Ruslardan bilet aldı, lotereyada yarım milyard uddu
Kateqoriya məlum deyil
ABŞ-da "Lukoil” yanacaqdoldurma məntəqəsindən lotereya bileti alan bəxtəvəri axtarırlar.
Sfera.az "Associated Press” agentliyinə istinadən xəbər verir ki, biletin yiyəsi "Mega Millions” lotereyasının qalibi olaraq 521 milyon dollar udub.
Təşkilatçılar deyir ki, 11, 28, 31, 46, 59 və 1 nömrələrindən ibarət kombinasiya qalib olub. Həmin bilet Nyu-Yorkdan 48 kilometr aralıda, "Lukoil” yanacaqdoldurma mətəqəsində alınıb.
Xoşbəxt biletin sahibi kimdir, hələ bilinmir.
Hələki həmin adam mükafatın dalınca gəlməyib.






