Siçovullar 540 kq narkotiki "yeyib"
Kateqoriya məlum deyil
Argentinada polislə
bağlı qalmaqal baş verib.
Sfera.az xəbər verir ki, bu haqda yerli "La Voz del Pueblo” nəşri yazıb.
Buenos-Ayresdəki polis anbarından 540 kiloqran marixuna yoxa çıxıb. Hadisə ilə bağlı məhkəmə qarşısına 8 polis çıxarılıb. Onların arasında sabiq polis rəisləri Xavyer Eduardo Spensia, Emilio Serxio Portero və Qabriel Rene Şefer də olub.
Polislərin hamısı eyni ifadəni verib - "Narkotiki siçovullar yeyib".
Məhkəmə ekspertləri bu absurd ifadələrə inanmayıblar. Siçovullar narkotiki yeyiblərsə, artıq dozadan ölməli idilər. Onda anbar siçovul cəsədi ilə dolu olmalı idi.
Məhkəmə 5 mayda davam edəcək. Hələlik ittihamla üzləşən polislər vəzifələrindən azad olunublar.
Ümumilikdə, anbarda müsadirə olunmuş 6 ton marixuana olduğu bildirilir.
İlqar






