Ərindən xəbərsiz milyonçunu şəhərə çağırıb, şantaj etdi-Foto
Türkiyə polisi şantajla məşğul olan böyüb bir dəstəni ifşa edib.
Sfera.az xəbər verir ki, suriyalı 23 yaşlı Afaf.A, facebook-da dostluq etdiyi iş adamını İstanbula dəvət edib. 23 yaşlı qadın bunu həyat yoldaşından xəbərsiz edib. İraqlı iş adamı 39 yaşlı Kamdan Adnan İstanbula gələrək otelə yerləşib. İş adamı oteldə bir gecə Afaf. A, ilə bir yerdə qalıb. Gənc qız onunla cinsi əlaqəni kameraya çəkib. Daha sonra gənc qız iki dostunu da bu işə cəlb edərək iraqlı iş adamını girov götürüb. Onlar iraqlı iş adamını video görüntü ilə şantaj edərək 80 min dollar pul tələb ediblər. Polisin işə qarışması nəticəsində iş adamı azad edilib. İki nəfər həbs edilsədə 23 yaşlı Afaf.A-nı həbs etmək mümkün olmayıb.
Polisin araşdırması nəticəsində dəstə üzvlərinin çoxsaylı şantaj cinayəti üzə çıxıb.
23 yaşlı Afaf.A həyat yoldaşı isə bu hadisələrdən xəbərsiz olub.






