43 ildən sonra həbsxanadan çıxdı
Kateqoriya məlum deyil
Böyük Britaniyada qətl üstündə 43 il həbs cəzası çəkmiş məhkum azadlığa çıxıb.
Sfera.az xəbər verir ki, bu haqda "The Telegraph” yazıb.
69 yaşlı Con Massey barmaqlıqlar arasına 26 yaşında düşüb. O 1975-ci ildə Londonda pubda mühafizəçini güllələyərək öldürüb.
Cəza çəkdiyi müddətdə bir neçə dəfə qaçmağa nail olub.
1994 – 1997-ci illərdə İspaniyada gizlənib.2012-ci ildə isə can üstə olan anasını görmək üçün həbsxanadan qaçmışdı.
İlqar
Sfera.az






