Zənginlərin yeni lüks hobbisi: Dinozavr almaq
Kateqoriya məlum deyil
Bu həftə Parisdə iki dinozavrın skileti satışa çıxarılıb. Onlardan dekorasiya üçün istifadə olunacağı planlaşdırılır.
Sfera.az məlumat verir ki, satışı həyata keçirən şirkətin səlahiyyətlisi həm məşhurların, həm də adi insanların dinozavr almağa maraqlı olduğunu deyib.
Lakin, bu çox böyük pul tələb edir. Həm də onu alacaq insanlar böyük bir evə sahib olmalıdırlar.
Belə aksessuarlara ən çox da çinlilərin maraq göstərdiyi bildirilir. Onlar dinozavr skeletinə sahib olmaq üçün sıraya düzüldükləri deyilir.
Bir çox şirkət də skleti alıb, öz işlərində istifadə etmək istəyirlər. "Mc.Donalds" və "Walt Disney" kimi böyük markalar bunun üçün böyük pullar ödəyir.
Şükufə Süleymanlı
Sfera.az






