Pomidorları soyuducuya belə yerləşdirsəniz, 20 gün təzə qalacaq
Bir çox gənc xanım hər dəfə soyuducunu açanda acınacaqlı hal ilə qarşılaşır: Xarab olmağa başlayan və ya artıq xarab olmuş məhsullar. Bu hal ilə qarşılaşmamaq üçün və meyvə-tərəvəzləri vaxtından öncə atmamaq üçün bizim sadə məsləhətlərimizə əməl edin.
Məhsulların soyuducuda saxlanması!
Şirin bibər
Təcrübəli aşpazlar bilirlər ki bibərləri xüsusi şəkildə saxlamaq lazımdır, hər bir bibəri ayrılıqda kağız salfetə bükərək.
Çiyələk
Çiyələyin soyuducuda saxlanılması bibərin saxlanma şəklindən çoc da fərqlənmir. Əlbəttə ki çiyələkləri bir-bir salfetlərə bükmək gərəkmir, çiyələklər olan qabın dibinə bir neçə salfet qoymaq yetərlidir. Əgər siz çiyələkdən dadlı desert hazırlamaq qərarına gəlmisinizsə onları soyuducuda yumurtalar üçün olan bölümə yerləşdirə bilərsiniz. Bu hilə ilə siz giləmeyvələri əla vəziyyətdə saxlaya bilərsiniz.
Badımcan
Bu tərəvəz işıq və temperatur dəyişkənliyinə çox həssasdlrlar.Buna görə də onları soyuducuda bir sıra olaraq və üzərini örtülü vəziyyətdə saxlamaq lazımdır. Nəzərə almaq lazımdır ki badımcan öz təzəliyini 1 ay saxlamaq qabiliyyətinə malikdir sonra o surətlə nəmliyini itirir və yumşalır.
Xiyar
Tərəvəzlər üçün olan bölümdə xiyar problemsiz olaraq 3-4 gün ərzində saxlanıla bilər. Bu müddəti 10 günə qədər uzatmaq üçün xiyarları polietilen torbaya qoyub ağzını nəm parça ilə örtmək lazımdı.Tərəvəzləri necə saxlamağınızdan asılı olmayaraq onları hər 3 gündə bir gözdən keçirtmək və təzəliyini itirmiş tərəvəzləri yığışdırmaq lazımdır.
Pomidor
Pomidorları tərəvəzlər üçün olan bölümdə saxlamaq vacibdir. Onları saplaqları üzü yuxarı şəkildə yerləşdirərək və hər sıranın üstünə kağız sərərək onların saxlanma müddətlərini 10 günə qədər artıra bilərsiniz.






