Logo

Bakıda 47 ilin maşını 25 min dollara satılır - VİDEO

Bakıda 47 ilin maşını 25 min dollara satılır - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda 1969-cu ilin istehsali olan "Qaz-21" markalı retro avtomobil satışa çıxarılıb.  Milli.az xezerxeber.com-a istinadən xəbər verir ki, bu avtomobil modellərin sonuncusu hesab olunur.

Sükanı və bir çox detalları fil sümüyündən olan avtomobil satışa çıxarılıb. Söhbət 1969-cu ildə sifarişlə

istehsal olunan "QAZ-21" markalı avtomobildən gedir.

Maşının bütün detalları özününküdür, sonradan əlavə olunmayıb. 47 ilin maşını 25 min dollara satılır.

Vaqif Qurbanov deyir ki, avtomobilin salonu, mühərrik yeri və baqajı əla vəziyyətdədir.

Vaqif Qurbanov bu avtomobili 9 il əvvəl alıb. Onun yeni sahibinin çox şanslı biri olacağını deyir. Çünki

şəhərdə maşını görənlər məlumat almaq və onu heç olmasa bir dəfə idarə etmək üçün dəridən-qabıqdan çıxırlar.

Maşının üzərindəki dövlət nömrə nişanı satılmır. 25 min dollarindan keçib retro avtomobilə sahib olan

şəxsə 021-lə başlayan nömrə hədiyyə olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR