Logo

“Bugatti” 30 min avroya uşaq maşınları hazırlayır: sürəti saatda 20 km...

“Bugatti” 30 min avroya uşaq maşınları hazırlayır: sürəti saatda 20 km...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın "Bugatti” firması uşaqlar üçün "Baby II” adlı avtomobil hazırlayıb. Yeni model şirkətin əsasını qoyan Ettore Buqattinin dörd yaşlı oğlu Roland üçün 1926-ci ildə düzəltdiyi avtomobilinin əsasında hazırlanıb. Bu oyuncaq maşın idman avtomobili olan "Bugatti Type 35”-in oxşarıdır. Sadəcə avtomobillərin ölçüsündə bir qədər fərqlər var.

Sfera.az-ın məlumatına görə, əvvəlcə "Bugatti Baby” modelinin Roland üçün yeganə nümunədə buraxılması nəzərdə tutulurdu. Lakin uşaq maşını müştərilərin o qədər xoşuna gəlib ki, onun kütləvi istehslına başlanılıb. Nəticədə 1927-1936-cı illərdə həmin avtomovbilin istehsalı 500 ədədə çatıb.

Uşaq avtomobilinin müasir oxşarı arxa hissədə elektrik motoruyla təhciz edilib. Cəmi 1,36 at gücünə malik olan maşının maksimal sürəti saatda 20 km-dir. "Yuxarı” yaş variantlarında motorun gücü 5,5-ə qədər qalxacaq, sürəti isə 45 km/saat nəzərdə tutulub.

Yeni buraxılış da sələfi kimi cəmi 500 ədəd istehsal ediləcək və qiyməti 30 min avro qiymətinə bazara təklif olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR