Logo

Meteoritlərin tərkibindən şəkər çıxdı

Meteoritlərin tərkibindən şəkər çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Astrobioloqlar ibtidai meteorit-xondritlərdə bir neçə mürəkkəb şəkərin, o cümlədən genetik informasiyanın əsas komponentlərindən olan ribozanı aşkarlayıblar.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Proceedings of the National Academy of Sciences" jurnalında məqalə dərc olunub.

"Meteoritlər ilkin Yer üçün orqaniklərin daşıyıcıları rolunu oynaya bilərdilər. Bu səbəbdən səma cismlərində şəkərin aşkarlanması və onların planetimizə düşdüyü halda yaşaması ehtimalı onu göstərir ki, belə molekullar Yerdə, həmçinin, başqa planetlərdə RNT molekullarının və digər biopolimerlərin yaranmasında iştirak edə bilərdilər", - araşdırmaçılar bildiriblər.

Yaponiyalı alimlər müxtəlif meteoritlərdə dəfələrlə şəkər müəyyən etdiklərini bildiriblər. Lakin yekunda həmişə ixtiraçıların metodoloji səhv buraxdığı məlum olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR