Logo

Şəxsiyyət vəsiqələri ilə bağlı - YENİLİK

Şəxsiyyət vəsiqələri ilə bağlı - YENİLİK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq vətəndaşlar şəxsiyyət vəsiqəsinin elektron versiyasını "Elektron hökumət" portalı

(www.e-gov.az) vasitəsilə əldə edə bilərlər.

Sfera.az bildirir ki, bu barədə publika.az-a Rabitə və Yüksək Texnologiya Nazirliyinin mətbuat

xidmətindən məlumat verilib.

 
Məlumatda bildirilib ki, bu gün bir çoxumuz şəxsiyyəti təsdiq edən sənədi gündəlik özümüzlə daşımırıq. Lakin, bəzi hallarda, şəxsiyyət vəsiqəsindəki məlumatlara ehtiyac yaranır. Bu halda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökumət" portalı vətəndaşın köməyinə gələ bilər.
 
Bunun üçün ilk olaraq portalda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçərkən 

istifadəçinin istəyinə uyğun istənilən autentifikasiya vasitəsi (istifadəçi adı/şifrə, e-imza kartı,

asan imza, e-gov identi) seçilə bilər.

 
Qeyd edək ki, portal öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları 

avtomatik formalaşır.

 
Daha sonra, "Elektron arayışlar" bölməsinə (www.e-gov.az/az/services/topic/49 ) daxil olaraq, 

"Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış" növü seçilir. Açılan pəncərədə əks olunan  şəxsiyyət

vəsiqəsinin elektron nümunəsini aidiyyatı təşkilatlara  göndərmək və ya çap edərək kağız şəklində

təqdim etmək mümkündür.

 
Qeyd edək ki, "Elektron hökumət" portalı vasitəsilə təqdim edilən arayışlar portal tərəfindən e-imza ilə imzalandığından, eyni zamanda "QR" kod və ştrix kodla təsdiqləndiyindən "Elektron imza və elektron 

sənəd haqqında Azərbaycan Respublikasının Qanunu"nun 24.4 bəndinəəsasən, "Elektron arayış" kağız

üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdir.

 
2016-cı ilin yanvar ayı ərzində "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış" elektron xidmətindən 2193

dəfə istifadə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR