Qeyri-səmimi insanı aşkar etmək üçün 5 sadə üsul
Ən məsum və üzdən səmimi görsənən insanın həqiqətdə qəddar və təhlükəli olduğu aşkara çıxır. Onların mehribanlığı və dostcanlığı sadəcə maskadı.
Bizim dostlara ehtiyacımız var. Amma bəzən əsl və saxta insanlar arasındakı fərqi hiss etmək sanıldığından çox çətin olur. Xüsusən insanların yaxşı xüsusiyyətlərinə inanmaq istəyiriksə. Bəzi faydalı məsləhətlər vardır ki, onlar səmimi və saxta olanları aşkara çıxartmaqda kömək edir.
1. Onlar sizin istənilən seçiminizi anlayıb dəstəkləyəcək.
Əsl dostlar onların düşüncəsinə tərs gəlsə də istənilən seçiminizi anlayıb dəstəkləyəcək.
2. Qəribəliyə fikir vermirlər.
Hər bir insanın qəribə özəllikləri olur. Əsl dostlar onlar olduğu kimi qəbul edir və ya ciddi fikir vermirlər.
3. Bağılamağı bacarırlar
Hər kəs səhv edə bilər. Əsl dostlar özlərində güc tapıb bağışlaya və vəziyyəti anlaya bilər. Ən sonunda biz hamımız insanıq
4. Heç nəyə baxmayaraq əlaqəni itirmirlər.
Əsl dostlar aradakı uzun məsafələrə baxmayaraq həmişə əlaqədə olacaqlar. Onlar üçün həmişə danışmağa nəsə olacaq. Onlar qarşılıqsız olaraq dinləməyə hazırdılar. Riyakarlar onlara lazım olanda əlaqəyə çıxırlar.
5. Həyatınızın bir hissəsinə çevrilirlər.
Bu kafelərdəki qısa görüşlərdə, idman meydançasında və birgə keçirilən isirahət günlərində özünü göstərir. Bu zaman əsl dostlar sizə ürəyini açmaqdan qorxmurlar. Xəyal qırıqlığına daha uğramaq və saxta dostları çevrədən uzaqlaşdırmaq üçün onların davranışlarının xüsusiyyətlətini bilmək lazımdı. Bunun üçün qeyri-səmimiyyətin tipik 5 özəlliyini göstəririk.
1.Passiv aqressiv davranış
Saxta dostlar bu üsuldan məqsədlərinə çatmaq üçün istifadə edirlər. Bu kompliment şəklində söz soxmaq kimi üzə çıxır
2. Məsuliyyətin olmaması
Saxta dostlar kömək sözü verirlər amma yerinə yetirmirlər. Və bu tez-tez təkrar olunur. Səbəbi də odur ki, onlar həmişə öz mənafelərindən çıxış edirlər və öz günahlarını etiraf etmirlər.
3. Diqqət mərkəzində olmaq arzusu
Belələri özlərinə qarşı təxirəsalınmaz kömək tələb edirlər amma özləri adekvat davranmırlar.
4. Dedi qodular və şaiyələr
Bu qeyri-səmimiliyin aşkar nümayişidi. Əgər özünü dost adlandıran adam başqalarının arxasınca danışırsa demək sizin barənizdə də eyni hərəkəti edir.
5. Üstünlüyə can atmaq. Saxta adamlar kömək əvəzinə həmişə dost adlandırdığı adamlardan üstün olmaq istəyir.






