Dünyanın ən sirli təriqətləri - heyrətamiz sərvət, şoka salan adlar
Deyilənə görə, əslində dünyanı idarə edənlər elə onlardır. Hamımız onların haqqında çoxsaylı miflər, əfsanələr eşitmişik. Söhbət dünyanın ən sirli və cazibədar təriqətlərindən gedir. Beləliklə...
Dünyanı idarə etdiyi iddia olunan ən sirli örgütlər hansılardı? Onların məqsədləri nədir? Necə yaranıblar? Bu sirli təriqətlər nə qədər insanı birləşdirir?
1. Masonluq
"Mason” kəlməsi "daş ustası” mənasını verir. Başlanğıcda mason qrupları həqiqi masonlardan, yəni daş ustalarından ibarət idi. Amma sonradan hələ də məlum olmayan səbəblərdən qruplara daş ustası olmayan insanlar da daxil oldu və onlara da "Azad və qəbul edilmiş mason” (free mason) deyildi.
5 milyon üzv
Masonluğun 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlində yarandığı bildirilir. Bu, bir növ "Qardaşlıq” qruplaşmasıydı. Hazırda dünyanın bir çox ölkəsində yayılıb və 5 milyon üzvü var. Sadəcə İngiltərə, İsveçrə və İrlandiyada 480 min, ABŞ-da isə 2 milyon üzvü olduğu deyilir.
Masonların gizli sirləri
Masonların ən dəyərli simvolizmi sirr və gizlilikdir. Masonluqda simvollardan biri də rituallara dərindən yiyələnmək, onları yaymaq və uzunömürlülüyünü saxlamaqdır. Bundan başqa, xüsusi mason kəlmələri, işarələri də mövcuddur.
2. İllüminati
Bu təriqət 1776-cı ildə Almaniyanın Münhen şəhərində Adam Veişaupt adlı bir hüquq professoru və Baron fon Knigge tərəfindən yaradılıb.
Savad, savad, savad...
İllüminati, "savadlanmış, maariflənmiş, bilimli” mənasını verir. Bu qrupun məqsədi cəhalətlə, təzyiqlə və kilsə ehkamları ilə mücadilə etməkdir. Əvvəlcə əsl məqsədləri din doqmalarından uzaq olmaq, azad düşünmək, Nyutonçu pozitiv düşüncənin önünü açmaq idi. Sonralar isə gizli siyasi məqsədlər də güdülməyə başlandı. İllüminati dünya siyasət tarixində bəlkə də üzərində daha çox gizlilik nəzəriyyəsi daşıyan qrup halına gəlib.
Katoliklərin təriqəti
Katolikliyə sadiq, inancları və iş-güc sahibi olan insanları bir yerə toplayaraq Papaya Vatikandan kənarda dəstək olacaq bir qrup yaradıldı. Bu qrupa yaxşı təlim keçmiş, elit insanlar qəbul edildi. Bu günə kimi də Opus Dei Vatikanda ən görkəmli təriqətlərdən biri hesab edilir.
Gizli bir örgüt olan Opus Deinin bütün üzvləri katolikdirlər. Bundan başqa, qrupda hər ölkəyə görə cavabdeh olan Kardinallar var. Onlara görə, Papanın şəxsi Kilsədən də üstündür. Düşüncələrinə görə, Papa Tanrı Krallığının müqəddəs öndəridir. Belə bir mərtəbəyə yüksələ bilən insan isə əlbəttə, hamıdan üstün bir insandır. Bu düşüncələrlə də təriqət üçün kilsə ikinci plana düşür.






