Logo

Dövlət Komitəsində yeni İŞ YERLƏRİ açılacaq

Dövlət Komitəsində yeni İŞ YERLƏRİ açılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 yeni iş yeri açılacaq".

Sfera.az Trend-ə istinadən bildirir ki, bunu Komitənin aparat rəhbəri Arif Əşrəfov deyib.

A.Əşrəfov bildirib ki, yeni açılacaq iş yerləri dövlət büdcəsindən pul ayrılmadan və təsərrüfat

hesabına mümkün olacaq.

Onun sözlərinə görə, iş yerlərindən 40-ı regionlarda, 30-u isə Bakıda olacaq.

A.Əşrəfov bildirib ki, prezident İlham Əliyev yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlar verib:

"Bununla bağlı biz ilk addımları atmağa başlamışıq. Biz liberallaşma siyasəti aparmışıq. Müstəqil

qurumlara sertifikatlaşdırma fəaliyyəti aparmaq səlahiyyəti verilib. Müstəqil sertifikasiya qurumları

təsərrüfat hesabına fəaliyyət göstərəcək ki, bu da dövlət büdcəsinin yükünü azaldacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR