Logo

İnsanın başı da dəyişdiriləcək

İnsanın başı da dəyişdiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İnsanın ömrü boyu başını öz bədənində gəzdirməsi barədə arxaik təsəvvürlər tezliklə unudulacaq, çünki yaxın 10 ildə elm adamları baş nəqli texnologiyasını mənimsəyəcəklər.

Life.ru-nun yaydığı məlumata görə, ingilis neyrocərrah Bryus Metyu bu barədə əminliyini ifadə edib.

İngilis Hall Universitetinin robot cərrahiyyəsi üzrə ekspertinin fikrincə, əməliyyatın uğurlu olması üçün o və həmkarları başın köçürülməsi üsuluna yanaşmanı dəyişdirməlidirlər. Metyu əmindir ki, yeni bədənə yalnız baş deyil, həm də onurğa beyni köçürülməlidir.

Hazırda alimlər başı və onurğanı bir-birindən ayırmağa, sonra isə yenidən birləşdirməyə cəhd edirlər. Ancaq yeni orqanizmdə bu uğurlu alınmır. Metyunun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırma işləri aparılır. (oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR