Logo

Vanqanın 2018-ci illə bağlı daha bir proqnozu üzə çıxdı - NƏLƏR OLACAQ?

Vanqanın 2018-ci illə bağlı daha bir proqnozu üzə çıxdı - NƏLƏR OLACAQ?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məşhur bolqar kahin Vanqa tarixi hadisələri əvvəlcədən görməsi ilə tanınır. O, hələ illər əvvəl 11 sentyabr hadisəsi və İŞİD də daxil olmaqla Dünyada baş verəcək bir çox şeydən xəbər verib.

Sfera.azxarici mətbuata istinadən bildirir ki, bu günlərdə isə onun 2018-ci illə bağlı proqnozları diqqət mərkəzindədir.

Belə ki, Vanqa rusiyalı yazar Valentin Sidorov ilə 1979-cu ildə olan görüşündə Rusiyanın dünyada əsas güc olacağını, heç kimin onun qarşısını ala bilməyəcəyini deyib.

Vanqanın 2018-ci ildə baş verəcəyini düşündüyü daha 2 öncəgörməsi var:

O, Çin iqtisadiyyatının hədsiz dərəcədə inkişaf edəcəyini hətta ABŞ-ı üstələyəcəyini deyib. Həqiqətən də, son vaxtlar Çinin iqtisadi gücünün getdikcə artmasına şahid oluruq.

Kahinin ikinci önəmli öncəgörməsi isə kosmosla bağlıdır. Belə ki, o Venera planetində yeni bir enerji qaynağının tapılacağını irəli sürüb. Onun fikrincə, həmin enerji mənbəyi dünyadakı bir çox problemin həllində əsas rol oynayacaq.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR