Bu şəhərdə insanı 100 dollara öldürürlər
Braziliyanın Rio-de-Janeyrosu dünyanın ən məşhur şəhərlərindən biridir. Burada istirahət etmək istəyənlər kifayət qədər çoxdur.
Bununla belə Rio dünyanın ən kriminal şəhərlərindən sayılır. Mərkəzi hssələr turistlər üçün təhlükəsiz sayılsa da, kənarlar haqda bunu demək olmaz.
100 dollara sizin qətlinizi belə sifariş verə bilərlər. Normal getdiyin yerdə paslı bıçağı arxadan bədəninə sancırlar, vəssalam. İnsan həyatı bu qədər ucuzdur.
Braziliyanın Rio-de-Janeyro şəhəririnin sakinlərinin 92 faizi atışmada ölməkdən qorxur.
Sfera.az xəbər verir ki, bu barədə "Datafolha" sosioloji mərkəzinin sorğusunun nəticələrində bildirilir.
Bundan əlavə, 92 faiz sakin silahlı qarət zamanı yaralanmaqdan və ölməkdən qorxur. Sorğuda iştirak edənlərin 70 faizi atışmanın şahidi olduğunu bildirib.
Qeyd edək ki, sorğu martın 20-dən 22-dək keçirilib. Sorğuda mindən artıq Rio-de-Janeyro sakini iştirak edib.






