Ölən anasının fotosunu şüşə qaba qoyub okeana atdı - 2 ildən sonra gözlənilməz hadisə yaşandı - FOTO
Kateqoriya məlum deyil
ABŞ-da bir müddət əvvəl anasını itirən iki qardaş üzüntülərinin öhdəsindən gəlmək üçün qəribə addım atıb.
Onlar vəfat edən qadının fotosunu və qeyd yazılmış kağızı şüşəyə qoyaraq okeana atıb. Kağızda isə yazılıb:"Bu şüşəyi tapmısansa lütfən bizə zəng et və ya mesaj göndər. Başlanğıc nöqtəsi Şimali Karolina”.
Şüşəni 2 il 4 aydan sonra Mərakeş sahillərində bir ailə tapıb. Onlar kağızdakı qeydə əməl edərək, qardaşlara zəng edib. Qardaşlar analarının xatirələrini bu şəkildə yaşatdıqlarına görə sevinclərini ifadə ediblər.
Qeyd edək ki, şüşə 2 il 4 ay ərzində 6195 km məsafə qət edib.









