“Bu tarixi bir sənəddir...” – ABŞ Konqresinin Azərbaycanla bağlı qərarına baxış
"Bu qərar münaqişə vəziyyətində olan Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Çünki, ermənilərin ən böyük lobbisi məhz ABŞ-da fəaliyyət göstərir. Deməli, bu addımla ABŞ-dakı erməni lobbisinin fəaliyyəti fiaskoya uğramış oldu”.
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin işğala məruz qalan, Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanla bağlı qəbul etdiyi 296 saylı düzəliş və onun ölkəmizə verəcəyi üstünlüklər barədə danışarkən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib:
"Bu qərar Azərbaycanın maraqlarına cavab verən tarixi bir sənəddir.Qaydalar Haqqında Komitənin qəbul etdiyi296 saylı düzəlişə əsasən Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ərazisində 1991-ci ildən bu yana qeyri-qanuni işğal nəticəsində həlak olan və qaçqın düşənlərin siyahısının hazırlanması dövlət katibi və Müdafiə Nazirliyinə tapşırılıb. Bu ondan xəbər verir ki, ABŞ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını qəbul edir.Məhz Ermənistanın bu işğalı nəticəsində insanlar yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalaraq, qaçqın düşüblər”.
Deputat hesab edir ki, Bakının mövqeyi əhəmiyyətli dərəcədə güclənəcək: "Bu qərar münaqişə vəziyyətində olan Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Çünki, ermənilərin ən böyük lobbisi məhz ABŞ-da fəaliyyət göstərir. Deməli, bu ölkədəki erməni lobbisinin fəaliyyəti fiaskoya uğramış oldu.Bu baxımdan hesab edirəm ki, qəbul olunmuş sənəd çox əhəmiyyətlidir”.
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, həmin qərar ABŞ kimi dünya gücünün Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir:
"Onlar28 ildir ki, ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Amma son qəbul edilən sənəd bu fonda İrəvana vurulan mühüm bir zərbə oldu. ABŞ Konqresi müharibə və işğal nəticəsində didərgin düşən köçkünlərin sayı və dəyən ziyanla da maraqlanır. O, vaxtın qiyməilə işğal nəticəsində fərdi və dövlət səviyyəsində ölkəmizə və vətəndaşlara dəyən ziyanın miqdarı 16,5 milyard dollar idi. İndiki ekvivalentlə bu bir trilyon dollara yaxındır. ABŞ bu addımı ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində beynəlxalq hüququn işə düşməsinə səbəb olacaq. Digər qurumlar, BMT baş katibi Quttereş də birmənalı şəkildə prosesə dəstək vermək məcburiyyətində qalacaq”.
Müsahibimiz düşünür ki, bu qərar dünya erməni lobbisinin ciddi məğlubiyyəti anlamına gəlir:
"Biliriniz ki, erməni lobbisinin ən güclü olduğu ölkə məhz ABŞ-dır. Amma son qərar onların ABŞ-da mövqelərinin zəiflədilməsindən xəbər verir. ABŞ-ın bu qərarından sonra vaxtilə qanunsuz yolla işğal edilmiş ərazilərimizə köçürülən Suriya, Livan və digər ölkələrədn olan ermənilər də başa düşəcək ki, İrəvan onları aldadılıb və Azərbaycan ordusnun nişangahındadırlar. Bu sənəd Ermənistanın hüquqi, hərbi, siyasi ideoloji və maliyyə müstəvisində düçar olduğu ağır məğlubiyyətidir”.
Elçin
Sfera.az






