Logo

Azərbaycanın kəndi gülləbaran edildi - VİDEO

Azərbaycanın kəndi gülləbaran edildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Təmas xəttində yerləşən Goranboyun Tapqaraqoyunlu kəndi düşmən tərəfindən üç istiqamətdə atəşə  məruz qalıb. Bayram günlərində gülləbaran halları daha tez-tez baş verir.

Sfera.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndini avtomat və pulemyotlardan intensiv atəşə tutublar. Düşmənin açdığı atəş nəticəsində kənd orta məktəbinə ciddi ziyan dəyib. Təhsil ocağının pəncərələri sınıb, dam örtüyü  zədələnib.

Gülləbaran gecə saatlarında, uşaqların məktəbdə olmadığı vaxtda baş verdiyindən xəsarət alan  olmayıb. Kənddəki yaşayış binaları da gülləbarana məruz qalıb. Pəncərə şüşələri sınıb, evlər dağılıb,  dam örtüklərinə zərər dəyib. İnsan tələfatı və xəsarət alan yoxdur. Son günlər, xüsusilə də bayram ərəfəsində atəşkəs rejiminin tez-tez pozulmasına baxmayarq kənd sakinləri düşməndən qorxmadığını və kənddə həyatın öz axarı ilə getdiyini deyirlər.

]

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR