Azərbaycanda bu nömrəni alana maşın pulsuz verilir - FOTO
Kateqoriya məlum deyil
Avtomobil elanlarına görə tanınmış yerli facebook səhifələrinin birində məzəli avtomobil satışı elan yerləşdirilib.
Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, elanı göndərən şəxs 10-KJ-500 dövlət nömrə nişanını 11000 manata satdığını, onu alacaq şəxsə nömrənin üstündə 2005-ci ilin "QAZ-31”-ini hədiyyə edəcəyini yazıb.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi fərdi şəxslərin dövlət qeydiyyat nişanlarını satmasının qanunsuz olduğunu dəfələrlə bəyan edib. Nömrə yalnız DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və şöbələrində satıla bilər.