Logo

Bakı metrosunda havayı internet

Bakı metrosunda havayı internet
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbələrdən Milli.Az-a verilən

məlumata görə, Bakı metrosunda pulsuz internet xidmətinin tətbiq edilməsi planlaşdırılır.

Mənbənin məlumatına görə, plana görə, yaxın zamanlarda sərnişinlərə metronun stansiyalarında,

eləcə də vaqonlarda pulsuz olaraq WI-FI sisteminə qoşulma imkanının yaradılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti

və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda metroda pulsuz internet

xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır:

"Bu söhbət əslində çoxdan var. Sərnişinlər tərəfindən dəfələrlə pulsuz WI-FI-ın olması istəyi bildirilib.

Hətta bəzi provayderlər də metroda belə bir xidmətin yaradılmasını təklif ediblər. Lakin hazırda metroda

pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR