Logo

"iPhone 7"nin yeni görüntüsü yayıldı- FOTO

"iPhone 7"nin yeni görüntüsü yayıldı- FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Apple"in yeni modelinin çərçivəsiz olacağı gözlənilir.

"Apple"in səbirsizliklə gözlənilən modelinin yeni fotoları yayılıb. ANS PRESS-in məlumatına görə,

söhbət "iPhone 7"dən gedir. Yeni modelin bu ilin sentyabr ayında təqdim edilməsi gözlənilir. Ancaq

təqdimatdan öncə onlarla konsepti internetdə yayılıb. Yeni konseptdə isə smartfon çərçivəsiz görüntüsü

ilə olduqca diqqətçəkici dizayna malikdir.


Telefonun görüntüsünü dizayner Eduardo Guerrero paylaşıb. Yeni dizayn "Bənzər boy, daha böyük ekran"

şüarı ilə hazırlanıb. Dizayner eyni zamanda naqilsiz elektrik cərəyanı texnologiyasının da yeni modeldə ola

biləcəyini istisna etməyib.


Əslində "Apple" yeni modeldə bir o qədər də çox dəyişiklik etməyib - o, "iPhone 6S"dən bir o qədər də fərqlənmir.

İlk görünüşə görə "Apple" fanatlarının ən çox gözlədiyi çərçivəsiz ekran dizaynı yaxın zamanda satışda olacaq.

"iPhone 7"nin yeni görüntüsü yayıldı- FOTO

"iPhone 7"nin yeni görüntüsü yayıldı- FOTO
Naqilsiz enerji yığımı

Telefonun ölçüləri 5.51 x 2.63 x 0.25 düym olaraq dizayn edilib, üzərində ancaq bir düymə - "Home" var. 

iOS 10 sistemi olacaq model daha öncəki versiyalar kimi 16, 64 və 128 GB daxili yaddaş ilə hazırlanacaq. 

"iPhone 7"nin yeni görüntüsü yayıldı- FOTO
"iPhone7"
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR