Tualetə girdi, piton hücum edib dişlədi - FOTO
Kateqoriya məlum deyil
Tualetə girdi, piton hücum edib dişlədi.
Sfera.az bildirir ki, hadisə Avstraliyanın Brisbon şəhərində baş verib.
59 yaşlı Helen Riçards adlı qadın qohumlarının evində tualetə girərkən gördüyündən şok olub. "Qəfil ağrı hiss edib yerimdən sıçradım. İlan unitazın içində qıvrılmışdı”.
Hadisə yerinə gələn təbiəti qoruma idarəsinin məmurları ilanı tualetdən çıxararaq aparıblar. Məlum olub ki, ilan zəhərsizdir. Casmin Zeleni adlı işçinin sözlərinə görə heyvan qadının unitazın qapağını örtməsinə görə qorxudan dişləyə bilər. Həm də qeyd edib ki, ilanlar sərt istilərdə sərin yerlər tapmaq üçün kanalizasiya xətlərinə üz tuturlar.






