Kamil Zeynallı sizə ev və maşın vəd edir - YARIŞMA
Kateqoriya məlum deyil
Yaxın günlərdə Azərbaycanda indiyə qədər görülməyən yarışma start götürəcək.
Sfera.az xəbər verir ki, "Qurtuluş-93” yaşayış kompleksinin baş sponsorluğu ilə ölkədə ən bahalı "giveway” yarışmasına aprelin 4-də start veriləcək.
Qeyd edək ki, yarışmanı tanınmış fitness məşqçi Kamil Zeynallı keçirir. Öz instagram hesabında bu barədə məluat verən Zeynallı qaliblərə bir otaqlı mənzil və avtomobil hədiyyə veriləcəyini bildirib.
Yarışmanın tamamilə şəffaf və obyektiv keçiriləcəyini vurğulayan məşqçi yarışmya sponsor olmaq istəyənlərə də çağırış edib.






