Logo

100 il gözlənilən kəşf – Elmdə böyük hadisə -video

100 il gözlənilən kəşf – Elmdə böyük hadisə -video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elmdə çoxdan gözlənilən bir hadisə baş verib: qravitasiya dalğaları aşkarlanıb! Bu haqda dünən

Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verilib. Emi kəşfin müəllifi müxtəlif ölkələrdən

alimlərin bir araya gəldiyi LIGO qrupudur. Hazırda kollektivə Valeri Mitrofanov başçılıq edir.


Albert Eynşteynin 1916-cı ildə irəli sürdüyü Nisbilik Nəzəriyyəsinə görə, qravitasiya dalğaları zaman-məkan 

toxumasında titrəyişlər şəklində özünü göstərməli idi. Kainatda kataklizmlər baş verəndə - məsələn, yeni

ulduzlar partlayanda, “qara dəlik”lər peyda olanda qravitasiya dalğaları da, nəzəriyyəyə görə, daha intensivləşməlidir.

Amma indiyə qədər – 100 il ərzində bu dalğaları qeydə almaq mümkün olmamışdı.


Qravitasiya dalğalarını tutmaq üçün qravitasiya rəsədxanalarından istifadə olunurdu. Onların da ən böyüyü

LIGO-dur: Laser Interferometer Gravitational-Wave Observatory. Bu rəsədxana iki qurğudan ibarətdir: biri

Luiziana ştatının Livinqston şəhərində, digəri 3000 km. Aralıda, Vaşinqton ştatının Hanford şəhərində yerləşir.



Qravitasiya dalğalarını tutmaq üçün lazer şüaları iki uzun borunun daxilində bir-birilə perpendikulyar şəkildə

kəsişdirilir. Sonra güzgülərin köməyilə iki şüa üst-üstə gətirilir. Əgər bu zaman qravitasiya dalğası gəlsə, o,

məkanı bir istiqamətdə “sıxacaq”, ona perpendikulyar olan digər istiqamətdə isə əksinə, genişləndirəcək

(sanki “dartacaq”). Və bu, özünü şüaların üst-üstə düşməsində (interferensiyasında) büruzə verəcək.

100 il gözlənilən kəşf – Elmdə böyük hadisə -video

2002-2010-cu illərdə aparılan təcrübələr qravitasiya dalğalarını aşkarlaya bilməmişdi. Rəsədxana modernizasıya

olunandan sonra “Advanced LIGO” adlanmağa başladı, indi oradakı lazer interferometrləri daha həssas olmuşdu.

Və bu da nəticə verdi.


Mətbuat konfransında alimlər elan etdilər ki, iki qara dəliyin birləşməsi nəticəsində yaranan qravitasiya dalğalarını

qeydə ala biliblər. O qara dəliklərin kütləsi Günəşin kütləsindən 29 və 36 dəfə böykdür. Onlar 1,3 milyard il əvvəl

birləşiblər – qravitasiya dalğalarının gəib yerə çatması üçün bu qədər zaman lazım olub.


Qeyd edək ki, ABŞ prezidenti Barak Obama özünün Twitter hesabında bu böyük elmi kəşfin müəlliflərini təbrik edib

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR