Logo

Qarabağda müharibə yenidən başlasa...

Qarabağda müharibə yenidən başlasa...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son zamanlar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin regionda,

xüsusən də Cənubi Qafqazda mövqelərini gücləndirməyə, hətta Rusiyanı sıxışdırmaq üçün

onun ən yaxın müttəfiqi olan Ermənistana qarşı təzyiqləri artırmağa, hətta Dağlıq Qarabağ

münaqişəsində təşəbbüsü ələ almağa çalışacağına dair fikirlər səsləndirilir. Hətta Qarabağ

münaqişəsinin yenidən genişmiqyaslı müharibə müstəvisinə keçəcəyini proqnozlaşdıranlar

da var.

Bununla bağlı regionda son baş verən hərbi-siyasi hadisələrin fonunda Qarabağda müharibənin

yenidən başlaması ehtimalını Milli.Az-a şərh edən hərbi ekspert, Silahlı Qüvvələrin Hərbi

Akademiyasının baş müəllimi, general-leytenant Yaşar Aydəmirov deyib ki, Ermənistan və onu

himayə edən qüvvələr nümayiş etdirdiyi mövqeləri ilə regionda hərbi-siyasi vəziyyəti daim

gərginləşdirməyə çalışsalar da, bu gərginliyin müharibə həddinə çatacağı hələlik gözlənilən deyil:

Qarabağda müharibə yenidən başlasa...

"Bir neçə ay bundan qabaq Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab

İlham Əliyev də təxminən belə bir fikir bildirmişdi ki, iri dövlətlər bizi müharibəyə başlamağa

qoymurlar. Ona görə də onlar vəziyyəti bu qədər çox gərginləşdirə bilməzlər. Çünki bu, onlara

sərf eləməz və vəziyyət gərginləşsə, Azərbaycan nəinki Ermənistana layiqli cavab verəcək,

hətta bu, Ermənistan ordusunun məhvinə, Ermənistanın özünün isə fəlakətinə səbəb olacaq.

Vəziyyətin gərginləşməsinin hərbi cəhətdən Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Təhlükə

olsa, yalnız Ermənistan üçün ola bilər. Ona görə də onlar Azərbaycanı hələlik yalnız müəyyən

həddə qədər qıcıqlandırmaq siyasəti yürüdürlər. Yəni gərginliyi yenidən müharibə həddinə gətirib

çıxara bilməzlər. Çünki ermənilərin özləri də bunun onlar üçün hansı fəlakətə gətirib çıxaracağını

çox yaxşı dərk edirlər. Onlar çox yaxşı bilirlər ki, erməni xalqını guya çox şeylər edə biləcəyi barədə

uydurduğu yalanlarla çox aldada bilməyəcəklər".

Qarabağda müharibə yenidən başlasa...

Buna baxmayaraq, ekspertin fikrincə, sözsüz ki, Rusiya-Türkiyə münasibətlərinin gərgin olması regiona

da təsir edir. Amma bu gərginliyin də yaranmasına maraqlı olan üçüncü qüvvələr var: "Biz istərdik ki,

Rusiya və Türkiyə arasındakı münasibətlərdə stabillik olsun. Çünki onlar arasında münasibətlər elə-belə,

özbaşına pozulmayıb. Kimsə bu problemin yaranmasında, məsələləri qurdalayıb vəziyyətin gərginləşməsində

çox maraqlıdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR