Logo

Şəhidimizi torpağa verdik - YENİLƏNİB - FOTO

Şəhidimizi torpağa verdik - YENİLƏNİB - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalanın Muxax kəndində bu gün böyük izdiham yaşanırdı. Cəbhə bölgəsində baş verən atışmada qəhrəmancasına şəhid olan Zaqatala sakini bu gün torpağa tapşırılıb.

Aprelin 2-nə keçən gecə cəbhə bölgəsində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olmuşRəvan Nurayev bu gün həmin kənddə son mənzilə yola salınıb. Öncə cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub. Daha sonra yaylım atəşi açılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rəvanın xidmət etdiyi hərbi hissənin nümayəndələri, döyüş yoldaşları, o cümlədən rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin yaxınlarına və torpaqlarımız uğrunda şəhid olanların yaxınlarına Allahdan rəhmət diləyiblər. Bildirilib ki, son döyüş  ordumuzun hər zaman torpaqlarımızı düşməndən təmizləmək üçün hazır olduğu göstərir. Rəvanın yaxınların onun vətən uğrunda canından keçdiyini, bu günün onlar üçün şərəf günü olduğunu dilə gətiriblər.

19 yaşlı şəhid Rəvan Nurayev 2015-ci ilin aprel ayında Zaqatala hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

---------

11:14

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan  Nurayev dəfn olunub.

APA-nın verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR