Hamı “Bugatti” zənn edir — Lakin bu, "Lada Questa"dır + FOTO
Kateqoriya məlum deyil
Rusiyalı dizayner Vyaçeslav Aleksandrov yeni supercar "Lada Questa”nın fotolarını paylaşıb.
Sfera.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, yeni avtomobilin dizaynında "Lada Xray” və "Lada Vesta” modellərinin xətləri əsas götürülüb. Yəni, AvtoVAZ şirkətinin korporativ dizaynındakı X-şəkilli xüsusiyyətlər nəzərə alınıb. Yeni dizaynı görən avtomobil həvəskarları, dizaynerin "Lada” və "Bugatti”nin hibridini yaratdığını bildiriblər.
Aleksandrov 2002-ci ildən avtomobil dizaynı ilə məşğul olduğunu açıqlayıb.
"Əslində avtomobil dizaynı mənim hobbimdir. Düzdür, bir neçə dəfə sifariş də almışam, lakin tamamilə başqa sahədə işləyirəm”, - deyə dizayner bildirib.
Vyaçeslav Alekssandrov onu da bildirib ki, "Bugatti” ilə olan oxşarlıq tamamilə təsadüfdür.






