Pişiyini dəfn edərkən öldü
Kateqoriya məlum deyil
Tokionun Adati rayonunda, öz evində 50 yaşlı qadının meyiti tapılıb.
Sfera.az xəbər verir ki, qadının qəribə ölümü haqda "Tokyo Reporter” yazıb.
Bildirilir ki, qadının pişiyi ölüb. Sevimli heyvanını dəfn etmək istəyən qadın həyətdə qəbir qazıb. Lakin qəfil ürəyi tutub və pişik üçün qazdığı xəndəyə özü yıxılıb.
Polis qəbirin yanında bel və pişik leşi tapdığından bu qənaətə gəlib.
Qadının bədənində zorakılıq əlaməti aşkarlanmayıb.






