Logo

Telefonunuzda heç vaxt bunu etməyin!

Telefonunuzda heç vaxt bunu etməyin!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən çox satılan telefonlarından olan "iPhone" modellərində yeni səhv aşkarlanıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbərdarlıq edir ki, "Apple" brendindən olan

telefonunuzda tarixi 1970-ci il 1 yanvar-a təyin etməyin.

Əgər telefonunuzda səhvən və ya bilərəkdən tarix olaraq 1 yanvar 1970-ci il seçilsə,

"iPhone" 5s, "iPad air", "iPad" mini 3 və digər yenilənmiş "Apple" texnologiyaları

bağlanaraq istifadəyə yararsız olacaq.

Bu səhv amerikalı tələbə tərəfindən tapılıb. O, müxtəlif yollarla telefonu işə salmağa çalışsa da,

onun bu cəhdləri uğursuz alınıb. Mövcud vəziyyətdə əlacsız qalan müştəri "Apple" şirkətinə

müraciət edib. Şirkət belə bir hal ilə ilk dəfə qarşılaşdığını qeyd edərək, telefonu yenisi ilə əvəzləyib.

Qeyd edək ki, "Apple"in köhnə modellərindən olan "iPhone" 5-də isə bu hal baş vermir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR