Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir
Kateqoriya məlum deyil
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir.
Sfera.az Trend-ə istinadən bildirir ki, sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub.
Tədbirdə terrorizm təhlükəsi, KXDR-nin nüvə problemi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin liderləri iştirak edirlər.






