Aybəniz Haşımovanı heç belə görməmisiniz - Fotolar
Kateqoriya məlum deyil
Əməkdar artist Aybəniz Haşımova gənclik şəklini izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, o fotoya "Heyf səndən gəncliyim", - deyə şərh yazıb.
A.Haşımova izləyicisindən gələn "Gəncliyinizdən indiyə kimi həyatınzda ən uğurlu addımınız nə olub?” şərhinə cavab verməyi də unutmayıb.
50 yaşlı sənətçi atdığı bütün addımlarını uğurlu hesab etdiyini bildirib:
"Gəncliyimin bütün addımları uğurlu və yadda qalan olub. Şükür bu gün də hər addımımız uğurludur. Sadəcə cizgilər yaşlandıqca insan kövrəlir".
Təqibçiləri isə onun indi də gözəl olduğunu yazıblar.

Əsmətxanım






