Logo

Dünyanın ən böyük yaxtası hazırlandı -FOTO

Dünyanın ən böyük yaxtası hazırlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koreyalı dizayner dünyanın ən böyük yaxtasını hazırlayıb. "Valkyrie Project” adlı superyaxta 229 metr uzunluğunda, iki futbol meydançası böyüklüyündədir.

Sfera.az xəbər verir ki,  bundan əvvəlki rekord ərəb əmiri Xəlifə bin Zayedin 180 metrlik "Azzam” yaxtasındaydı.

36 yaşlı Çulhun Park yeni layihəsi üçün səkkiz ay vaxt sərf edib. Bu yaxta digər analoqlarından tək rənginə görə yox başqa özəlliklərinə görə də fərqlənir.

Superyaxtanın üç göyərtəsi var. Gəmi aliminum və karbon fiberdən düzəldiləcək. İçində alış-veriş mərkəzi, kinoteatr və teatr səhnələri, restoranlar, kazino, SPA salon və sənət qalereyası var.

Yaxtada ümumilikdə 52 qonaq və 92 nəfər ekipaj üzvü ola biləcək. Yeni gəminin qiməti 600 milyon funt sterlinqdir.

Superyaxta hələ hazır olmasa da artıq müştəriləri var.

Dünyanın ən böyük yaxtası hazırlandı - FOTO
Dünyanın ən böyük yaxtası hazırlandı - FOTO
Dünyanın ən böyük yaxtası hazırlandı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR