Qar dənələrinin heç biri o birinə bənzəmir:İnanılmaz faktlar
Qar gözəllik rəmzidir. Məhz bu amilə görə çoxları qışın tez gəlməsini arzulayır. Qışı hətta qara görə sevənlər də çoxdur. Amma hər qışda yağmasını arzuladığımız qar haqqında bilmədiyimiz qeyri-adi faktlar var. Sfera.az qar haqqında bilmədiyimiz maraqlı məqamları sizə çatdırır.
1. Qar ağ deyil
Hər kəsin qarın ağ olduğunu düşünür. Lakin qar dənəcikləri əslində şəffafdır. Lakin qarın səthi işığı fərqli istıqamətlərə əks etdirərək rəng spektrumunu dağıdır və ağ görünməsinə səbəb olur. Atmosferin çirklənməsi qarın rənginin dəyişməsinə də səbəb olur.
2. Qar dənələrinin hər biri fərqlidir
Yerə düşən qar dənələrinin hamısı biri birindən fərqlidir. Bunu təbiətin möcüzəsi də adlandırırlar. Qar kristalları havadakı toz və ya tozcuqlar kimi qatı bir maddənin ətrafında yaranır. Yəni mərkəzində bu cür hissəciklər var.
3. Qar dənələri getdikcə böyüyür
Dünyanın fərqli ərazilərində diametri 15-30 sm olan nəhəng qar dənələriylə bağlı şayiələr uzun illərdir ki, davam edir. Kifayət qədər məlumat olmadığı üçün bu şayiələr təsdiqlənməsə də, alimlər qar dənələrinin bu diametrə çatmasının mümkün olduğunu söyləyirlər. Lakin hava proqnozlarında qar dənəsinin böyüklüyü ölçülmədiyindən qar dənələri kimsənin diqqətini çəkmədən ətrafımızda və ya gözdən uzaq bir yerdə o böyüklükdə dayanır və ya düşərkən küləkdə parçalanır.
4. Qar səsə təsir göstərir
Təzə yağmış qar səs dalğalarını udduğu üçün qarlı mühitdə hər yer insana daha sakit görünür. Lakin qar əriməyə başlayıb, sonra da donaraq buza çevrildikdə səs dalğalarını əks etdirir və daha dəqiq bir halda çatmasını təmin edir.
5. Qar haqqında yüzlərlə kəlmə
Eskimosların qar haqqında 50-yə yaxın fərqli kəlmə istifadə etdiyinə dair iddiallar əvvəlcə təkzib edilib, daha sonra isə təsdiqlənib. Lakin bu rəqəm şotland kəlmələrinin yanında çox azdır. Glasgow Universitetinindən olan tədqiqatçılar şotland dilində qarla bağlı 412 terminin olduğunu iddia ediblər.
6. Marsa yağan qar
Qar müxtəlif qitələrə fərqli yağır. Bəzi qitələrdə qarı ilboyu görmək mümkündür. Qarın hətta Marsa da yağdığını NASA alimləri sübut edib.
7. Meymunlar qarı sevirlər
İnsanlar kimi, heyvanlar da qarı sevir. "Qar meymunu" kimi də tanınan yapon makakaları qartopu düzəldərək onu biri-birinə atırlar.Meymunlar kimi, Sibir ayıları da qarı sevdiyi müşahidə edilir.
8. Qardan qorxanlar
Sinofobiya və qar qorxusu mövcudluğu dəqiq olan psixoloji bir problemdir. Uşaqlıqda qarla bağlı bir travma keçirənlər , qar olmadığı zamanda da qar qorxusu ilə yaşayırlar.






