Logo

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 

Ondan qorxurdular və hər zaman yol verirdilər.

Söhbət Stalinin özündən yox, onun idarə etdiyi "ZİS-115” avtomobilindən gedir. Bu, SSRİ-də istehsal edilən ilk zirehli sedan avtomobili idi. Avtomobilin Stalindən sonrakı taleyi də maraqlıdır.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Stalinin ölümündən sonra bu unikal avtomobil Bauman adına universitetin arxa həyətinə aparıldı. Bir müddət sonra isə tamamilə yoxa çıxdı. 2002-ci ildə isə Moskvaətrafı bağ evlərinin birində üzə çıxdı.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Məsələ belə olub. Moskva Dövlət Texniki Universitetinin professoru Vadim Zadorojnı adlı kolleksionerə müraciət edərək, maraqlı bir eksponata baxmağı xahiş edib. O bildirib ki, bağ evində dəyərli avtomobil var. Kolleksioner bağ evinə gələndə yarıya gədər torpağa girən qara sedanı görüb. Zadorojnı Lixaçev adına zavodun arxivində araşdırma apardıqdan sonra avtomobili almaq qərarına gəlir.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Avtomobil müharibə illərində (İkinci Dünya Müharibəsi nəzərdə tutulur) istehsal edilən "ZİS-110” modelinə çox bənzəyirdi. Əslində isə 1949-cu ildə partiya elitası üçün nəzərdə tutulan "ZİS-115” modeli texniki xarakteristikasına görə, "ZİS-110” modelindən çox fərqlidir.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Avtomobilin kuzovu Avropa və ABŞ-da istehsal edilən xüsusi maşınlar kimi ayrı-ayrı zirehli panellərdən ibarət deyil. Bu, xüsusi konstruksiyadır və faktiki olaraq avtomobil zirehli kapsuldur.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Bundan əlavə, korpusda zirehin davamlılığını yoxlamaq üçün açılan atəş izləri də var.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Avtomobilin pəncərələri 35 mm eni olan xüsusi, gülləkeçirməz şüşələrdən hazırlanıb.

Avtomobilin salonu genişdir və 6-7 nəfər üçün nəzərdə tutulub. Salonda dəri, villur və təbii yundan istifadə edilib. Ön panel ağcaqayın ağacından hazırlanıb. Cihazlar qurğusunun rəngi sürətə görə dəyişir. Məsələn, 40 km/saat sürətdə yaşıl, 40-80 km/saat sürətdə narıncı, 80 km/saat-dan yuxarı sürət zamanı isə qırmızı rəngdə olur. Sözügedən model 1949-cu ildə istehsal edilib.

Bu avtomobil professorun bağ evinə necə düşüb?

Məlum olub ki, Stalinin ölümündən sonra onun "ZİS-115” markalı avtomobili Lixaçev adlı zavoda utilizasiya üçün göndərilib. Amma naməlum səbəblərə görə, maşını Bauman adına universitetə müxtəlif sınaqlar üçün veriblər.

Vaxt ötdükcə avtomobildən inkassator kimi istifadə etməyə başladılar. Sonra isə bu işdən də imtina edib Stalinin avtomobilini arxa həyətə göndərdilər. Burada maşın uzun illər qaldı və müəllimlərdən biri sonradan maşını aldı.

Zadorojnı Stalinin maşınını aldı və bərpa etmək üçün ustalara təhvil verdi. Ustalar bir il maşının üzərində "tər tökdülər”. Unikal modeli hazırlayan mühəndislər çoxdan vəfat etmişdilər. Amma ustalara arxiv sənədləri kömək edirdi.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Köhnə sənədlərə əsasən, ustalar hissə-hissə "ZİS-115”i bərpa edə bildilər. Eyni zamanda, salon da köhnə vəziyyətinə qayıtdı. Bu isə işi daha da çətinləşdirirdi. Nəhayət, beş il və 200 min dollar xərcləndikdən sonra avtomobil bərpa edildi.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Bərpa işlərindən sonra Stalinin maşını 300 km məsafə qət etdi. "ZİS-115”in sükanı arxasına keçən və sürəti 100 km/saat sürətə qədər artıran şəxs bildirib ki, maşın idarəetmədə əladır. Amma sınaq zamanı təkərlərdən biri partlasa da, qəzadan yayınmaq mümkün olub.

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Hazırda Stalinin şəxsi avtomobili Moskva vilayətinin Arxangelsk qəsəbəsində Vadim Zadorojnı texniki muzeyində sərgilənir. Onun qiyməti ən azı 3-4 milyon dollardır. Amma satılmır...

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR