Logo

Məsciddə "Nə? Harada? Nə vaxt?" intellektual oyunu keçirildi- Gözlənilməz...

Məsciddə "Nə? Harada? Nə vaxt?" intellektual oyunu keçirildi- Gözlənilməz...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu günlərdə Rusiyanın Penza vilayəti Qorodişen rayonunun Orta Elyuzan kəndindəki  "Əbu Hənifə" məscidində  "Nə? Harada? Nə vaxt?" intellektual oyunu təşkil edilib.

Bu haqda  Dumpo.ru  saytı xəbər yayıb.

Yarışmaya kəndin dörd məscidindən olan -"Nur",  "İxlas",  "İman" və  "Ehsan"  komandaları qatılıb. Oyunun mövzusu dini elmlərlə yanaşı, biznes, coğrafiya və digər sahələrdəki  bilikləri də əhatə edib.

Oyunun sonunda nəticələrə görə birinci yerə "Əbu Hənifə”  məscidinin "Nur” komandası layiq görülüb.

Yerli məscidin imamı Ruşan-xəzrət Bibarsov qeyd edib ki, intellektual oyunlar məntiqi düşüncəni inkişaf etdirir və möminlərin dünyagörüşünü genişləndirir.Moderator.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR