Bir əsrdir açılmayan SİRR: “Tanrının belə batıra bilməyəcəyi gəmi”də nələr baş vermişdi?
Həmin gecə hər şey tərs getmişdi. Səmada ay görünmürdü. Bu da uzağı görməyə mane olurdu. Hava çox sakit idi. Heç bir külək yox idi. Bütün bunlar qarşıdakı buz dağını əvəlcədən görməyə icazə vermirdi.
Hər şey 30 saniyəlik fərq üzündən oldu. Buz dağı 30 saniyə əvvəl görülsəydi, bu qəza olmayacaqdı. Belə ki, gəmi rəhbərliyi buz dağı gəmiyə çırpılandan və içəri su dolduqdan sonra hadisəni fərq etmişdilər.
Bu gün gəmilərin buz dağı ilə toqquşma ehtimalı daha çoxdur. Lakin günümüzün texnalogiyası, bunu əvvəlcədən müəyyən etməyə imkan verir.
Rəhbərlik gəminin batacağını bilirdi. Belə ki, hər şey üçün gec olduğunu anladılar və insanları qorxuya salmadılar. Otaqlarına gedib son anlarını yaşadılar.
Filmdə gördüyümüz səhnələr texniki imkanlarla yaradılıb. 1997-ci ildə çəkilən "Titanik" filmindəki səhnələr göründüyü kimi dənizdə yox studiyada çəkilib. Aktyorlar isə bu səhnələr üçün çox çalışıblar. Hətta Leonardo Di Kaprionun filmin çəkilişləri əsnasında əli qırılıb.
Dünyanın ən çox büdcə gətirən filmi olub. Belə ki, 1 milyard dollardan çox gəlir gətirən film 2009-cu ildə öz yerini "Avatar" filminə verdi.
Gəmidən sağ çıxan son insana film kollektivi böyük dəstək verdi. Filmin baş rol aktyorları Leonardo Di Kaprio və Keyt Uinslet "Titanik"dən sağ qalan son insanın xəstəlik xərclərini ödəyiblər.
"Titanik"in batacağı 15 il əvvəldən bilinirdi. Morgan Robertson adlı yazar "Titan qəzası” adlı kitabında qəzanın bir çox detallarını yazıb.
Hətta "Titanik" faciəsində ölən şəxslərin sayı belə bu kitabdakı rəqəmlərlə üst-üstə düşür.
Günahkar aysberq deyildi?
İndiyə kimi hamı nəhəng gəminin batmasına aysberqin səbəb olduğu fikrində həmfikir idi. Ancaq "Channel 4" kanalında yayımlanan "Titanic: The New Evidence" (Titanik: Yeni sübut) adlı sənədli film üzərindən 1 əsrdən çox vaxt keçən gəmi qəzasını yenidən gündəmə gətirib. Sənədli filmin hazırlanmasında iştirak edən araşdırmaçılar ilginc iddialar ortaya atıblar. Onların fikrincə, "Titanic" aysberqlə qarşılaşmasa belə, batacaqdı. Çünki gəminin batmasının əsas səbəbi aysberq yox, yanğın idi. Onlar bildiriblər ki, gəmi yola çıxandan az müddət sonra yanğın baş verib və onu söndürmək mümkün olmayıb. 3 həftədən çox davam edən yanğın gəminin gövdəsinə zərər verib. Nəticədə gəmi aysberqə çırpılanda ortadan ikiyə bölünüb. Araşdırmaçıların iddialarına görə, "Titanic" aysberqə çırpıldığı anda belə həmin yanğın davam edirmiş.
Sfera.az






