Logo

Meşənin ortasında balina- VİDEO

Meşənin ortasında balina- VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Okeanda yaşayan 11 metrlik heyvan meşəyə necə gedib çıxıb?

Braziliyada qəribə hadisə baş verib. Meşənin ortasında nəhəng balina cəsədi aşkar edilib.

Hadisə Para ştatında, Marajo adasının sahillərində baş verib. Meşədə tapılan heyvanın uzunluğu 11, eni isə 6 metrə çatır.

İndi ada rəhbərliyi xüsusi komissiya yaradıb. Onlar yaşayış yeri okean olan ən iri heyvanın - balinanın sahildən bu qədər aralı məsafəyə necə gəldiyini araşdırmalıdırlar.

Bioloqlar hələlik balinanın ölüm səbəbini təyin etməyiblər. "O yarılacaq. İlk baxışdan heç bir travma yoxdur. Bunun üçün də ölümə nəyin səbəb olduğunu demək çətindir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR