Dünyanın ən şanslı adamı -Foto
Onu dünyanın ən şanslı adamı hesab etmək olar.
Sfera.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatında yaşayan Bernard Bennik dünyanın ən şanslı adamıdır.
Başqaları ömür boyu lotereya biletindən böyük uduş qazanmadığı halda, o, eyni gündə aldığı 2 biletin hərəsindən 1 milyon dollar pul udub.
Bernard Bennik ilk biletdə uğurlu rəqəmləri qeyd edəndən bir neçə saat sonra, lotereya bileti aldığını unudub. Yenidən satış məntəqəsinə gələn amerikalı, başqa bir bilet alaraq, eyni rəqəmləri bir daha qeyd edib. Qəribə olay, axşam lotereya çəkilişindən sonra baş verib. Lotereya biletlərinin qalib gəldiyi və hər iki biletin onun aid olduğunu eşidən Bernard, təbii ki, sevindiyindən səhərə qədər yata bilməyib.
Bernarda vergi çıxıldıqdan sonra 2 milyon dollar qazandıran uğurlu rəqəmlər isə 3-7-11-20-23 və 33-dür. O, çıxan bütün rəqəmləri düzgün proqnozlaşdırmağa müvəffəq olub. Şanslı amerikalı, məzuniyyətdə olarkən iki fərqli satış məntəqəsində dolduruğu biletlərdən gələn gəliri, necə xərcləyəcəyinə hələ qərar vermədiyini bildirib. Həmin satış məntəqələri də qalib biletləri satdığına görə 10 min dollar qazanıb.






