Logo

Öldürdüyü arvadını “Səni əbədi sevəcəm” yazısı və bahalı ətirlə basdırdı – DƏHŞƏTLİ QƏTL

Öldürdüyü arvadını “Səni əbədi sevəcəm” yazısı və bahalı ətirlə basdırdı – DƏHŞƏTLİ QƏTL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-ın Men ştatının 34 yaşlı sakini Lyuk Timan həyat yoldaşını qətlə yetirməkdə günahlandırılır.

Sfera.az"People” nəşrinə istinadən xəbər verir ki, onu 25 il həbs cəzası gözləyir.

İraq müharibəsinin veteranı olan Lyuk arvadı Valerinin yoxa çıxması haqda polisə xəbər versə də, çox da narahatlıq keçirməyib. Ondan fərqli olaraq qadının qohumları əl-ayağa düşüblər. Polis axtrışlara başlayıb. Cütlüyün yaşadığı yerdən bir qədər aralıda, meşə massivində qadının basdırıldığı yeri və cəsədini tapıblar.

Valerinin məzarında şüşə banka tapılıb. Bankanın içində onun nişan üzüyü, gül və " Mənim yeganə sevglim, səni əbədi sevəcəm. Rahat uyu” yazılmış kağız parçası olub.

Meyitin altında "Gucci Guilty” ("günahkaram” mənası verir -red) ətiri də qoyulub.

Məlum olub ki, qadın odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Qatilin qadının əri olduğuna şübhə qalmayıb.

Ancaq Lyuk ittihamları qəbul etməyərək apelyasiya şikayəti verib.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR