140 uşağın skeleti aşkarlandı - Qurban ediliblər
Kateqoriya məlum deyil
Peruda 550 il öncəyə aid olduğu söylənilən azyaşlılara məxsus skeletlər aşkarlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 550 il öncəyə aid olduğu söylənilən skeletin Çemu mədəniyyətinin hökm sürdüyü dövrə aid olduğu bildirilir. Arxeoloqların apardığı araşdırma nəticəsində aşkarlanan bu skeletlərin 5-14 yaşlı uşaqlara aid olduğu söylənilir. Ehtimallara görə bu uşaqlar hansısa mərasimdə kütləvi sürətdə qurban edilib. Arxeoloqlar bildirir ki, öldürülən uşaqların ürəkləri, ciyərləri və digər orqanları da çıxarılıb. Həmin ərazidə uşaq skeletləri ilə yanaşı 200 ədəd lamanın da qalıqları aşkarlanıb.
Nigar Məhərrəm
Sfera.az






