimizin gündən-günə dünya miqyasında daha çox uğurlar əldə etməsi xalqımız üçün qürurverici bir faktdır.

Cənab Prezident, Sizə dərindən təşəkkür edir, dövlətimə hər zaman şərəfli və yararlı şəxsiyyət olacağıma söz verirəm.

Hörmətlə,
Əsgərova Gülnar Nizami qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident İlham Əliyev!

Allah Sizin və soydaşlarımızın yardımçısı olsun. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhədə uğurları bizi çox sevindirir. Mən doğma qardaşlarım azərbaycanlılarla birlikdə cəbhədə düşmənə qarşı döyüşməyə hər an hazıram. Əmin ola bilərsiniz ki, Türkiyədə mənim kimi düşünən milyonlarla soydaşınız var. Allah yardımçınız olsun.

Hörmətlə və sevgilərlə,
Yıldırım Ferdi İlyas oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri.

X X X

Çox hörmətli Prezident İlham Əliyev!

İşğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bizim canımızla, qanımızla daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Biz "Bir millət, iki dövlət" olaraq daim sizinləyik. Qadir Allah gücünüzə Sizi qorusun, düşmən üzərində qələbədə Sizə güc və inam bəxş etsin.

Hörmətlə,
Bütün Fuat Qərib oğlu.
Türkiyə Respublikası, Malatya şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Mən Azərbaycan əsilliyəm. Adım Günay Aytandır. İğdırlıyam, lakin hazırda İstanbulda yaşayıram.

Ermənistan ilə müharibədə qardaşlarımın yanında olmaq, onlarla birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi məni çox sevindirdi. Mən də Sizin Ali Baş Komandanlığınız altında ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmək istəyirəm.

Hörmətlə,
Aytan Günay Səfəralı oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən təmizləmək istiqamətində son günlərdə uğurla keçirilən əməliyyatlar məni çox sevindirir. Mən də Azərbaycan Silahlı Qüvvələrinin tərkibində düşmənə qarşı vuruşmaq istəyirəm. Odur ki, məni də əsgər almağınızı xahiş edirəm. Mən qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında olmaq istəyirəm. Müqəddəs Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qardaşlarıma hünər və rəşadət arzu edirəm. Azərbaycanın qələbəsinə ürəkdən inanıram.

Hörmətlə,
Yakup Çalık.
Türkiyə Respublikası, Əskişəhər şəhəri.

X X X

Çox hörmətli cənab Prezident.

Qardaş Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi bizi çox sevindirir. Vətənin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmaq şərəfdir. Şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, Sizə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, canlarını Vətən uğrunda qurban verənlərin yaxınlarına səbir diləyirəm. Türkiyə vətəndaşı olaraq qardaş Azərbaycana maddi və mənəvi dəstəyimizin əbədi olduğunu bildirmək istəyirəm.

Hörmətlə,
Aydın Faruk İbrahim oğlu
Türkiyə Respublikası, Konya şəhəri

X X X

Salam hörmətli cənab Prezident.

Mən Vətəndən uzaqda yaşayıram. Könüllü olmaq və ölkəmi müdafiə etmək istəyirəm. Könüllü kimi mənim namizədliyimi nəzərdən keçirməyi xahiş edirəm, çünki Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəfdir.

Hörmətlə,
Seymur Babayev
Belarus Respublikası, Jlobin şəhəri

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR