Logo

Gələcəyin epidemiyası – Ondan qaçmaq mümkün deyil, qorxunc bəla hamını əhatə edib və hər evdə var

Gələcəyin epidemiyası – Ondan qaçmaq mümkün deyil, qorxunc bəla hamını əhatə edib və hər evdə var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kanadalı alimlər XXI əsrin yeni bəlası olacaq bir xəstəlik barədə həyəcan təbili çalırlar. Böyük şəhərlərdə Wi-fi allergiyası və elektrohiperhəssaslıq artıq minlərlə insanı əhatə etməkdədir. Xəstəliyin siptomları ürəyin işinin pozulması, miqren, hipertonik böhran və boğulma şəklində özünü göstərir.

Bizimyol.info xəbər verir ki, Trent Universitetinin professoru Maqda Havas artıq 20 ildir elektromaqnit dalğalarının insan orqanizminə mənfi təsirini öyrənir. Profesor bildirir ki, adi mobil telefondan ayrılan şüalanma qan hüceyrələrini öldürür. "İndi dünya kritik həddə gəlib çatıb. Böyük şəhərlərdə maqnit dalğaları və üalanma bizi o dərəcədə çox əhatə edir ki, yaxın günlərdə mikrodalğa, mobil şəbəkə və Wi-Fi- ya qarşı kütləvi allergiyalar başlayacaq. Baş ağrıları, yuxusuzluq, yaddaşsızlıq, diqqət pozğunluğu, əhval- ruhiyyənin pozulması, depressiya, həyəcan, bədənin müxtəlif nahiyələrində küt ağrılar elektrohəssaslıqdan xəbər verir”.

Gələcəyin epidemiyası – Ondan qaçmaq mümkün deyil, qorxunc bəla hamını əhatə edib və hər evdə var

Avropa İttifaqının 13 ölkəsində araşdırmalar aparmış beynəlxalq agentlik belə bir rəyə gəlib ki, mobil telefonların elektromaqnit sahəsi beyin xərçənginin - qliomanın yaranma riskini iki dəfə artırır.

Təkcə İsvedə 200 000 insan elektromaqnit dalğalarına qarşı həssaslıqdan əziyyət çəkdiyini və şüalanmaya qarşı allergiyasının olduğunu bəyan edib. Alimlər bildiririr ki, bu hələ böyük fəlakətin başlanğıcıdır.

Bu mənada mütəxəssilər iki cəbhəyə ayrılırlar. Bir hissə heç bir təhlükənin olmadığını bəyan edir. Digər tərəf isə mikrodalğalardan əziyyət çəkənlərə həkimə müraciət etməyi məsləhət bilirlər. Ekspertlər Wi-fi dalğalarının mikrodalğalı sobanın dalğaları ilə eyni uzunluqda olmasını əsas gətirərək bunun insan orqanizminə zərərsiz ötüşmədiyini bildirirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR