Logo

Dünyanın ən yaşlı fili öldü - FOTO

Dünyanın ən yaşlı fili öldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünyanın ən yaşlı fili Hindistanda ölüb. Dakşayani adlı filin 88 yaşı vardı. Yerli hakimiyyət fili "Ginnes”in rekordlar kitabına sala bilməsələr də o rəsmi olaraq "fillərin nənəsi” adını alıb.

Sfera.az xəbər verir ki, heyvan Kerala ştatında on illərlə müxtəlif dini rituallarda istifadə olub. Ancaq bir neçə il əvvəl "təqaüd”ə çıxıb. Son illər Dakşayani çətinliklə hərəkət edirdi. Ancaq ananas, yerkökü yeyirdi.

Fevralın 6-da isə ümumiyyətlə yeməkdən imtina edib və qısa müddət sonra da ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR