Logo

Dünyanın ən zəhərli, həm də bahalı balığıdır-Fotolar

Dünyanın ən zəhərli, həm də bahalı balığıdır- Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyada 'fugu' adıyla tanınan və dünyanın ən zəhərli balığı hesab edilən balon balıqlarını yemək üçün resroranlarda növbə var.

Sfera.az xəbər verir ki,  Yaponiyada ən çox yeyilən balıqlardan biri olan balon balqıları öz zəhəri ilə insanı öldürə biləcək gücdədir. Zəhərli olmasına baxmayaraq onu yemək istəyənlər çoxdur. Restoranlarda bu balığın hazırlanma qaydası müxtəlifdir. Bu balıq elə  təmizlənib, bişirilməlidir ki, müştəriləri zəhərləməsin. Balığın təqribən 600 qramlıq bir hissəsi restoranlarda 100 dollara müştərilərə satılır. Bu balıq hazırlayan aşpazlar mütləq lisenziya almalıdırlar.

İki illik xüsusi təhsilin ardından 40 ildir balon balığı hazırlayan  Takeharu Fukamatsu,  belə deyib:"Zəhərli və bahalı olması diqqətimi çəkdi. Əslində normal bir restoran rəhbəri olmaq istəyirdim, marağıma görə qərarımı  dəyişdirdim və bu sahəyə yönəldim .Hər zəhərli parçanı tək-tək təmizləmək çox çətindir, amma mütləq təmizlənməlidir. "

Qeyd edək ki, Yaponiyada 22 fərqli balon balığından istifadə edirlər.

Dünyanın ən zəhərli, həm də bahalı balığıdır- Fotolar
Dünyanın ən zəhərli, həm də bahalı balığıdır- Fotolar
Dünyanın ən zəhərli, həm də bahalı balığıdır- Fotolar
Dünyanın ən zəhərli, həm də bahalı balığıdır- Fotolar
Dünyanın ən zəhərli, həm də bahalı balığıdır- Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR