Ayın 13-ü cümə gününə düşəndə nə baş verir? - Bu gün yerinizi dəyişməyin, yoxsa...
13 rəqəmi bir çox inanclarda uğursuz hesab edilir. Hətta, onun cümə gününə düşməsi isə ikiqat uğursuzluq yaradır. Bəs bunun səbəbi nədir?
13 və cümə gününün uğursuzluğu ilə bağlı bir çox fikirlər var. Belə ki, İsa Peyğəmbər çarmıxa çəkilməsindən əvvəlki gecə olan yeməkdə 12 nəfər olub və gələn 13-cü nəfər İsa Peyğəmbərin çarmıxa çəkilməsini deyib. Həmçinin, 12 rəqəmi bütünlüyün rəmzidir. 13 isə bir bütünlüyü pozmağa xidmət edir.
İslamda cümə günü yaxşı gün hesab edilsə də, bir çox inancda mənfi qiymətləndirilir. Belə ki, bu gün yerinizi dəyişsəniz, kabus görmək ehtimalınız yüksəkdir. Çünki, ruhlar bu gün yerə enir və onlarla qarşılaşma ehtimalınız var. Dırnaqlarınızı tutsanız, bu sizin ömrünüzün qısalması ilə nəticələnəcək. Gəmi ilə səfərə çıxmağınız da məsləhət deyil. Fırtınaya düşmə ehtimalınız var.
Bu iki mənfi inancın üst-üstə düşdüyü gün (yəni, ayın 13-ü, cümə günü) isə daha təhlükəli hesab edilir. Belə ki, ayın 13-ü cümə gününə düşərsə, o zaman bədbəxliklərin baş verməsi ehtimalı çoxdur. Bir cənazənin önündən keçsəniz, növbəti sizinki ola bilər. Gəmi səfəriniz varsa, o zaman təhlükəli hadisələrin sizi gözlədiyini bilin. Məsələn, XIX əsrdə cümə günü ayın 13-ü yola düşən bir gəmi hələ də tapılmayıb.
Şükufə Süleymanlı
Sfera.az






