Logo

“Vor zakon” qadınlar-qanqsterlər...- FOTO

“Vor zakon” qadınlar-qanqsterlər...- FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Adətən "vor zakon”, qanqster deyəndə ağlımıza təhlükəli, heybətli kişi cinayətkarlar gəlir, amma dünyada mütəşəkkil cinayətlərin, dəstələrin başında qadınlar da olur.

Onlardan bir neçəsini təqdim edirik.

Klaudiya Oçoa Feliks

“Vor zakon” qadınlar-qanqsterlər...- FOTO

Klaudiya Oçoa Feliks mütəşəkkil cinayətkarlar arasında çox məşhurdur. 2014-cü ildə o Meksikada  Los Antrax cinayətkar dəstəsinin başına keçib. Bu dəstənin başında duran oğlan dostu həbs ediləndən sonra Feliks dəstənin başına keçib. Bu dəstə ağlagəlməz insan qətllərində suçlanır. Sonuncu dəfə bu dəstə körpülərin birindən üç kişini asmışdılar. Klaudiyonun adı  serial qətllərin təşkilatçısı kimi hallanır.

Cudi Moran

“Vor zakon” qadınlar-qanqsterlər...- FOTO

Cudi Moran 1944-də anadan olub. O Moran ailəsinin başçısıdır. Bu ailə Avstraliyanın Melburn şəhərində narkotika ticarəti ilə məşğul olan cinayətkar bir dəstə təşkil edib. Cudinin əri, oğlu, ikinci ərindən olan oğlu, qaynı öldürülüb. Oğlu dəstələr arasındakı atışma zamanı öldürüləndən sonra Cudi dəstənin başına özü keçir. Qisasını almaq üçün bir sıra qətllər təşkil edir. Cudi 26 il azadlıqdan məhrum edilib.

Mariya Leon

“Vor zakon” qadınlar-qanqsterlər...- FOTO

Mariya Leonun 13 uşağı olmasına baxmayaraq kifayət dərəcədə çoxsaylı cinayətlərin başında dayanıb. Mariya narkotika daşıması, sifarişli qətllər  və adam ticarəti ilə məşğul olan bandanın başında dayanıb. Oğlu Los- Ancelesdə polislərlə atışmada öldürülür. Meksikada gizlənən Mariya sərhəddi keçmək istəyəndə tutulur. İndi də həbsdədir.

“Vor zakon” qadınlar-qanqsterlər...- FOTO

Mariya Liççardi

Mariya Liççardi 1951-ci ildə anadan olub. Liççardi klanının keçmiş başçısı, Neapolda seks-xidmət sənayesinin başında dayanıb. 2000 dollardan həddi-buluğa çatmayan alban qızlarını satın alıb, qul kimi istifadə edib. Uyğun gəlməyən və etiraz edənləri qətlə yetiriblər. 2001-ci ildə tutulan Mariya Liççardi hələ də həbsdədir.Moderator.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR