Göydən ölü ördək yağdı
Kateqoriya məlum deyil
Aydaho ştatında göydən yerə ölü quş yağıb.
Sfera.az xəbər verir ki, bu haqda "Fox 13” kanalı məlumat verib.
Şahidlər bunu çox qəribə isindent adlandırıb.
Hadisə ildırımla ilə müşayiət olunan dolu yağışı zamanı baş verib. Göydən yerə vəhşi ördək quşlarının cəsədləri tökülüb. Bir neçə yüz metr radiusda 48 ördək leşi yığılıb. Daha bir neçəsini evlərin damından tapıblar.
Ekspertlər bu fikirdədir ki, Kanadaya istiqamətlənən quşları ildırım məhv edib.






